Məhkəmə qərarları › İş №2(062)-2760/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2760/2024

18.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2760/2024 18.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası-1934-cü ildə Tovuz rayonu Bayramlı kəndində anadan olmuş X2 xx.xx.1989-cu il tarixdə Tovuz şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Tovuz rayonu Bayramlı kəndində anadan olmuşdur. X1 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. Tovuz şəhəri ərazisində yerləşən Tatlar qəbiristanlığında dəfn olunmuşdur. O, ailə tərkibi haqqında arayış alarkən atasının adı ailə üzvüləri sırasında qeyd olunmuşdur. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Tovuz Rayon Mərkəzi Xəxtəxanası”X9 Tovuz şəhər ASM bölməsi tərəfindən verilmiş 09 sentyabr 2024cü il tarixli, 853 nömrəli arayışdan görünür ki, X3 ASM-də qeydiyyatda olmamış, ona heç bir tibbixidmət göstərilməmşdir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin soyadı Mahmudov, ata adı Müsəllimdir. İşdə olan qəbirustü foroşəkillərdən görünür ki, Müsəllim Mahmud oğlunun qəbir üstü abidədə onun ölüm ili 1989-cu il kimi göstərilmişdir. Tovuz şəhəri İnzibati Dairsi üzrə nümayəndəliyin verdiyi arayışdan görünür ki, X4 xx.xx.1989-cu ildə vəfat etmişdir. İşə əlavə olunmuş Tovuz rayon Qediyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, 1986-1992-ci illər və 1994, 1996, 1999-2003-, 2006-cı illər ölüm barədə akt qeydləri üzrə yoxlanılmış və X2 barəsində ölüm haqqında məlumat müəyyən edilməmişdir. İşə əlavə olunmuş doğum haqqında arayışlardan görünür ki, X3 xx.xx.1962-ci il tarixdə Tovuz rayonu Bayramlı kəndində anadan olmuşdur. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X3 1934-cü il tarixdə Tovuz rayonu Bayramlı kəndində anadan olmuş xx.xx.1989-cu il tarixdə prostat vəzinin bəd xəstəliyindən vəfat etmişdir. X3 vəfat edənə kimi ünvan 1 ünvanında yaşamışdır. Tovuz şəhər Poliklinikası tərəfndən 1994-cü ildə verilmiş arayışdan görünür ki, X3 24 aprel 1989-cu ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, ərizəçinin oğlunun ölümü qeydə alınmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyil və onun göstərilən tarixdə ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, X3 24 aprel 1989-cu ildə ev şəraitində Tovuz şəhərində ölmüşdür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 24 aprel 1989-cu ildə Tovuz şəhərində ev şəriaitində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar