Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2832/2023 09.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi, İşdə maraqlı olan şəxs Maraqlı şəxs iştirakı ilə Ərizəçi işdə maraqlı olan şəxs Maraqlı şəxs qarşı “barışıq sazişinin alimentə aid hissəsinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi işdə maraqlı olan şəxs Maraqlı şəxs qarşı “barışıq sazişinin alimentə aid hissəsinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, barışıq sazişinin alimentə aid hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası 09 oktyabr 2023-cü il tarixə təyin olunmuş və bu barədə tərəflərə rəsmi məhkəmə bildirişi göndərilmiş, lakin ərizəçi məhkəməyə gəlməmişdir. İşdə maraqlı olan şəxs Maraqlı şəxs işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi işdə maraqlı olan şəxs Maraqlı şəxs qarşı “barışıq sazişinin alimentə aid hissəsinin təsdiq edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi təqdim edildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-2832/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2832/2023
09.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver