Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2908/2024 16.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1981-ci il təvəllüdlü X5 xx.xx.1981-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X6 ilə anası X1 birgə nikahlarından xx.xx.1981-ci il tarixdə X2 anadan olmuşdur. X2 anadan olandan 3 ay olar yaşamamış, xx.xx.1981-ci ildə vəfat etmişdir. X11 təzə doğulmuş uşaq olduğuna görə ata və anası ona ölüm haqqında şəhadətnamə almamışlar. Hal-hazırda ata və anası vəfat edib, vərəsəlik ilə bağlı sənədləri toplayanda X5 adı elektron sistemdə göründüyündən o miradsı rəsmiləşdirə bilməmişdir.Ona bildirmişlər ki, ölümün qeydə alınması məhkəmə qaydasında olunmalıdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, lazımi sənədləşdirmə işlərinin aparılması üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2198 nömrəli doğum haqqında arayışdan görünür ki, xx.xx.1981-ci ildə doğulmuş X5 atası X6, anası X3r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "Vətəndaşlıq vəziyyəti aktları"avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Maraqlı şəxs arxivində, Yuxarı Öysüzlü kənd icra nümayəndəliklərin akt qeyd kitablarında sizin qardaşınız X5 adına tərtib olunmuş ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ona görə də, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etməyiniz tövsiyyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, ərizəçi onun xalasının nəvəsidir. Vaqif və Sevda onların kəndində yaşayırdı. Onların Asif adlı uşaqları 1981-ci ildə tələf olmuş və Tovuz Rayonunun Öysüzlü qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Vasif onun qardaşının oğludur. X11 anadan olandan sonra 1981-ci ildə vəfat etmişdir. O, Tovuz Rayonunun Öysüzlü kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və şahid ifadələrinin izahatını və işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1981-ci ildə doğulmuş təvəllüdlü X5 1981-ci il tarixdə ölməsi sübuta yetirilir.Buna baxmayaraq ərizəçi qardaşının qeyd edilən ayda və gündə ölməsini təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, ərizəçinin oğlunun ölümü qeydə alınmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyil və onun göstərilən tarixdə ölməsi faktı müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum qardaşı xx.xx.1981-ci il təvəllüdlü X8 ölüm haqqında şəhadətnamənin ala bilməməsi, X5 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1981-ci il təvəllüdlü X5 1981-ci il tarixdə ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. xx.xx.1981-ci ildə doğulmuş X5 1981-ci ildə ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2908/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2908/2024
16.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver