Məhkəmə qərarları › İş №2(062)-2926/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2926/2023

19.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2926/2023 19.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Tovuz şəhərində 19 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəmədə Maraqlı şəxs qarşı ərizə ilə müraciət edərək Maraqlı şəxs ilə aralarında bağlanmış mediasiya prosesi nəticəsində əldə edilən xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, cavabdeh Maraqlı şəxs ilə el adəti qaydasında evlənib ailə qurmuşdur. Birgə yaşayışlardan xx.xx.2023-cü il tarixində X4 adlı bir nəfər uşaqları anadan olmuşdur. Lakin, bir müddət sonra Maraqlı şəxs ilə aralarında narazılıq yaranmağa başlanmışdır. Ona görə də o, Mediasiya haqqında Azərbaycan Respublikasının Qanuna əsasən mediasiya müraciət etmişdir. Maraqlı şəxs ilə aralarında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalamışlar. Maraqlı şəxs ilə aralarında olan xx.xx.2023-cü il tarixli barışıq sazişində qeyd olunduğu kimi onun la birgə yaşayılarından xx.xx.2023-cü il tarixində anadan olmuş X4 adlı uşağının saxlanması üçün hər ay 190 (yüz doxsan) manat alimenti hər ayın 1-dən gec olmayaraq ona verməyi öhtəsinə götürmüşdür. Lakin, Maraqlı şəxs sazişə əməl etməmişdir. Ona görə də xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə Maraqlı şəxs məhkəmə iclasında ərizəni qəbul edərək izahatında göstərdi ki, Ərizəçi ilə el adəti ilə evlənmişlər. Birgə yaşayışlarından xx.xx.2023-cü il tarixində X4 adlı bir nəfər uşaqları anadan olmuşdur. Barışıq sazişi ikisinin də razılığı ilə bağlanmışdır. Təsdiq olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə alimentə aid hissədə təmin edilməlidir. Surəti işə əlavə olunmuş barışıq sazişindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə “atalığın müəyyən edilməsi, aliment, uşaqla ünsiyyət, əmlak” barədə barışıq sazişi bağlamışlar. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər qeyri-rəsmi qaydada evlənmişlər. Birgə yaşayışlarından xx.xx.2023-cü il tarixində X4 adlı bir nəfər uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. Uşaqlar ərizəçinin yanındadır. Ərizəçi sonradan Maraqlı şəxs aliment tələb etmiş, tərəflər arasında 08 sentyabr 2023-cü il tarixində mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış, saziş mediator tərəfindən təsdiq olunmuşdur. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir:

1. Verdiyev X3 Lalə Vidadi qızı ilə birlikdəlikdən xx.xx.2023-cü ildə anadan olmuş X2 atalıq verməyi öhdəsinə götürmüş;

2. Maraqlı şəxs xx.xx.2023-cü ildə anadan olmuş övladının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 190 manat alimneti hər ayın 1-dən gec olmayaraq anası Ərizəçi verməyi öhdəsinə götürmüş;

3. Maraqlı şəxs övladı ilə hər həftənin bazar günləri 1 saat Ərizəçi yaşadığı evdə görüşməsinə və ünsiyyətdə olmasına qərara gəlmişlər. Barışıq sazişi hal-hazırda qüvvədədir. Ərizənin məzmunundan görünür ki, barışıq sazişi alimentə aid hissədə mübahisələndirilir. “Mediasiya haqqında”Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Üçüncü şəxslərin mənafeyinə toxunmur. İddiaçının izahatı ilə məlum olur ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyib, alimentin məbləğini könüllü olaraq iddiaçıya ödəmir. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 08 sentyabr 2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişi alimentin ödənilməsinə aid hissəsi tam olaraq qanuna müvafiq olduğundan həmin hissə təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış tərəflərin birgə yaşayışlarından xx.xx.2023-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay 190 (yüz doxsan) manat alimentin alınıb Ərizəçi verilməsinə dair 08 sentyabr 2023-cü il tarixli barışıq sazişi alimentə aid hissədə təsdiq edilsin və məcburi icraya yönəldilsin. 08 sentyabr 2023-cü il tarixdən başlayaraq aliment ödənilməsi həyata keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar