Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2949/2023 23.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi iştirakı ilə İşdə maraqlı şəxs Ərizəçi işdə maraqlı şəxs X4 qarşı aliment tələbi barədə mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə Tovuz şəhərində 23 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşdə maraqlı şəxs Ərizəçi məhkəmədə maraqlı şəxs X4 qarşı ərizə ilə müraciət edərək X5 ilə aralarında bağlanmış mediasiya prosesi nəticəsində əldə edilən xx.xx.2023cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə maraqlı şəxs Ərizəçi ərizəsində göstərmişdir ki, maraqlı şəxs X5 ilə el adəti ilə evlənmişlər. Birgə yaşayışlarından 20 iyun 2014-cü ildə Lalə və 01 iyun 2015-ci ildə Əlikömək adlı uşaqları anadan olmuşdur. İşdə maraqlı şəxs X5 ilə aralarında narazılıq yarandığına görə ayrılmışlar. Uşaqlar onun himayəsindədir. Ayrıldıqdan sonra maraqlı şəxs X5 uşaqların böyüyüb tərbiyə olunması üçün ona könüllü olaraq maddi yardım göstərmir. Uşaqlara təkbaşına baxmaqda çətinlik çəkir. Ona görə də 20 iyun 2014-cü ildə anadan olmuş Lalə və 01 iyun 2015-ci ildə anadan olmuş Əlikömək adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün aralarında olan barışıq sazişinin şərtlərinə uyğun olaraq cavabdehdən hər ay hər uşaq üçün 175 manat aliment alınıb ona verilməsinə dair barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə maraqlı şəxs X4 məhkəmə iclası barədə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxs X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Surəti işə əlavə olunmuş doğum haqqında arayışlardan görünür ki, tərəflərin 20 iyun 2014-cü ildə Lalə və 01 iyun 2015-ci ildə Əlikömək adlı uşaqları anadan olmuşdur. İşə əlavə olunmuş barışıq sazişindən görünür ki, tərəflər birgə yaşayışlarından xx.xx.2014-cü ildə anadan olmuş X6 və xx.xx.2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat alimenti Ərizəçi vermək barədə razılaşmışlar. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər el adəti qaydasında evlənmişlər. Birgə yaşayışlarından 20 iyun 2014-cü ildə Lalə və 01 iyun 2015-ci ildə Əlikömək adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. Uşaqlar iddiaçının yanındadır. Ərizəçi sonradan X1 aliment tələb etmiş, tərəflər arasında 12 yanvar 2023-cü il tarixində mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış, saziş mediator tərəfindən təsdiq olunmuşdur. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir:
1. Birgə yaşayışlarından xx.xx.2014-cü ildə anadan olmuş X6 və xx.xx.2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat alimenti Ərizəçi verməyi öhdəsinə götürür.
2. Hər iki tərəf sazişin icrası hər ayın 25-indən gec olmayaraq icra edilməsinə qərar verdi. Barışıq sazişi hal-hazırda qüvvədədir. “Mediasiya haqqında”Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Üçüncü şəxslərin mənafeyinə toxunmur. İddiaçının izahatı ilə məlum olur ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyib, alimentin məbləğini könüllü olaraq iddiaçıya ödəmir. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 12 yanvar 2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişi alimentin ödənilməsinə aid hissəsi tam olaraq qanuna müvafiq olduğundan həmin hissə təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. İşdə maraqlı şəxs Ərizəçi ilə işdə maraqlı şəxs X5 arasında bağlanmış tərəflərin birgə yaşayışlarından xx.xx.2014-cü ildə anadan olmuş X6 və xx.xx.2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat alimentin Ərizəçi verilməsinə dair 12 yanvar 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və məcburi icraya yönəldilsin. 25 yanvar 2023-cü il tarixdən başlayaraq aliment ödənilməsi həyata keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Qafil Baxşıyev