Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2963/2025 13.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ İHakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs Tovuz regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il təvəllüdlü X2nun xx.xx.1982-ci il tarixdə Tovuz rayonu Mülkülü kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, doğma X2 xx.xx.0982-ci ildə Tovuz rayonu Mülkülü kəndində doğulmuşdur. X2 anadangəlmə xəstə olduğuna görə doğulduqdan qısa müddət sonra xx.xx.1982-ci ildə Tovuz rayonu Mülkülü kəndində vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin X2 vəfat edən vaxt onun ölümü barədə müvafiq akt qeydi aparılmamışdır. Belə ki, atası X11 xx.xx.2024-cü ildə vəfat etmişdir. Atasından qalan miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi ilə əlaqədar müraciət etdikdə X2nun barəsində Tovuz Regional "ASAN XİDMƏT" Mərkəzində Qeydiyyat şöbəsində ölüm akt qeydinin aparılmaması müəyyən edilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmyi tövsiyyə edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Tovuz regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Tovuz regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Tovuz regional "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi Sizin qardaşınız X5 ölümünün dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinizə cavab olaraq bildiririk ki, xx.xx.1982-ci ildə Tovuz rayonu Mülkülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı X5 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, X10 barəsində ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməyiniz tövsiyə olunmuşdur. İş materiallarında olan Tovuz rayonu Aşağı mülkülü kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 136 nömrəli arayışdan görünür ki, verilir X7 ondan ötrü ki, o 1982-ci il tarixdə rəhmətə gedib qonşuların iştirakı ilə Aşağı Mülkülü kənd qəbristanlığında dəfn edilmişdir. Tovuz regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli doğum haqqında şəhadətnamənin arayışından görünür ki, X10 xx.xx.1982-ci ildə Tovuz rayonunun Mülkülü kəndində anadan olmuşdur. X1 ilə X3r. İş materiallarında olan Tovuz regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Tovuz rayon Düzcırdaxan kənd soveti tərəfindən verilmiş xx.xx.1976-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X8 arasında nikah bağlanmışdır. İş materiallarında olan Tovuz rayon Düzcırdaxan kənd soveti tərəfindən verilmiş xx.xx.1983-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1983-cü ildə doğulmuşdur. X1 ilə X3r. İş materiallarında olan Tovuz regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, arayışından görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X2nun ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Şöhrətin uşaqlarının tələf olduğunu görmüşdür. O, dəfndə iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və şahid ifadəsinin izahatını və işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1982-ci il təvəllüdlü X5 xx.xx.1982-ci il tarixdə Tovuz rayonu Mülkülü kəndində ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum X2na ölüm haqqında şəhadətnamənin ala bilməməsi, onun ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1982-ci il təvəllüdlü X5 xx.xx.1982-ci il tarixdə Tovuz rayonu Mülkülü kəndində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1982-ci il təvəllüdlü X5 xx.xx.1982-ci il tarixdə Tovuz rayonu Mülkülü kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2963/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2963/2025
13.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver