Məhkəmə qərarları › İş №2(062)-3024/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3024/2025

28.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3024/2025 28.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi iştirakı ilə İşdə maraqlı şəxs Ərizəçi işdə Maraqlı şəxs qarşı barışıq sazişinin alimentə aid hissəsinin təsdiq edilməsi tələbinə dair mülki işə Tovuz şəhərində 28 avqust 2025-ci il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşdə maraqlı şəxs Ərizəçi məhkəmədə Maraqlı şəxs qarşı ərizə ilə müraciət edərək Maraqlı şəxs ilə aralarında bağlanmış mediasiya prosesi nəticəsində əldə edilən xx.xx.2025-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin alimentə aid hissəsinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə maraqlı şəxs Ərizəçi iddia ərizəsində göstərmişdir ki, Maraqlı şəxs ilə el adəti ilə evlənmiş, nikahları rəsmiləşdirmişlər. Birgə nikahlarından 18 fevral 2019-cu ildə Ayan, 08 mart 2020-ci ildə Ləman, 13 iyun 2021-ci ildə Ruzi və 16 avqust 2022-ci ildə Türkan adlı uşaqları anadan olmuşdur. İşdə Maraqlı şəxs ilə aralarında narazılıq yarandığına görə məhkəmə qətnaməsi ilə ayrılmışlar. Uşaqlar onun himayəsindədir. Ayrıldıqdan sonra Maraqlı şəxs uşaqların böyüyüb tərbiyə olunması üçün ona könüllü olaraq maddi yardım göstərmir. Uşaqlara təkbaşına baxmaqda çətinlik çəkir. Ona görə də 18 fevral 2019-cu ildə Ayan, 08 mart 2020-ci ildə Ləman, 13 iyun 2021-ci ildə Ruzi və 16 avqust 2022-ci ildə Türkan adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün aralarında olan barışıq sazişinin şərtlərinə uyğun olaraq cavabdehdən hər ay hər uşağa görə 70 manat məbləğində aliment alınıb ona verilməsinə dair barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Surəti işə əlavə olunmuş doğum haqqında arayışdan görünür ki, tərəflərin birgə nikahlarından 18 fevral 2019-cu ildə Ayan, 08 mart 2020-ci ildə Ləman, 13 iyun 2021-ci ildə Ruzi və 16 avqust 2022-ci ildə Türkan adlı uşaqları anadan olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər el adəti qaydasında evlənmiş, nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 18 fevral 2019-cu ildə Ayan, 08 mart 2020-ci ildə Ləman, 13 iyun 2021-ci ildə Ruzi və 16 avqust 2022-ci ildə Türkan adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər məhkəmə qaydasında ayrılmışlar. Uşaqlar ərizəçinin yanındadır. Ərizəçi Maraqlı şəxs aliment tələb etmiş, tərəflər arasında 19 may 2025-ci il tarixində mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış, saziş mediator tərəfindən təsdiq olunmuşdur. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir:

1. Tərəflərin birgə nikahlarından 18 fevral 2019-cu ildə anadan olmuş Ayan, 08 mart 2020-ci ildə anadan olmuş Ləman, 13 iyun 2021-ci ildə anadan olmuş Ruzi və 16 avqust 2022-ci ildə anadan olmuş Türkanın yetkinlik yaşına çatanadək anaları Ərizəçi yanında və himayəsində qalması barədə razılaşmışlar.

2. Maraqlı şəxs birgə nikahlarından 18 fevral 2019-cu ildə anadan olmuş Ayan, 08 mart 2020-ci ildə anadan olmuş Ləman, 13 iyun 2021-ci ildə anadan olmuş Ruzi və 16 avqust 2022-ci ildə anadan olmuş Türkanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 70 (yetmiş) manat alimenti hər ayın 19undan gec olmayaraq Ərizəçi verməyi öhdəsinə götürür.

3. Maraqlı şəxs övladları 18 fevral 2019-cu ildə anadan olmuş Ayan, 08 mart 2020-ci ildə anadan olmuş Ləman, 13 iyun 2021-ci ildə anadan olmuş Ruzi və 16 avqust 2022-ci ildə anadan olmuş Türkan ilə hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 19:00-a qədər görüşə və ünsiyyətdə ola bilər.

4. Hər iki tərəf gələcəkdə alimentin minimum əmək haqqına münasibətdə indeksasiya olunması ilə bağlı müraciət edə bilərlər. Barışıq sazişi hal-hazırda qüvvədədir. “Mediasiya haqqında”Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Üçüncü şəxslərin mənafeyinə toxunmur. İddiaçının izahatı ilə məlum olur ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyib, alimentin məbləğini könüllü olaraq iddiaçıya ödəmir. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 19 may 2025-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin alimentin ödənilməsinə aid hissəsi tam olaraq qanuna müvafiq olduğundan həmin hissə təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. İşdə maraqlı şəxs Ərizəçi ilə işdə Maraqlı şəxs arasında bağlanmış tərəflərin birgə nikahlarından 18 fevral 2019-cu ildə anadan olmuş Ayan, 08 mart 2020-ci ildə anadan olmuş Ləman, 13 iyun 2021-ci ildə anadan olmuş Ruzi və 16 avqust 2022-ci ildə anadan olmuş Türkanın yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşağa görə 70 (yetmiş) manat alimentin alınaraq Ərizəçi verilməsinə dair hissədə 19 may 2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin və məcburi icraya yönəldilsin. Qətnamə dərhal icra olunsun. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edənQafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar