Məhkəmə qərarları › İş №2(062)-3038/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3038/2025

29.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3038/2025 29.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 iclas katibliyi və ərizəçi X8 iştirakı ilə, Ərizəçi X12 və maraqlı şəxs X10 göstərilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi Ərizəçi X12 maraqlı şəxs X6 qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, X10 ilə aralarında bağlanmış mediasiya prosesi nəticəsində əldə edilən xx.xx.2024-cü il tarixli barışıq sazişinin alimentə dair hissəsinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X12 cavabdeh X10 ilə el adəti qaydasında evlənib ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2016-cı ildə X13 adlı övladları anadan olmuşdur. Lakin bir müddət sonra cavabdehlə aralarında narazılıqlar yaranmağa başlamışdır. Ona görə də o, Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununa əsasən mediasiyaya müraciət etmişdir. Tam mediasiya sessiyasının nəticəsi olaraq cavabdehlə aralarında xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən "X10 rəsmi nikahlarından xx.xx.2016-cı ildə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 250(iki yüz əlli) manat alimenti hər ayın 20-sindən gec olmayaraq X11 verməyi öhdəsinə götürür." Ümumiyyətlə cavabdehlə aralarında olan xx.xx.2024-cü il tarixli barışıq sazişində qeyd olunduğu kimi hər ay Zəhra üçün cəmi 250(iki yüz əlli) manat aliment cavabdehdən alınaraq ona verilməlidir. Lakin X1 əməl etmir, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında ərizəçi X12 bildirmişdir ki, alimenti hər ay vaxtında ödəmir. Cavabdehin anası isə ümumiyyətcə ödəməyəcəyini bildirir. Xahiş etmişdir ki, mediasiyada bağlanan barışıq sazişi təsdiq edilsin. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs X10 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları Mediasiya prosesi nəticəsində X12 (Birinci Tərəf) və X10 (İkinci Tərəf) arasında xx.xx.2024-cü il tarixdə bağlanılmış barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: “1. Tərəflər rəsmi nikahlarından xx.xx.2016-cı ildə anadan olmuş X13 yetkinlik yaşına çatanadək anası X8 yanında və himayəsində qalmağı barədə razılığa gəldilər.

2. X10 rəsmi nikahlarından xx.xx.2016-cı ildə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 250 manat alimenti hər ayın 20-dən gec olmayaraq X11 verməyi öhdəsinə götürür.

3. X2 Elnur Məhəmməd oğlunun övladı Zəhra ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-a qədər görüşməsinə və ünsiyyətdə olmağına şərait yaradacağını öhdəsinə götürür.

4. Barışıq sazişinin icrası imzalandığı gündən hesablanır”.

Tətbiq edilən hüquq “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Maddə 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

Məhkəmənin mövqeyi İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün tərəflər arasında müddət müəyyən edilmişdir. Məhkəmə sazişi nəzərdən keçirərək hesab edir ki, sazişin təsdiq edilməməsi üçün heç bir səbəb yoxdur. Belə ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, qanunazidd deyildir, həmçinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə həmin saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Qanun yalnız iki halda məhkəmələrə mediasiyada bağlanmış barışıq sazişinin təsdiqindən imtina etmək səlahiyyəti vermişdir. Bunlardan biri sazişin və ya onun bir hissəsinin qanuna zidd olduğu, digəri isə sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduğu hallardır. Yəni qanun məhkəmələrə sazişin və ya onun bir hissəsinin mediasiya iştirak edən tərəfin hüquqlarına toxunduğu hallarda onun təsdiqindən imtina səlahiyyəti verməmişdir. Ona görə ki, barışıq sazişi tərəflər arasında könüllü bağlanır və onların müstəqil iradə ifadəsinə əsaslanır. Bu baxımdan saziş bağlandığı vaxt tərəflərdən birinin iradə ifadəsinin zədələndiyinin sübuta yetirildiyi hallar istisna olmaqla (Çünki bu halda saziş qanuna zidd bağlanmış olur), saziş, sonradan saziş tərəflərindən birinin maraqlarına uyğun olmasa belə təsdiq edilməlidir.

Məhkəmə xərcləri Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ərizəçi tərəfindən ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X12 və X10 arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli nömrəli barışıq sazişi təsdiq edilməsi üçün iddiaçı tərəfindən ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. X12 və X10 arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı bəndi təsdiq edilsin: “1. Tərəflər rəsmi nikahlarından xx.xx.2016-cı ildə anadan olmuş X13 yetkinlik yaşına çatanadək anası X8 yanında və himayəsində qalmağı barədə razılığa gəldilər.

2. X10 rəsmi nikahlarından xx.xx.2016-cı ildə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 250 manat alimenti hər ayın 20-dən gec olmayaraq X11 verməyi öhdəsinə götürür.

3. X2 Elnur Məhəmməd oğlunun övladı Zəhra ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-a qədər görüşməsinə və ünsiyyətdə olmağına şərait yaradacağını öhdəsinə götürür.

4. Barışıq sazişinin icrası imzalandığı gündən hesablanır”. Ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu X4 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar