Məhkəmə qərarları › İş №2(062)-3113/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3113/2023

07.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3113/2023 07.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəmədə Maraqlı şəxs qarşı ərizə ilə müraciət edərək Maraqlı şəxs ilə aralarında bağlanmış mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə 21 iyul 2018-ci il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxslə birgə yaşamaq mümkün olmadığı üçün Tovuz Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(062)-744/2022 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Məhkəmə qətnaməsində də qeyd edildiyi kimi məhkəmə prossesindən əvvəl mediasiya prosessində iştirtak etmişdir. Razılaşmışlar ki, uşağı onun himayəsində qalsın və hər ay uşağın saxlanılması üçün cavabdeh 250 manat aliment ödəyəcəyini öhdəliyi götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişinin 2-ci bəndinin tələblərini pozaraq hər ay qeyd olunan alimenti ödəməmişdir. Ona görə də, Maraqlı şəxs ilə aralarında bağlanmış mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə Maraqlı şəxs məhkəmə iclasında ərizəni qəbul etməyərək izahatında göstərdi ki, Ərizəçi ilə el adəti ilə evlənmişlər və sonradan rəsmiləşdirmişlər. Birgə yaşayışlarından xx.xx.2018-ci il tarixdə X7 adlı uşağı anadan olmuşdur. Barışıq sazişini bağlayan zaman o hərbiçi işləyirdi ona görə də 250 manat alimenti ödəyə bilirdi. Lakin işdən çıxdığı üçün 250 manat alimenti ödəyə bilmir. Ona görə də nəzərə alınmasını xahiş etdi. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Surəti işə əlavə olunmuş Barışıq sazişindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək anası X2 yanında saxlanılması, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hərbi qulluqda işlədiyi dövr ərzində hər ayın 1-dən gec olmayaraq 250 manat sabit pul məbləğində alimenti X3 verməyi öhdəsinə götürmüşdür. X6 xx.xx.2018-ci il tarixdə anadan olmuş X7 ilə atası Maraqlı şəxs, nənəsi X1 və babası X5 hər həftənin 6-cı günləri saat 10:00-dan 18:00-dək görüşmələrinə və ünsiyyətdə olmalarına şərait yaradacağını öhdəsinə götürmüşdür. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər rəsmi qaydada evlənmişlər. Birgə yaşayışlarından xx.xx.2018-ci il tarixdə Turxan adlı uşağı anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. Uşaq ərizəçinin yanındadır. Ərizəçi Maraqlı şəxs aliment tələb etmiş, tərəflər arasında 03 fevral 2022-ci il tarixində mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış, saziş mediator tərəfindən təsdiq olunmuşdur. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir:

1. Birgə nikahlarından xx.xx.2018-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək anası X2 yanında saxlanılması, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hərbi qulluqda işlədiyi dövr ərzində hər ayın 1-dən gec olmayaraq 250 manat sabit pul məbləğində alimenti X3 verməyi öhdəsinə götürmüşdür.

2. X6 xx.xx.2018-ci il tarixdə anadan olmuş X7 ilə atası Maraqlı şəxs, nənəsi X1 və babası X5 hər həftənin 6-cı günləri saat 10:00-dan 18:00-dək görüşmələrinə və ünsiyyətdə olmalarına şərait yaradacağını öhdəsinə götürmüşdür. Barışıq sazişi hal-hazırda qüvvədədir. “Mediasiya haqqında”Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Üçüncü şəxslərin mənafeyinə toxunmur. İddiaçının izahatı ilə məlum olur ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyib, alimentin məbləğini könüllü olaraq iddiaçıya ödəmir. Borclu alimenti ödəyə bilməməsi səbəblərini belə izah etmişdir ki, mediasiya sessiyasında ona görə hər ayın 1-dən gec olmayaraq 250 manat sabit pul məbləğində alimenti X3 verməyi öhdəsinə götürmüşdür ki, o həmin dövrdə hərbidə işləmişdir. Hazırda isə heç bir yerdə işləmir. Barışıq sazişinin şərti isə ondan ibarət olmuşdur ki, ancaq hərbidə işlədiyi müddətdə o aliment ödəyəcəkdir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsində alimentin tutulmasının iki forması nəzərdə tutulmuşdur.

1. Sabit pul məbləğində

2. Qazancın və (və ya) valideynlərin başqa gəlirləri miqdarında. Tərəflər mediasiya sessiyasında alimentin sabit pul məbləğində ödənilməsinə dair razılığa gəliblər.Borclu iddia edir ki, alimentin şərtlərindən biri ondan ibarətdir ki, o işlədiyi müddətdə hər ayın 1-dən gec olmayaraq aliment verməyi öhdəsinə götürüb. Hazırda isə o heç bir yerə işləmədiyindən barışıq sazişi məcburi icraya yönələ bilməz. Məhkəmə həmin dəlilləri əsassız hesab edir. Belə ki, barışıq sazişinin həmin şərti sazişin şərtini təşkil edə bilməz. Həmin hissə müqavilənin mahiyyətinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. Həmin Məcəllənin 419-cu maddəsinə əsasən müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məhkəmə hesab edir ki, müqavilənin alimentin ödənilməsi ilə bağlı “hərbi qulluqda işlədiyi dövr ərzində”müddəası aliment ödəyən şəxs tərəfindən müqaviləyə daxil edildiyindən həmin şərt həmin şəxsin ziyanına təfsir edilməlidir. Öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 03 fevral 2022-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişi alimentin ödənilməsinə aid hissəsi tam olaraq qanuna müvafiq olduğundan həmin hissə təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs birgə yaşayışlarından xx.xx.2018-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay bir uşağa görə 250 (iki yüz əlli) manat alimentin alınıb Ərizəçi verilməsinə dair 03 fevral 2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin və məcburi icraya yönəldilsin. 03 fevral 2022-ci il tarixdən başlayaraq aliment ödənilməsi həyata keçirilsin. Qətnamə dərhal icra edilsin. Maraqlı şəxs alimentin məbləğinin dəyişdirilməsi ilə bağlı tələblə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar