Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3225/2023 14.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakları ilə Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəmədə Maraqlı şəxs qarşı ərizə ilə müraciət edərək Maraqlı şəxs ilə onun arasında xx.xx.2023-cü il tarixdə Mediasiya prosesində bağlanamış “Barşiq sazişinin uşaqla ünsiyyət” hissəsində məcburi icrası üçün “barşıq sazışinin təsdiq edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, cavabdeh Maraqlı şəxs ilə rəsmi qaydada evlənib ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2019-cu ildə qızı X2 adlı övladları anadan olmuşdur. Lakin sonradan cavabdehlə ailə münasibətləri pozulduğundan onlar ayrılmışlar. Bununla bağlı o qanuna müvafiq qaydada mediasiyadan keçmiş və 06 iyun 2023-cü ildə mediasiyada qəbul olunan “Barışıq sazişinə əsasən cavabdeh Maraqlı şəxs Ərizəçi övladı Zümrüd ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 17:00-dək görüşə olması və ünsiyyətə şəraut yaradacağını öhdəsinə götürmüşdür.Tovuz Rayon Məhkəməsinin 2(062)-2130/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən nikahları rəsmi qaydada pozulmuş və 200 manat aliment təyin olunmuşdur. Lakin Aytən uşaqla ünsiyyətin təmin edilməsini rəsmi olaraq öhdəsinə götürsə də, “Barışıq sazişinə əməl etmir, onun unsiyyətini məhdudlaşdırır. Ona görə də, Maraqlı şəxs ilə onun arasında xx.xx.2023-cü il tarixdə Mediasiya prosesində bağlanamış “Barşiq sazişinin uşaqla ünsiyyət” hissəsində məcburi icrası üçün “barşıq sazışinin təsdiq edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə Maraqlı şəxs məhkəmə iclası barədə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Maraqlı şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Surəti işə əlavə olunmuş Barışıq sazişindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə “uşağın himayədəsaxlanması, uşaqla ünsiyyət, alinment, cehizin çıxarılması) tələbi” barədə barışıq sazişi bağlamışlar. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər rəsmi qaydada evlənmişlər. Birgə yaşayışlarından xx.xx.2019-cu il tarixdə Zümrüd adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. Uşaq maraqlı şəxsin yanındadır. Ərizəçi ilə Maraqlı şəxs arasında 06 iyun 2023-cü il tarixində mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış, saziş mediator tərəfindən təsdiq olunmuşdur. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir:
1. Tərəflər xx.xx.2019-cu ildə anadaan olmuş X1 yetkinlik yaşına çatanadək anası Maraqlı şəxs yanında və himayəsində himayəsində saxlanılmışdır.
2. xx.xx.2019-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəçi hər ay 200 (iki yüz) manat alimenti Maraqlı şəxs verməyi öhdəsinə götürür.
3. Ərizəçi 200 manat alimenti hər ayın 1-dən gec olmayaraq verməyi öhdəsinə gütürmüşdur.
4. Ərizəçi övladı Zümrüd ilə hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 17:00-a qədər görüşə və ünsiyyətdə ola bilər.
5. Tərəflər Maraqlı şəxs məxsus cehiz əşyalarının Tovuz rayon Bozalqanlı kəndində yerləşən Ərizəçi məxsus fərdi yaşayış evindən çıxarılması qərarına gəlmişlər. Barışıq sazişi hal-hazırda qüvvədədir. “Mediasiya haqqında” Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Üçüncü şəxslərin mənafeyinə toxunmur. İddiaçının izahatı ilə məlum olur ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyib, alimentin məbləğini könüllü olaraq iddiaçıya ödəmir. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 06 iyun 2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin uşaqla ünsiyyətə dair hissəsi qanuna müvafiq olduğundan həmin hissə təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi övladı xx.xx.2019-cu ildə anadan olmuş X2 ilə hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 17:00-a qədər görüşə və ünsiyyətdə olması hissəsinə dair 06 iyun 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və məcburi icraya yönəldilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov