Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3250/2023 24.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Tovuz şəhərində 24 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəmədə Maraqlı şəxs qarşı iddia qaldıraraq cavabdeh ilə aralarında 15 sentyabr 2023-cü il tarixdə Mediasiya prosesində bağlanmış barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Maraqlı şəxs ilə el adəti ilə evlənmişlər. Nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 08 sentyabr 2022-ci ildə Ömür adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ilə aralarında narazılıq yarandığına görə ayrılmışlar. Uşaq Maraqlı şəxs himayəsindədir. Ayrıldıqdan sonra cavabdeh uşağı ona göstərmir. Ona görə də 08 sentyabr 2022-ci ildə anadan olmuş Ömür adlı uşaqla ünsiyyətdə olmasına dair barışıq sazişinin şərtlərinə uyğun olaraq uşağın mənafeyinə uyğun olaraq hər həftənin şənbə və bazar günü istənilən vaxt görüşmələrinə və ünsiyyətdə olmalarına şərait yaradılmasına dair barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasında ərizəni qəbul edərək izahatında göstərdi ki, ərizəçi ilə el adəti qaydasında evlənmişlər. Nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 08 sentyabr 2022-ci ildə Ömür adlı uşaqları anadan olmuşdur. Ərizəçi ilə aralarında narazılıq yarandığına görə ayrılmışlar. Uşaq onun himayəsindədir. Barışıq sazişi bağlamışlar, lakin uşaqla atasının görüşməsinə öz yanında olacaqsa, icazə verir. Görüş vaxtı isə az olmasını istəyir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməməlidir. Surəti işə əlavə olunmuş doğum haqqında arayışdan görünür ki, tərəflərin birgə nikahlarından 08 sentyabr 2022-ci ildə Ömür adlı uşaqları anadan olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər rəsmi qaydada evlənmişlər. Birgə nikahlarından 08 sentyabr 2022-ci ildə Ömür adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər məhkəmə qaydasında ayrılmışlar. Uşaq cavabdehin yanındadır. İddiaçı sonradan cavabdehdən uşağı ilə ünsiyyətdə olmasını tələb etmiş, tərəflər arasında 15 sentyabr 2023-cü il traixində mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış, saziş mediator tərəfindən təsdiq olunmuşdur. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir:
1. Ərizəçi 08 sentyabr 2022-ci ildə anadan olmuş Ömür adlı uşağı ilə, uşağın mənafeyinə uyğun olaraq hər həftənin şənbə və bazar günü istənilən vaxtda görüşə və ünsiyyətdə ola bilər. Barışıq sazişi hal-hazırda qüvvədədir. “Mediasiya haqqında”Qanunun tələblərinə uyğun tərtib olunmayıb və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmuşdur. Belə ki, uşaqla ünsiyyətin verilməsi üçün ilk növbədə Qəyyumluq və Himayəçilik orqanı cəlb olunmalıdır. Mediasiya prosesində isə bu şərtə əməl olunmamışdır. Bundan başqa, ünsiyyətin vaxtı dəqiq qeyd edilməmişdir. Bu hal uşağın mənafeyinə ziddir. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən, uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alır. Həmin Qanunun 26.4-cü maddəsinə görə, əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, Ərizəçi xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icraya yönəldilməsi barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
Ərizəçi xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icraya yönəldilməsi barədə ərizəsi təmin edilməsin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Qafil Baxşıyev