Məhkəmə qərarları › İş №2(062)-3303/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3303/2025

18.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3303/2025 18.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Tovuz regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı “vəfat etmə faktının təsdiq olunması” barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. Ərizəçinin tələbi Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 12 avqust 1992-ci ildə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş qızı X2 xx.xx.1992-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, X5 ilə evlənib ailə qurmuşdur. Onunla birgə nikahlarından uşaqları olmuşdur. xx.xx.1992-ci ildə uşaqları X6 anadan olmuşdur. Uşağa doğum haqqında şəhadətnamə almışlar. X13 doğumundan sonra cəmi 4 ay yaşamışdır. Qızının doğum haqqında şəhadətnaməsi olsa da, ölümü qeydə alınmamışdır. Qızı vəfat edəndən sonra Tovuz rayonu, Aşağı Quşçu kənd qəbirstanlığında basdırılmışdır. O, ərindən miras qalan əmlakla bağlı notariat orqanına müraciət etdikdə ona bildirilmişdir ki, qızının ölümü qeydə alınmamışdır. Odur ki, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X7 ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusudur. Məmmədova Sabir ilə nikahlarından Pakizə adlı uşaqları olmuş, doğulduqdan bir müddət sonra da vəfat emişdir. Uşağının dəfn olunmasında o da iştirak etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadəsində bildirdi ki, Ərizəçi ilə eltidir. Onun 5 uşağı olmuşdur. Qızı Pakizə 1992-ci ilin avqust ayında xəstəxanadan doğulmuş, 15 dekabr 1992-ci ildə rəhmətə getmişdir. O, uşağın dəfnində iştirak etmişdir. Uşağın qəbir daşı olmamışdır. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktla AZ-İİ 476151 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Tovuz regional “ASAN xidmət” Ədliyyə Nazirliyinin mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-165/8-1305/2025 saylı arayışdan görünür ki, X6 xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. X1, anası Ərizəçidır. Torpağın mülkiyyətə verilməsinə dair JN-830A, KOD50300078 nömrəli şəhadətnamədən görünür ki, X4 və ailə üzvlərinə Tovuz rayonu, Aşağı Quşçu kəndində 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Tovuz regional “ASAN xidmət” Ədliyyə Nazirliyinin mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-69-1168/2025 nömrəli arayışdan görünür ki, X2 vəfat etməsi barəsində heç bir məlumatın aşkar edilmədiyi bildirilmişdir. Tovuz rayon Aşağı Quşçu kənd həkim məntəqəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1992-ci ildə vəfat etmiş X2 vəfat etməsi haqqında ölüm haqqında şəhadətnamə verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 307.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311.Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: Bənd 9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bənd 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”: Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, X5 ilə Ərizəçi birgə nikahlarından xx.xx.1992-ci ildə X6 doğulmuşdur. X6 xx.xx.1992-ci il tarixdə vəfat etmiş və Tovuz rayonu, Aşağı Quşçu kənd qəbirstanlığında dəfn edilmişdir. İşin bu halı şahid ifadələri və verilmiş arayışlar ilə təsdiqini tapır. Mərhumun ölüməsi barədə məlumat olmaması səbəbi ilə ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmiş, onun ölümü vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanında qeydə alınmamışdır. Göründüyü kimi, Ərizəçi mərhum qızının ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir, habelə ona bu sənədlərin alınmaması vərəsəlik hüquqlarının həyata keçirilməsinə imkan vermir. Məhkəmə hesab edir ki, bu kimi hallar ərizəçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsini təmin etməyə əsas verir. Çünki ərizəçinin nail olmaq istədiyi məqsədə çatmaq üçün məhkəmədən kənar başqa yolu yoxdur. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum qızının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Məhkəmə araşdırması zamanı X2 xx.xx.1992-ci il tarixdə Tovuz rayonu, Quşçu kəndində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslı hesab edilməklə həmin fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1992-ci ildə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş X2 xx.xx.1992-ci il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1992-ci ildə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş X2 xx.xx.1992-ci il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərvanə İsaqlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar