Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3371/2024 28.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı Barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin icrasının təmin edilməsi və icraya yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə el adəti ilə evlənmişlər. Birgə nikahlarından xx.xx.2018-ci il tarixdə Zəhra adında uşaqları anadan olmuşdur. Barışıq sazişini o və Hüseyn şəxsən imzalamış və saziş rəsmi qaydada mediator tərəfindən təsdiq olunmuşdur. Barışıq sazişi tərəflərin hüquq vəzifələrini müəyyən etmişdir. Aralarında bağlanmış sazişə əsasən maraqlı şəxs hər ay ona 170 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Aradan xeyli vaxt keçsə də alimenti ödəməmişdir. Hesab edir ki, ondan aliment məcburi qaydada alınıb ona verilməlidir. Ərizəçi məhkəmə iclasında iştirak etdi və ərizəsini müdafiə edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını ərzəçinin izahatı ilə qarşılıqlı şəkildə araşdıraraq belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay bir uşaq üçün 170 manat məbləğində alimenti Ərizəçi verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. İşin hallarından göründüyü kimi barışıq sazişində hər hansı ayrı şərt və müddət nəzərdə tutulmamış və barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Barışıq sazişinin şərtlərindən görünür ki, Maraqlı şəxs bir uşaq üçün 170 manat alimenti hər ayın 1-dən gec olmayaraq Ərizəçi verməyi öhdəsinə götürmüşdür. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanununun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə hesab edir ki, barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi Qanuna zidd deyildir. Ona görə də Maraqlı şəxs ilə Ərizəçi arasında 22.06. 2023-cü ildə mediasiya sesiyasında bağlanılmış barışıq sazişinin alimentə dair hissəsi təsdiq edilərək məcburi icraya yönəldilməli, xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Maraqlı şəxs hər ay sabit pul məbləğində bir uşaq üçün 170 manat məbləğində aliment 22 may 2023-cü ildən hesablanmaqla alınaraq Ərizəçi ödənilməlidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1 və 355-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında 22.06. 2023-cü ildə mediasiya sesiyasında bağlanılmış Barışıq sazişinin alimentə dair hissəsi təsdiq edilərək məcburi icraya yönəldilsin. xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Maraqlı şəxs hər ay sabit məbləğdə bir uşaq üçün 170 manat məbləğində aliment 22 may 2023-cü ildən hesablanmaqla alınaraq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-3371/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3371/2024
28.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver