Məhkəmə qərarları › İş №2(062)-3505/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3505/2025

15.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3505/2025 15.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1973-cü ildə Tovuz rayonu Qovlar şəhərində anadan olmuş atası X2 xx.xx.2008-ci ildə Tovuz rayonu Qovlar şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 onun atasıdır. Xaliq Cəfərov uzun müddət xəstə olduğundan xx.xx.2008-ci ildə vəfat edib və Tovuz rayon Qovlar şəhər qəbiristanlığında dəfn olunub. Maraqlı şəxsə onun barəsində ölüm haqqında şəhadətnamənin verilməsi üçün müraciət etsə də, ona rəsmi qaydada bildirilmişdir ki, onun haqqında qeydiyyat şöbəsində ölüm qeydiyyatı aparılmamışdır. Onun ölüm haqqında şəhadətnaməsi vərəsəlik hüququna dair şəhadətnamənin əldə edilməsi məqsədilə ona lazımdır. Onun ölümü barədə başqa qaydada sənəd əldə edə bilmədiyinə görə bu fakt məhkəmə qaydadsında müəyyən olunmalıdır. Bu səbəbdən də, məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək dərsləri ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, ərizənin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: - Maraqlı şəxs xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2006-cı ildə doğulmuşdur. X1 ilə Şahiddır. - Tovuz rayon İHB-nin Qovlar şəhər İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 2999 nömrəli arayışından görünür ki, verilir mərhum X2 barəsində ondan ötrü ki,o həqiqətən xx.xx.2008-ci il tarixdə Tovuz rayon Qovlar şəhər qəbiristanlığında dəfn olunmuşdur. - Maraqlı şəxs xx.xx.2025-ci il tarixli imtina rəyindən görünür ki, xx.xx.1973-cü ildə anadan olmuş X2 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. Bu səbəblə sizin aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o mərhum Xaliqlə faktiki nikah münasibətində olmuşdur.Ərizəçi onun qızıdır.Qızı ailə başçısını itirməyə görə pensiya da alır.Xaliq Tovuz rayonu Qovlar qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadədələri və işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, X2 xx.xx.2008-ci ildə Tovuz rayonu Qovlar qəbiristanlığında dəfn edilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum X3 ölüm haqqında şəhadətnamənin ala bilməməsi, onun ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.2008-ci ildə Tovuz rayonu Qovlar şəhərində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 xx.xx.2008-ci ildə Tovuz rayonu Qovlar şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar