Məhkəmə qərarları › İş №2(062)-3518/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3518/2024

09.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3518/2024 09.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi və işdə Maraqlı şəxs iştirakları ilə İşdə maraqlı şəxs Ərizəçi işdə Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq olunması tələbinə dair mülki işə Tovuz şəhərində 09 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəmədə Maraqlı şəxs qarşı iddia qaldıraraq Maraqlı şəxs ilə aralarında bağlanmış mediasiya prosesi nəticəsində əldə edilən xx.xx.2024-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia ərizəsində göstərmişdir ki, Maraqlı şəxs ilə el adəti ilə evlənmişlər. Nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 06 noyabr 2018-ci ildə Zeynəb və 13 iyun 2020-ci ildə Mirasim adlı uşaqları anadan olmuşdur. İşdə Maraqlı şəxs ilə aralarında narazılıq yarandığına görə ayrılmışlar. Uşaqlar Maraqlı şəxs himayəsindədir. Ayrıldıqdan sonra Maraqlı şəxs uşağı ona göstərmədiyindən uşaqla ünsiyyət hüququnun verilməsi üçün Mediasiya Şöbəsinə müraciət etmişdir. Ona görə də 06 noyabr 2018-ci ildə anadan olmuş Zeynəb və 13 iyun 2020-ci ildə anadan olmuş Mirasim adlı uşaqları ilə görüşməsi barədə barışıq sazişinin şərtlərinə uyğun olaraq hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 16:00-dək görüş verilməsinə dair barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə Maraqlı şəxs məhkəmə iclasında ərizəni qəbul edərək izahatında göstərdi ki, ərizəçi ilə el adəti ilə evlənmişlər. Nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 06 noyabr 2018-ci ildə Zeynəb və 13 iyun 2020-ci ildə Mirasim adlı uşaqları anadan olmuşdur. Ərizəni qəbul edir. Uşaqlarla ünsiyyətinə şərait yaradacaqdır. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Surəti işə əlavə olunmuş doğum haqqında arayışlardan görünür ki, tərəflərin 06 noyabr 2018-ci ildə Zeynəb və 13 iyun 2020-ci ildə Mirasim adlı uşaqları anadan olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər el adəti qaydasında evlənmişlər. Birgə nikahlarından 06 noyabr 2018-ci ildə Zeynəb və 13 iyun 2020-ci ildə Mirasim adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. Uşaqlar Maraqlı şəxs yanındadırlar. Ərizəçi sonradan Maraqlı şəxs uşağı ilə ünsiyyətdə olmağı tələb etmiş, tərəflər arasında 10 yanvar 2024-cü il tarixində mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış, saziş mediator tərəfindən təsdiq olunmuşdur. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir:

1. Maraqlı şəxs birgə nikahlarından xx.xx.2018-ci ildə anadan olmuş X1 və xx.xx.2020-ci ildə anadan olmuş X2 ilə Ərizəçi hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 16:00-dək görüş və ünsiyyətdə ola bilər. Barışıq sazişi hal-hazırda qüvvədədir. “Mediasiya haqqında”Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Üçüncü şəxslərin mənafeyinə toxunmur. Tərəflərin izahatı ilə məlum olur ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyib, ərizəçinin uşaqla ünsiyyətinə şərait yaratmamışdır. Hazırda maraqlı şəxs ərizəni qəbul edir. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 10 yanvar 2024-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişi tam olaraq qanuna müvafiq olduğundan saziş təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. Ərizəçi ilə işdə Maraqlı şəxs arasında bağlanmış tərəflərin birgə nikahlarından xx.xx.2018-ci ildə anadan olmuş X1 və xx.xx.2020-ci ildə anadan olmuş X2 ilə Ərizəçi hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 16:00-dək görüş və ünsiyyətdə olmasına dair 10 yanvar 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin və məcburi icraya yönəldilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar