Məhkəmə qərarları › İş №2(062)-3533/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3533/2025

01.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3533/2025 01.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi uşaqları X5, X9, X3, X10, X1 “ölüm faktının təsdiq edilməsi” ilə bağlı ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi Ərizəçi Tovuz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, 29.09.198-ci ildə anadan olmuş X5 xx.xx.1980-ci ildə, xx.xx.1985-ci ildə anadan olmuş X9 xx.xx.1985-ci ildə, xx.xx.1989-cu ildə anadan olmuş X3 xx.xx.1989-cu ildə, xx.xx.1979-cu ildə anadan olmuş X10 xx.xx.1979-cu ildə, xx.xx.1982-ci ildə anadan olmuş X1 xx.xx.1982-ci ildə Tovuz rayonu Əyyublu kəndində ölməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizə onunla əsaslandırılmışdır ki, o X20 ilə 20 iyul 1978-ci il tarixdə rəsmi qaydada evlənib ailə qurmuşlar. Onunla birgə nikahlarından 29 sentyabr 1980-ci ildə Mətanət. 17 yanvar 1985-ci il tarixdə Elşən 27 sentyabr 1989-cu il tarixdə Məhəmməd, 30 may 1979-cu il tarixdə Vüsal, 27 yanvar 1982- ci il tarixdə Fəxrəddin adlı uşaqları anadan olmuşdur. Yuxarıda adlarını qeyd edilmiş uşaqlar anadan olduğu gündən xəstə olduğundan çox yaşaya bilməmiş cəmi 2-3 ay yaşamışlar. Onlar vəfat etdikdə Tovuz Rayonu Əyyublu kəndinə dəfn olunmuşdurlar. Cəmi 2-3 ay yaşasalar da, uşaqları barədə doğum akt qeydi kitabında qeydiyyat aparılmışdır. X20 24 avqust 2024-cü il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlakı vərəsəlik qaydasında adına sənədləşdirmək istədikdə ona məlum olmuşdur ki, vaxtsız vəfat etmiş uşaqları barəsində ölüm akt qeydi kitabında qeydiyyat aparılmamışdır. Uşaqların ölümündən xeyli vaxt keçmişdir. Onlar barəsində yenidən ölüm kağızının alıması qeyri mümkündür. Bu səbəbdən də bu fakı məhkəmə qaydasında təsdiq olunmalıdır. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi izahat verərək ərizəsində göstərilənləri təsdiqləmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində bildirmişdir ki ərizəçinin qardaşıdır. X4 ilə 20 iyul 1978-ci il tarixdə ailə qurmuşdur. Uşaqları xəstə doğulmuşdur və hamısı 1 yaşına çatmamış vəfat ediblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində bildirmişdir ki ərizəçi gəlinləridir. Qardaşımın 8 balası rəhmətə getmişdir. Hamısı xəstəlikdən az müddət yaşadılar. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Tovuz rayon Aşağı Əyyublu kənd soveti tərəfindən xx.xx.1979-cu il tarixdə verilmiş Vİ-ЖГ № 399719 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 (atası X20, anası Ərizəçi) xx.xx.1979-cu il tarixdə Tovuz rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1979-cu il tarixdə 67 nömrə ilə qeyd edilmişdir. Tovuz rayon Aşağı Əyyublu kənd soveti tərəfindən xx.xx.1982-ci il tarixdə verilmiş Vİİ-ЖГ № 476922 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 (atası X20, anası Ərizəçi) xx.xx.1982-ci il tarixdə Tovuz rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1982-ci il tarixdə 14 nömrə ilə qeyd edilmişdir. Tovuz rayon Aşağı Əyyublu kənd soveti tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş Xİİİ-ЖГ № 455977 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 (atası X20, anası Ərizəçi) xx.xx.1989-cu il tarixdə Tovuz rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1989-cu il tarixdə 199 nömrə ilə qeyd edilmişdir. Tovuz rayon Aşağı Əyyublu kənd soveti tərəfindən xx.xx.1987-ci il tarixdə verilmiş Xİİ-ЖГ № 318780 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 (atası X20, anası Ərizəçi) xx.xx.1987-ci il tarixdə Tovuz rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1987-ci il tarixdə 27 nömrə ilə qeyd edilmişdir. Tovuz rayon Aşağı Əyyublu kənd soveti tərəfindən xx.xx.1980-ci il tarixdə verilmiş Vİİ-ЖГ № 332780 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 (atası X20, anası Ərizəçi) xx.xx.1980-ci il tarixdə Tovuz rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1980-ci il tarixdə 155 nömrə ilə qeyd edilmişdir. Tovuz rayon Aşağı Əyyublu kənd soveti tərəfindən xx.xx.1985-ci il tarixdə verilmiş X- ЖГ № 439686 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 (atası X20, anası Ərizəçi) xx.xx.1985-ci il tarixdə Tovuz rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1985-ci il tarixdə 27 nömrə ilə qeyd edilmişdir. Tovuz rayon Aşağı Əyyublu kənd soveti tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli, İ- ЖГ № 445863 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X15 nikahı haqqında xx.xx.1978-cı il tarixdə 25 nömrəli akt qeydi tərtib edilmişdir. Ərə Aslanov, arvada Aslanova soyadı verilmişdir. Tovuz regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş № 3-16-5/8-69-2365/2025 nömrəli arayışdan müəyyən olunur ki, X20 (atası X28, anası X7) xx.xx.1950-ci il tarixdə Tovuz rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1980-ci il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. Tovuz regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-cı il tarixli № 3-16-5/8-69-1333/2025 nömrəli arayışdan müəyyən olunur ki, X20 xx.xx.2024-cü il tarixdə Tovuz rayonu Əyyublu kəndində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 560 nömrəli akt qeydi tərtib edilmişdir. Tovuz regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli № 3-16-5/8-69/1367/2025 nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.1985-ci ildə anadan olmuş X13 ölümü haqqında vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Tovuz regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli № 3-16-5/8-69/1368/2025 nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.1979-cu ildə anadan olmuş X10 ölümü haqqında vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Tovuz regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli № 3-16-5/8-69/1371/2025 nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.1983-cü ildə anadan olmuş X8 ölümü haqqında vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Tovuz regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli № 3-16-5/8-69/1372/2025 nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.1985-ci ildə anadan olmuş X1 ölümü haqqında vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Tovuz regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli № 3-16-5/8-69/1370/2025 nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.1989-cu ildə anadan olmuş X3 ölümü haqqında vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Tovuz regional “ASAN xidmət” mərkəzində ƏN-nin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "Vətəndaşlıq vəziyyəti Aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, vətəndaş X3 vəfat etməsi barəsində Tovuz rayonu üzrə heç bir məlumat aşkar olunmamış, akt qeydinin bərpası mümkün olmamışdır. Tovuz rayon Əyyublu kəndinin bəzi sakinləri tərəfindən imzalanmış və Tovuz RİH başçısının Əyyublu kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiqlənmiş aktda göstərilmişdir ki, X20 və Ərizəçi ilə birgə nikahlarından doğulan xx.xx.1985-ci il təvəllüdlü X2 olarkən rəhmətə getmişdir və “Törə” qəbirstanlığında dəfn olunmuşdur. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.

Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən X5, X9, X3, X10, X1 ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırki ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi uşaqları X5, X9, X3, X10, X1 ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi övladının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişdir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum övladının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 29.09.198-ci ildə anadan olmuş X5 xx.xx.1980-ci ildə, xx.xx.1985-ci ildə anadan olmuş X9 xx.xx.1985-ci ildə, xx.xx.1989-cu ildə anadan olmuş X3 xx.xx.1989-cu ildə, xx.xx.1979-cu ildə anadan olmuş X10 xx.xx.1979-cu ildə, xx.xx.1982-ci ildə anadan olmuş X1 xx.xx.1982-ci ildə Tovuz rayonu Əyyublu kəndində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. 29.09.198-ci ildə anadan olmuş X5 xx.xx.1980-ci ildə, xx.xx.1985-ci ildə anadan olmuş X9 xx.xx.1985-ci ildə, xx.xx.1989-cu ildə anadan olmuş X3 xx.xx.1989-cu ildə, xx.xx.1979-cu ildə anadan olmuş X10 xx.xx.1979-cu ildə, xx.xx.1982-ci ildə anadan olmuş X1 xx.xx.1982-ci ildə Tovuz rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar