Məhkəmə qərarları › İş №2(062)-36/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-36/2023

30.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-36/2023 30.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və onun vəkili X2 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «əmlakdan payların naturada ayrılması tələbinə» dair mülki işə Tovuz şəhərində 30 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq paylı mülkiyyətdə olan Tovuz rayonu Xatınlı kəndində yerləşən 0,13 ha torpaq sahəsindən və ümumi sahəsi 104,90 kv.metr olan yaşayış binasından ibarət əmlakdan onun mülkiyyətində olan 1/4 hissənin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Tovuz rayonu Xatınlı kəndində yerləşən 0,13 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 104,90 kv.metr olan yaşayış evindən ibarət əmlak mülkiyyət hüququ əsasında onun və cavabdehin paylı mülkiyyəti kimi qeydiyyata alınmışdır və Çıxarışla təsdiq olunmuşdur. Cavabdehlə hazırda aralarında ümumi mülkiyyətdə olan yaşayış evindən və 0,13 ha torpaq sahəsindən istifadə ilə əlaqədar aralarında mübahisə yaranmışdır. Odur ki, ümumi mülkiyyətdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Çıxarışda göstərilən ümumi sahəsi 104,90 kv.metr olan yaşayış evindən və Tovuz rayonu Xatınlı kəndində yerləşən 0,13 ha torpaq sahəsindən ibarət ümumi əmlakdan onun mülkiyyətində olan 1/4 hissənin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, Tovuz rayonu Xatınlı kəndində yerləşən 0,13 ha torpaq sahəsi və ümumi sahəsi 104,90 kv.metr olan yaşayış evindən ibarət əmlak mülkiyyət hüququ əsasında iddiaçının və onun paylı mülkiyyəti kimi qeydiyyata alınmışdır və Çıxarışla təsdiq olunmuşdur. Orada payların naturada bölünməsi mümkün deyildir. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını və işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia qanunsuz və əsassızdır, aşağıdakı əsaslara əsasən təmin edilməməlidir. Surəti işə əlavə olunmuş ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Tovuz rayonu Xatınlı kəndində yerləşən 0,13 ha torpaq sahəsindən və ümumi sahəsi 104,90 kv.metr olan yaşayış evindən ibarət əmlak mülkiyyət hüququ əsasında iddiaçının ¼ hissə və ¾ hissədə isə X1 paylı mülkiyyəti kimi qeydiyyata alınmışdır. İşə əlavə olunmuş 21 sentyabr 2023-cü il tarixli ekspertiza rəyinə əsasən, Tovuz rayonu Xatınlı kəndində yerləşən mübahisəli fərdi yaşayış evinin tərəflər arasında ¼ və ¾ paylara uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Mübahisəli torpaq sahəsinin üzərində yaşayış evinin və yardımçı tikililərin inşa edildiyini və torpaq sahəsinin qalan üç tərəfdən qonçu torpaq sahələri ilə əhatə olduğunu və həmin tikilinin planlı yerləşməsini nəzərə alaraq, Tovuz rayonu Xatınlı kəndində yerləşən 0,013880 ha torpaq sahəsinin naturada tərəflərin paylarına uyğun şəkildə iki hissəyə naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tovuz rayonu Xatınlı kəndində yerləşən 0,13 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 104,90 kv.metr olan fərdi yaşayış binasından ibarət əmlak mülkiyyət hüququ əsasında iddiaçının və cavabdehin atası X1 paylı mülkiyyəti kimi qeydiyyata alınmışdır və ********** qeydiyyat nömrəli Çıxarışla təsdiq olunmuşdur. İddiaçı həmin əmlakın naturada bölünərək hissələrə ayrılmasını tələb etsə də, ekspertiza rəyinə əsasən, Tovuz rayonu Xatınlı kəndində yerləşən mübahisəli fərdi yaşayış evinin tərəflər arasında ¼ və ¾ paylara uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Mübahisəli torpaq sahəsinin üzərində yaşayış evinin və yardımçı tikililərin inşa edildiyini və torpaq sahəsinin qalan üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olduğunu və həmin tikilinin planlı yerləşməsini nəzərə alaraq, Tovuz rayonu Xatınlı kəndində yerləşən 0,013880 ha torpaq sahəsinin naturada tərəflərin paylarına uyğun şəkildə iki hissəyə naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassızdır, ona görə də təmin olunmamalıdır. Eyni zamanda iş üzrə cavabdeh qismində Cavabdeh cəlb olunmuşdur. Lakin mübahisəli mülk və torpaq sahəsinin çıxarışa əsasən, ¾ hissədə X3 məxsusdur. Belə olan halda Cavabdeh X1 əvəzinə cavab verən şəxs ola bilməz. Yəni iddia cavab verməli olan şəxsə qarşı verilməmişdir. Bu halda məhkəmə iddianı qanunsuz hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Göründüyü kimi qanunvericilik payın naturada ayrılmasının mümkünlüyünü həmin əmlaka tənasübsüz zərər vurmadan mümkünlüyü ilə əlaqələndirmişdir. Mövcud mübahisə üzrə alınmış ekspertiza rəyindən aydın olur ki, payın ayrılması texniki cəhətdən mümkün deyil. Eyni zamanda iddia cavab verməli olmayan şəxsə qarşı verildiyindən təmin oluna bilməz. Belə olan halda iddianın təmin olunması üçün qanuni əsaslar yaranmır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının tələbi və şifahi vəsatəti ilə ekspertiza təyin olunduğundan Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə görə, 100 manat məbləğində ekspertiza xərci iddiaçıdan tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə işdə olan sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdə olan Tovuz rayonu Xatınlı kəndində yerləşən 0,13 ha torpaq sahəsindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli Çıxarışda göstərilən ümumi sahəsi 104,90 kv.metr olan fərdi yaşayış evindən ibarət ümumi əmlakdan İddiaçı mülkiyyətində olan ¼ hissənin naturada ayrılması tələbinə dair iddiası əsassız və qanunsuz olduğundan təmin edilməsin. 100 (yüz) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar