Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3719/2024 19.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi X2, Maraqlı şəxs X1 iştirakları ilə, Ərizəçi X2 maraqlı şəxs X3 qarşı mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X6 məhkəmədə maraqlı şəxs X3 qarşı ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli barışıq sazişinin, onun xx.xx.2020-ci il tarixdə anadan olmuş X7 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-a qədər görüş ünsiyyətdə ola bilər hissəsinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X4 ərizəsini onunla əsaslandırmışdır ki, o, X5 ilə evlənib ailə qurmuşvə birgə nikahlarından xx.xx.2020-ci il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. xx.xx.2024-cü il tarixdə onun və maraqlı şəxsin arasında mxx.xx.2020-ci il tarixdə anadan olmuş X7 ilə onun həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-a kimi ünsiyyətdə olmaları baradə barışıq sazişi bağlanmışdır. Lakin maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməyərək, onun uşaqlarla ünsiyyətdə olmağına imkan vermir. Məhkəmə iclasında iştirak edən ərizəçi X6 ərizəni müdafiə edərək bildirdi ki, uşağını görə bilmir. Ona görə də ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs X5 məhkəmə iclasında ərizənin dəlillərini qəbul etdi və ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Surəti işə əlavə olunmuş barışıq sazişindən görünür ki, tərəflər razılaşaraq rəsmi nikahlarından doğulan xx.xx.2020-ci il tarixdə anadan olmuş X7 adlı uşaqlarının hər həftənin şənbə və bazar günləri atası X6 ilə saat 10:00-dan 18:00-dək görüşüb ünsiyyətdə olmağı ilə bağlı razılığa gəlmişlər. Müəyyən olundu ki, ərizəçi X6 ilə X5 evlənib ailə qurmuş və birgə nikahlarından xx.xx.2020-ci il tarixdə anadan olmuş X7 adlı uşaqları vardır. Uşaq anası ilə qalmışdır. Mediasiyada maraqlı şəxslə birgə nikahlarından anadan olmuş uşağının hər həftənin şənbə və bazar günləri görüşüb və ünsiyyətdə olacağı barədə razılaşmışlar. Lakin maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməyərək, onun uşaqlarla ünsiyyətdə olmağına imkan vermir. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir: Tərəflər rəsmi nikahlarından doğulan xx.xx.2020-ci il tarixdə anadan olmuş X7 ilə hər həftənin şənbə və bazar günləri atası X6 ilə saat 10:00-dan 18:00-dək görüşüb ünsiyyətdə olması barədə razılığa gəlmişlər. Barışıq sazişi hal-hazırda qüvvədədir. “Mediasiya haqqında”Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Üçüncü şəxslərin mənafeyinə toxunmur. İddiaçının izahatı ilə məlum olur ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyib, borcun məbləğini könüllü olaraq iddiaçıya ödəmir. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2024-cü il tarixli barışıq sazişi məcburi icrası üçün barışıq sazişi tam olaraq qanuna müvafiq olduğundan təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi X6 ilə maraqlı şəxs X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi uşaqla ünsiyyətə dair hissədə təsdiq edilsin və məcburi icraya yönəldilsin. xx.xx.2020-ci il tarixdə anadan olmuş X7 ilə atası X2 hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-a qədər ünsiyyət hüququ təmin edilsin. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-3719/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3719/2024
19.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver