Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3930/2025 06.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs Tovuz rayon Qeydiyyat şöbəsi) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1965-cı ildə Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmuş atası X5 xx.xx.2024-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o xx xxxxxx 1995-ci ildə anadan olmuşdur. X2, atası isə X7r. Anası 24 may 2020-ci ildə, atası isə 26 oktyabr 2024-cü ildə vəfat etmişdir. Atası 03 dekabr 1965-ci ildə anadan olmuş və doğum haqqında qeydiyyatı mövcud olmuşdur. Atasının vəfatından sonra özünün də xəstə olmağı səbəbilə ölüm haqqında sənəd düzəltdirmək üçün müraciət etməmişdir. Ona görə də, ölüm haqqında qeydiyyat aparılmamışdır. Atası vəfat etdikdən sonra Tovuz rayonu Aşağı Quşçu kənd qəbiristanlığında dəfn olunmuşdur. Sonradan ona bəlli olmuşdur ki, ölüm barədə qeydiyyat aparılmamışdır. Atasından qalan miras əmlakla bağlı o notariat orqanına müraciət etdikdə ona bildirildi ki, atasının ölümü qeydə alınmamışdır. Bu səbəbdən də, məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi tələbini müdafiə edərək təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Tovuz rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: - Tovuz rayon Aşağı Quşçu kənd icra nümayəndəliyinin xx.xx.2025-ci il tarixli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1995-ci ildə doğulmuşdur. X1 ilə X3r. - Tovuz rayon Aşağı Quşçu kənd icra nümayəndəliyinin xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür. - Tovuz regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Tovuz regional "ASAN Xidmət" mərkəzində Qeydiyyat şöbəsinə Tovuz rayon Aşağı Quşçu kənd sakini Ərizəçi xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək atası mərhum X5 xx.xx.2024-cü ildə Tovuz rayon Aşağı Quşçu kəndində vəfat etdiyini və mərhumun ölümü barədə şəhadətnamə verilməsini xahiş etmişdir. "Vətəndaşlıq vəziyyəti Aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, vətəndaş X5 vəfat etməsi barəsində Tovuz rayonu üzrə heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, X5 barəsində ölüm faktının müəyyən olunması üçün məhkəmə müraciət etməyiniz tövsiyə olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, 2024-cü ilin oktyabr ayının 26-da atası ağciyər xəstəliyindən vəfat etmişdir. Aşağı Quşçu kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə, şahid ifadəsini, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, X5 xx.xx.2024-cü ildə Tovuz rayonu Aşağı Quşçu kəndində ölməsi sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum X8 ölüm haqqında şəhadətnamənin ala bilməməsi, onun ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X5 xx.xx.2024-cü ildə Tovuz rayonu Aşağı Quşçu kəndində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X5 xx.xx.2024-cü ildə Tovuz rayonu Aşağı Quşçu kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-3930/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3930/2025
06.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver