Məhkəmə qərarları › İş №2(062)-3976/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3976/2025

23.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3976/2025 23.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Tovuz regional “ASAN ximdət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı “vəfat etmə faktının müəyyən olunması” barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. Ərizəçinin tələbi Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci ildə Tovuz rayonu, Böyük Qışlaq kəndində anadan olmuş X1nın xx.xx.2015-ci ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1987-ci ildə anadan olmuşdur. X1, atası isə X3 olmuşdur. Anası xx.xx.2015-ci ildə vəfat etmişdir. O, xx.xx.1962-ci ildə anadan olmuş və doğum haqqında qeydi mövcuddur. Anasının vəfatından sonra ölüm haqqında sənəd düzəltmək üçün müraciət etməmişdir. Hazırda sənədlər ona sayğacın düzəldilməsi ilə bağlı sənədləşdirmə işlərinə görə lazımdır. Anasının ölümü barədə sənədi başqa qaydada əldə edə bilmədiyi üçün hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X11 ifadəsində bildirdi ki, Ərizəçi ilə qonşudur. X6 da onların qoşusu olmuşdur. xx.xx.2015-ci il tarixdə rəhmətə getmişdir. Xəstəlikdən əziyyət çəkirdi. Tovuz şəhərində olan “Tatlar” adlanan qəbirstanlıqda dəfn edilmişdir. O, həmin vaxt dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X10 ifadəsində bildirdi ki, Ərizəçi ilə qonşudur. X6 da onların qoşusu olmuşdur. Təxminən 10 il olar ki, rəhmətə getmişdir. Xəstəlikdən əziyyət çəkirdi. Tovuz şəhərində olan “Tatlar” adlanan qəbirstanlıqda dəfn edilmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktla Tovuz regional “ASAN ximdət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-69-1462/2025 saylı arayışdan görünür ki, Ərizəçi xx.xx.1987-ci ildə anadan olmuş, atası X3, X1dır. Tovuz Rayon Mərkəzi X9 Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 181-76/2-M- 10xx-xx-1053/2025 saylı arayışdan görünür ki, X5 aid Tovuz RMX PHŞ-nin arxiv bölməsində heç bir məlumat aşkar edilməmişdir. Çatax kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixdə verilmiş, 73 nömrəli arayışdan görünür ki, Ərizəçi Tovuz şəhəri, M.Zeynalov küçəsi, ev 83 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatdadır. Tovuz regional “ASAN ximdət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 3-16-5/8-69-174/2026 nömrəli arayışdan görünür ki, X6 xx.xx.1962ci ildə Tovuz rayonu, Böyük Qışlaq kəndində anadan olmuşdur. Atası haqqında məlumat boşdur, anası X7r. Tovuz regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-1463/2025 saylı arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırımış qeydiyyat informasiya sisteminə daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, vətəndaş X2 vəfat etməsi barədə Tovuz rayonu üzrə heç bir məlumat aşkar edilməmişdir. X2 ölüm şəhadətnaməsi, qüvvəyə minmiş məhkəmə qətnaməsi təqdim edilmədiyi üçün ölümün qeydiyyatı mümkün olmamışdır. Odur ki, məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 307.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311.Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: Bənd 9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bənd 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”: Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Göründüyü kimi, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1nın xx.xx.2015-ci il tarixdə Tovuz rayonunda vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları ilə müəyyən edilir ki, X6 xx.xx.2015-ci il tarixdə Tovuz rayonunda vəfat etmiş və Tovuz şəhər qəbirstanlığında dəfn edilmişdir. İşin bu halı şahid ifadələri, verilmiş arayışlar və iş materiallarına əlavə edilmiş foto şəkillər ilə təsdiq edilir. Lakin mərhumun ölüməsi ilə bağlı Tovuz rayonu üzrə heç bir məlumat aşkar edilmədiyi əsası ilə ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmiş, onun ölümü vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanında qeydə alınmamışdır. Göründüyü kimi, Ərizəçi mərhum anasının ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir, habelə ona bu sənədlərin alınması anasından miras qalmış əmlaka dair sənədləşmə işlərinin aparılması ilə bağlı lazımdır. Məhkəmə hesab edir ki, bu kimi hallar ərizəçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsini təmin etməyə əsas verir. Çünki ərizəçinin nail olmaq istədiyi məqsədə çatmaq üçün məhkəmədən kənar başqa yolu yoxdur. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum anasının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Məhkəmə araşdırması zamanı X2 xx.xx.2015-ci il tarixdə Tovuz rayonunda vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslı hesab edilməklə həmin fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1962-ci ildə anadan olmuş X2 xx.xx.2015-ci il tarixdə Tovuz rayonunda ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci ildə anadan olmuş X2 xx.xx.2015-ci il tarixdə Tovuz rayonunda ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərvanə İsaqlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar