Məhkəmə qərarları › İş №2(062)-3997/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3997/2025

16.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3997/2025 16.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Tovuz regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı “vəfat etmə faktının müəyyən olunması” barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. Ərizəçinin tələbi Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3nun xx.xx.2024-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, X8 ilə xx.xx.1984-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. X3 xx.xx.2024-cü il tarixədək birgə təsərrüfatı idarə etmişlər. Həmin tarixdə əri vəfat etmişdir. X8 vəfat edən zaman o, xəstə və həyəcanlı olduğu üçün müvafiq qeydiyyat şöbəsinə və təcili tibbi yardıma müraciət etməmişdir. Hazırda mülkiyyətində olan evlə əlaqədar sənədləşmə işləri apardıqda ərinin ölüm şəhadətnaməsi olmadığı üçün sənədləşmə işlərinin aparılması mümkün olmamışdır. Odur ki, hazırkı tələblə məhkəməyə müaciət etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X1 ifadəsində bildirdi ki, İddiaçı və X8 onun qonşularıdır. Uzun illərdi onları tanıyır. X7 vəfat edib. Nəşini ordan qohumları gətiriblər. Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində dəfn olunubdur. O, özü dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X9 ifadəsində bildirdi ki, İddiaçı və X8 onun qonşularıdır. Uzun illərdi onları tanıyır. Səmədov Hikmət xx.xx.2024-cü ildə Abxaziyada vəfat edibdir. Nəşini ordan qohumları gətiriblər. Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində dəfn olunubdur. O, özü dəfndə iştirak etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktla ИE 945504 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1960-cı ildə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində anadan olmuş, atası X5, anası X2r. İİİ-ЖГ 357203 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X8 ilə İddiaçı nikahları xx.xx.1984-cü ildə rəsmi qeydə alınmışdır. Tovuz regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5xx-xx-2073/2025 saylı imtina məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatı Qayda”sının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. X8 barəsində ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Yuxarı Öysüzlü kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X8 xx.xx.1960-cı ildə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində anadan olmuş, xx.xx.2024-cü il tarixdə vəfat etmiş və o, xx.xx.2024-cü il tarixdə Tovuz rayonu, Yuxarı Öysüzlü kənd qəbirstanlığında dəfn olunmuşdur. X15 kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 307.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311.Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: Bənd 9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bənd 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”: Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Göründüyü kimi, ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X3nun xx.xx.2024-cü ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları ilə müəyyən edilir ki, X8 xx.xx.2024-cü il tarixdə Gürcüstan Respublikasında vəfat etmiş, Azərbaycan Respublikasına gətirilərək Tovuz rayonu, Yuxarı Öysüzlü kənd qəbirstanlığında dəfn edilmişdir. İşin bu halı şahid ifadələri, verilmiş arayışlar və iş materiallarına əlavə edilmiş foto şəkillər ilə təsdiq edilir. Lakin mərhumun ölməsi ilə bağlı Tovuz rayonu üzrə heç bir məlumat aşkar edilmədiyi əsası ilə onun ölümü vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanında qeydə alınmamışdır. Göründüyü kimi, ərizəçi İddiaçı mərhum ərinin ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir, bu sənədlərin alınması ərizəçinin adına olan əmlakın rəsmiləşdirilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, bu kimi hallar ərizəçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsini təmin etməyə əsas verir. Çünki ərizəçinin nail olmaq istədiyi məqsədə çatmaq üçün məhkəmədən kənar başqa yolu yoxdur. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum ərinin ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Məhkəmə araşdırması zamanı X4 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslı hesab edilməklə həmin fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1960-cı ildə anadan olmuş X4 xx.xx.2024-cü ildə Gürcüstan Respublikasında ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı ildə anadan olmuş X4 xx.xx.2024-cü ildə Gürcüstan Respublikasında ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçi İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərvanə İsaqlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar