Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-4131/2025 14.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1976-cı ildə Tovuz şəhərində anadan olmuş bacısı X2 xx.xx.1976-cı ildə Tovuz şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1976-cı il tarixdə Məlahət adlı bacısı dünyaya gəlmiş və 1 aylığında, yəni xx.xx.1976-cı il tarixdə vəfat etmişdir. Vəfat edərkən körpə olduğundan onun qəbirüstü abidəsi qurulmamışdır. Onun ölməsi barədə vaxtında məlumat verilməmiş, bu səbəbdən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Hazırda bacısının ölüm haqqında qeydinin tapılmaması səbəbindən ailə üzvləri barədə müxtəlif təşkilatlara təqdim edilməsi üçün arayış alarkən uşağın da adının qeyd edilməsi səbəbindən müəyyən problemlər yaşayırlar. Bununla yanaşı mərhumun adının ailə üzvləri sırasında qeyd edilməsi səbəbindən müxtəlif kommunal ödənişlərin ödənilməsi zamanı qeydiyyatda olan şəxslər sırasında göstərilir və bu da əlavə maliyyə itkisinə səbəb olur. Bu fakt ona bu və ya digər halların aradan qaldırılması üçün gərəklidir. Bu səbəbdən də, məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi iddia tələbini müdafiə edərək təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: - Tovuz regional “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli doğum haqqında şəhadətnaməsinin arayışından görünür ki, X7 xx.xx.1976-cı ildə doğulmuşdur. X1 ilə X4r. - Tovuz rayon VVAQ şöbəsinin xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci ildə doğulmuşdur. X1 ilə X4r. - Tovuz regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Tovuz regional "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə xx.xx.1976-cı il təvəllüdlü bacınız X2 ölüm haqqında şəhadətnaməsinin verilməsi barədə xx.xx.2025-ci il tarixli müraciətinizə cavab olaraq bildirir ki, Azərbaycan respublikası Əhalinin dövlət reyestrində və qeydiyyat şöbəsinin arxivində X2 adınna ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, Elçin onun bacısı oğludur. Bacısının 3-cü uşağı iki aylığında ev şəraitində vəfat etmişdir. Tatlar qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə, şahid ifadəsini, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, X3 xx.xx.1976-cı ildə Tovuz şəhərində ölməsi sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum X5 ölüm haqqında şəhadətnamənin ala bilməməsi, onun ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.1976-cı ildə Tovuz şəhərində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 xx.xx.1976-cı ildə Tovuz şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-4131/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-4131/2025
14.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver