Məhkəmə qərarları › İş №2(062)-4287/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-4287/2025

17.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-4287/2025 17.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi anası X2 “ölüm faktının təsdiq edilməsi” ilə bağlı ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi Ərizəçi Tovuz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.1941-ci ildə anadan olmuş anası X2 xx.xx.2023-cü ildə ölməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizə onunla əsaslandırılmışdır ki, anası 22 dekabr 2023-cü il tarixdə vəfat etmişdir. Onun ölümü ilə bağlı müvafiq sənədləri maraqlı şəxsə təqdim etmişlər. Buna baxmayaraq ona ölüm kağızı verilməsindən imtina edilib. Anasının 22 dekabr 2023-cü il tarixdə ölməsi ərizəsinə əlavə etdiyi sənədlərlə tam sübut olunmuşdur. İcra nümayəndəliyinin və şahid ifadələri və fotoşəkillərlə sübut olunur ki, anası vəfat etmişdir. Başqa qaydada həmin sənədlərin əldə olunması mümkün olmadığından bu fakt məhkəmə qaydasında müəyyən olunmalıdır. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi izahat verərək ərizəsində göstərilənləri təsdiqləmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki ərizəçinin qonşusudur. Ərizəçinin anası X2 xx.xx.2023-cü ildə vəfat etməsini görmüş və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki ərizəçi onun qaynıdır. Ərizəçinin anası X6 xx.xx.2023-cü il tarixdə ölməsinin şahidi olmuşdur. Yas və dəfn mərasimində iştirak etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina rəyindən görünür ki, xx.xx.1941-ci ildə Tovuz rayon Böyük Qışlaq kəndində anadan olmuş X2 ölümünü təsdiq edən müvafiq sənədlər təqdim edilmədiyindən Maraqlı şəxsndə ölüm akt qeydinin tərtib edilməsi mümkün olmamışdır. Bu səbəbdən də ona aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli № 2308 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi (atası X8, anası X6) xx.xx.1980-ci il tarixdə Tovuz rayonunda doğulmuşdur. “Tovuz Rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilmiş arayışdan görünür ki, X1 Qışlaq kəndində qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhərində yaşayır. Bu səbəbdən də, Böyük Qışlaq kənd ASM bölməsinə təhkim edilməmiş və həmin bölmədə onun barəsində tibbi qeydiyyat sənədi aparılmamışdır. Tovuz Rayon İcra Hakimiyyəti başçısının Böyük Qışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışa əsasən X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. AZE seriyalı 15154789 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 XX.XX.1941-ci il tarixdə Tovuz rayonu Böyük Qışlaq kəndində doğulmuşdur. Bakı Şəhər Təcili və X3 Stansiyası PHŞ Sataistika Şöbəsindən verilmiş xx.xx.2023cü il tarixli 0477 nömrəli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X2 xx.xx.2023-cü il tarixdə saat17635-də həkiməqədər ölümü qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.

Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən X2 ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırki ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi anası X2 ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi övladının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişdir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum övladının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1941-ci il tarixdə Tovuz rayonunda anadan olmuş X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1941-ci il tarixdə Tovuz rayonunda anadan olmuş X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar