Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-4477/2025 17.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi övladları X8, X1 və X2 “ölüm faktının təsdiq edilməsi” ilə bağlı ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi Ərizəçi Tovuz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, X14 ilə birgə nikahlarından xx.xx.1980-ci ildə X8 anadan olmuş, xx.xx.1980-ci ildə vəfat etməsini, xx.xx.1983-cü ildə X6 anadan olmuş, xx.xx.1983-cü ildə vəfat etməsini və xx.xx.1987-ci ildə X7 anadan olmuş, xx.xx.1987-ci ildə vəfat etməsinə görə ölüm faktlarını qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizə onunla əsaslandırılmışdır ki, onun X14 ilə birgə nikahlarından xx.xx.1980-ci ildə X8, xx.xx.1983-cü ildə X6 və 08:04.1987-ci ildə X7 anadan olmuşdur. xx.xx.1980-ci ildə X8 2 ay sonra vəfat etmiş, xx.xx.1980-ci ildə vəfat etmiş, xx.xx.1983-cü ildə X6, 5 ay sonra vəfat etmiş, xx.xx.1983-cü ildə vəfat edib və xx.xx.1987-ci ildə X7 anadan olandan 3 ay olar yaşamadı, xx.xx.1987-ci ildə vəfat etdi. Onlar təzə doğulmuş uşaqlar olduğuna görə onlara ölüm haqqında şəhadətnamələr almağa ehtiyac olmadı. Hal-hazırda əri X14 xx.xx.2014-cü ildə vəfat edib, vərəsəlik ilə bağlı sənədləri toplayanda, həmin uşaqların adları çıxdı, onda bilmişdir ki, həqiqətəm ölüm haqqında şəhadətnamələr lazımdır. Ona bildirdilər ki, ölümün qeydə alınması məhkəmə qaydasında olunmalıdı və məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi izahat verərək ərizəsində göstərilənləri təsdiqləmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki ərizəçinin baldızıdır. Mehtiyeva Mariya, Mehtiyev Rövşən və Mehtiyeva Esmira körpə vaxtı dünyasını dəyişmişdir. Onların ölümünün və dəfn olunmasının şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 da digər şahid X10 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, № 985 nömrəli arayışdan görünür ki, X11 və X9 nikahı haqqında xx.xx.1977-ci il tarixdə 05 nömrəli akt qeydi tərtib edilmişdir. Ərə Mehtiyev, arvada Mehtiyeva soyadı verilmişdir. Tovuz regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli № 3-16-5/8-69/4313/2025 nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.1983-cü ildə anadan olmuş X1 ölümü haqqında vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Tovuz regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli № 3-16-5/8-69/4312/2025 nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.1980-ci ildə anadan olmuş X4 ölümü haqqında vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Tovuz regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli № 3-16-5/8-69/4311/2025 nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.1987-ci ildə anadan olmuş X2 ölümü haqqında vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Tovuz regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən X5 ünvanlanmış xx.xx.2025-ci il tarixli № 3-16-5/8-69/4332/2025 nömrəli cavab məktubundan (imtina rəyi) müəyyən olunur ki, ölüm barədə tibbi şəhadətnamə olunmadığına görə X1 ölümünün bərpa edilməsi mümkün olmamışdır. Ona görə də vətəndaşa məhkəməyə müraciət etməsi izah edilmişdir. Tovuz regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən X5 ünvanlanmış xx.xx.2025-ci il tarixli № 3-16-5/8-69/4331/2025 nömrəli cavab məktubundan (imtina rəyi) müəyyən olunur ki, ölüm barədə tibbi şəhadətnamə olunmadığına görə X4 ölümünün bərpa edilməsi mümkün olmamışdır. Ona görə də vətəndaşa məhkəməyə müraciət etməsi izah edilmişdir. Tovuz regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən X5 ünvanlanmış xx.xx.2025-ci il tarixli № 3-16-5/8-69/4333/2025 nömrəli cavab məktubundan (imtina rəyi) müəyyən olunur ki, ölüm barədə tibbi şəhadətnamə olunmadığına görə X2 ölümünün bərpa edilməsi mümkün olmamışdır. Ona görə də vətəndaşa məhkəməyə müraciət etməsi izah edilmişdir. Tovuz rayon Düz Cırdaxan kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ-İİ № 531517 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 xx.xx.2014-cü il tarixdə Tovuz rayonunda ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 27 nömrəli akt qeydi tərtib edilmişdir. Tovuz rayon VVAQ tərəfindən xx.xx.1987-ci il tarixdə verilmiş Xİİ-ЖГ 318879 nömrəli doğum haqqında şəhadətnamənin surətindən surətindən müəyyən olunur ki, X7 (atası X14, anası Ərizəçi) xx.xx.1987-ci il tarixdə Tovuz rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1987-ci il tarixdə 123 nömrə ilə qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.
Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən övladları X8, X1 və X2 ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırki ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi övladları X8, X1 və X2 ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi övladlarının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişdir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum övladının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1980-ci il tarixdə Tovuz rayonunda anadan olmuş X4 xx.xx.1980-ci il tarixdə, xx.xx.1983-cü il tarixdə Tovuz rayonunda anadan olmuş X1 xx.xx.1983-cü il tarixdə və xx.xx.1987-ci il tarixdə Tovuz rayonunda anadan olmuş X2 xx.xx.1987-ci il tarixdə Tovuz rayonunda ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1980-ci il tarixdə Tovuz rayonunda anadan olmuş X4 xx.xx.1980-ci il tarixdə, xx.xx.1983-cü il tarixdə Tovuz rayonunda anadan olmuş X1 xx.xx.1983-cü il tarixdə və xx.xx.1987-ci il tarixdə Tovuz rayonunda anadan olmuş X2 xx.xx.1987-ci il tarixdə Tovuz rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Süleyman Hacıyev