Məhkəmə qərarları › İş №2(062)-452/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-452/2023

07.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-452/2023 07.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 20 mart 1952-ci ildə Tovuz rayonu Düz Cırdaxan kəndində anadan olmuş qardaşı X5 08 noyabr 2011-ci ildə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci ildə Tovuz rayonu Düz Cırdaxan kəndində anadan olmuşdur. Mərhum qardaşı X11 20 mart 1952-ci ildə Tovuz rayonu Düz Cırdaxan kəndində anadan olmuşdur. X1, anaları X7r. Anası 19 dekabr 2010cu ildə vəfat etmişdir. Qardaşının doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi mövcud olsada onun ölümündən sonra barəsində qeydiyyat aparılmamış və ölüm haqqında sənəd verilməmişdir. Qardaşı ailə qurmamışdır. Onun uşaqları da olmamışdır. Qardaşı 08.11. 2011-ci ildə vəfat etmişdir. Qardaşı vəfat etdikdən sonra Tovuz rayonu Düz Cırdaxan kənd qəbrstanlığında dəfn olunmuşdur. Qardaşına qəbr daşı da qoyulmuşdur. Buna baxmayaraq Maraqlı şəxsndə həmin ölüm barəsində qeydiyyat aparılmamışdır. Tovuz Rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli qərarı ilə onlara və qardaşı X9 pay torpaq sahəsi verilmişdir. Miras əmlakla bağlı ona mərhum qardaşı X5 ölüm haqqında sənədi də lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X12 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o musiqi məktəbində müəllim işləyir. Ramiz onun əmisi oğludur. Tünzalə, Laləzar və Nazilə isə əmisi qızlarıdır. Ramiz xəstəlikdən vəfat etmiş və Düz Cırdaxan qəbiristanlığında dəfn edilmişdir. Evli olmamışdır. X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçi onun əmisi qızıdır. Ramiz 2011-ci ildə xəstəlikdən vəfat etmişdir. O, 08 noyabr 2011-ci ildə Düz Cırdaxan qəbiristanlığında dəfn edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, X11 20 mart 1952-ci ildə Tovuz rayonu Düz Cırdaxan kəndində anadan olmuşdur. İşə əlavə olunmuş Tovuz Rayon Qediyyat Şöbəsinin arayışından görünür ki, X5 vətandaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qediyyat informasıya sistemində bütün vətandaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 20 mart 1952-ci ildə Tovuz rayonu Düz Cırdaxan kəndində anadan olmuşdur. Tovuz şəhəri N.Nərimanov küçəsi ev 66-da qediyyatdadır. İşə əlavə olunmuş JN-645, kod ******* saylı Torpağa mülkiyyət mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X4 ailə üzvü kimi X9 Tovuz Rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli qərarı ilə Tovuz rayonu Düz Cırdaxan kəndi ərazisindən 0,26 ha pay torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktından görünür ki, Ərizəçi X11 ilə torpaq sahəsinə münasibətdə birgə mülkiyyətçidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi qardaşının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 20 mart 1952-ci ildə Tovuz rayonu Düz Cırdaxan kəndində anadan olmuş X2 rayonu Düz Cırdaxan kəndində ölmüşdür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20 mart 1952-ci ildə Tovuz rayonu Düz Cırdaxan kəndində anadan olmuş X5 Tovuz rayonu Düz Cırdaxan kəndində 08 noyabr 2011-ci ildə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar