Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-458/2023 13.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı «qızı-zinət və əmlak» tələbinə dair dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «qızı-zinət və əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən qızıl-zinət əşyalarının və cehiz əşyalarının özlərinin və ya dəyərləri olan 34613 (otuz dört min altı yüz on üç) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 2022-ci il iyul ayının əvvəlində rəsmi qaydada ailə qurub evlənmişlər. Cavabdehlə xasiyyəti uyğun gəlmədiyinə görə aralarında narazlıq yaranmış, elə bu səbəbə görə də 2022-ci ilin avqust ayının axırında çıxıb atası evinə getmişdir. Hal-hazırda atası gildə yaşıyır. Cavabdeh1 ilə barışmaqları mümkün deyil, artıq onların ailələri formal xarakter daşıyır. Ona məxsus olan adları aşağıda göstərilən qızıl-zinət və cehiz əşyaları cavabdehlərin evində qalmışdır: Dəyəri 350 manat olan xəmir yoğuran mikser Qaraca f, dəyəri 250 manat olan ət çəkən west f, dəyəri 350 manat olan elektrik sobası west f, dəyəri 360 manat olan mikrovalnovka qaraca, dəyəri 280 manat olan Tok samovarı 2 ədəd 1-ci qaraca f, dəyəri 150 manat olan 2 -ci, dəyəri 250 manat olan Tozsoran west f, dəyəri 170 manat olan ütü west f, dəyəri 260 manat olan ütü stolu qaraca f, dəyəri 220 manat olan sok çəkən qaraca f, dəyəri 170 manat olan tok sacı qırmızı, dəyəri 500 manat olan televizor LG 82 ekran, dəyəri 250 manat olan kondisioner, dəyəri 180 manat olan çaynik dəst firma Qaraca f, dəyəri 190 manat olan aş qazanı Qaraca f, dəyəri 170 manat olan qara qazanı qaraca f, dəyəri 250 manat olan qazan dəst dolma keramik tava Vest f, dəyəri 180 manat olan qazan qırmızı 2 dənəli, dəyəri 400 manat olan qazan dəsti keramik, dəyəri 150 manat olan qazan dəsti , dəyəri 120 manat olan tək yumru qazan, dəyəri 150 manat olan qoşa qril tavası, dəyəri 220 manat olan çomadan qaşıq, dəyəri 500 manat olan naçnik 2 ədəd, 1-cinin dəyəri 120 manat olan, 2-cinin dəyəri 250 manat olan lüstur 2 ədəd, dəyəri 50 manat olan saat 1 ədəd , dəyəri 150 manat olan böyük qazan və balaca qazan, dəyəri 10 manat olan balaca, dəyəri 100 manat olan şamdan latun, dəyəri 250 manat olan tikiş maşını, cəmi dəyəri 690 manat olan 6 ədəd gəvə, dəyəri 100 manat olan yorğan, dəyəri 150 manat olan yorğan ağ dəvəli, dəyəri 100 manat olan yorğan, dəyəri 200 manat olan 1 döşək, dəyəri 60 manat olan 4 balınc, dəyəri 300 manat olan ədyal qırmızı-sarılı2, dəyəri 200 manat olan ədyal böyük 2 ədəd, dəyəri 70 manat olan 2 kreslo üstü, dəyəri 50 manat olan tüklü adyal, dəyəri 150 manat olan kreslo üstü qırmızı, dəyəri 80 manat olan Leninqrad adyalı, dəyəri 300 manat olan pakrıval, dəyəri 250 manat olan ədyal, dəyəri 20 manat olan adyal sadə tüklü, dəyəri 120 manat olan ləpə qabı, dəyəri 110 manat olan qızılı rəngli ləpə qabı, dəyəri 50 manat olan salfet qabı, dəyəri 100 manat olan ləpə qabı padnus doğrama, dəyəri 80 manat olan divan örtüyü, dəyəri 400 manat olan pərdələr, dəyəri 350 manat olan servis dəsti, dəyəri 250 manat olan boşqab və kasalar, dəyəri 120 manat olan köhnə boşqablar, dəyəri 600 manat olan madonna servis, kanfet qabı, dəyəri 200 manat olan kofe servisi, dəyəri 400 manat olan 5 ədəd kamot qabı, cəmi dəyəri 490 manat olan 6 ədəd süfrə, dəyəri 20 manat olan jurnalnı üstü, dəyəri 300 manat olan gül qabları, 5 ədəd bogema, cəmi dəyəri 300 manat olan 2 ədəd xurustal, dəyəri 6000 manat olan mətbəx mebeli, dəyəri 750 manat olan mətbəx stolu dəsti, dəyəri 40 manat olan 6 ədəd boşqab altlığı, dəyəri 25 manat olan kamot qabının altlığı, 3 ədəd dəyəri 70 manat olan 3 dənəli dəst padnus, dəyəri 18 manat olan 2 dənə böyük padnus, dəyəri 350 manat olan qətvə, dəyəri 100 manat olan stəkan dəsmalı, dəyəri 200 manat olan əl-üz dəsmalı, dəyəri 70 manat olan önlüklər, dəyəri 40 manat olan 24 ədəd əl yaylıqları, dəyəri 70 manat olan şirəli qazan dəsti, dəyəri 20 manat olan duz qabı, dəyəri 21 manat olan soyuducu üçün kauçuq qab, dəyəri 22 manat olan zibil qabı, dəyəri 12 manat olan krem spirişi, dəyəri 4 manat olan tiyorka, dəyəri 7 manat olan süzən setka, dəyəri 7 manat olan asılqan, dəyəri 10 manat olan soyuducu ləvazimatı, dəyəri 7 manat olan kofe bişirən, dəyəri 3 manat olan kətə kəsən, dəyəri 10 manat olan aş süzən, dəyəri 2 manat olan kartof soyan, dəyəri 4 manat olan sarımsaq əzən, dəyəri 9 manat olan pizza doğrayan, dəyəri 2 manat olan kəfkir, dəyəri 10 manat olan bıçaq, dəyəri 14 manat olan çapacaq, dəyəri 5 manat olan kapron ləyən, dəyəri 10 manat olan paraşok qabı, dəyəri 12 manat olan paltar yığan setka, dəyəri 10 manat olan hündür süpürgə, dəyəri 4 manat olan su çəkən hamam, dəyəri 3 manat olan şotka süpürgə, dəyəri 15 manat olan soğan doğrayan, dəyəri 3 manat olan qazan tutan, dəyəri 10 manat olan qazan papağı, dəyəri 25 manat olan blender, dəyəri 25 manat olan salat qabı, dəyəri 30 manat olan salat qabı, dəyəri 20 manat olan bakal qrafinka, dəyəri 15 manat olan bakal-rumka, dəyəri 20 manat olan altı düz bakal, dəyəri 15 manat olan bıçaq sumkası, dəyəri 15 manat olan meyvə qabı, dəyəri 25 manat olan qızılı tort qabı, dəyəri 10 manat olan tort qabı, dəyəri 15 manat olan qırmızı rəngli ləpə çəkən, dəyəri 10 manat olan qadın şəkilli suvenir, dəyəri 30 manat olan hündür ləpə qabı, dəyəri 21 manat olan 18 ədəd stəkan, dəyəri 21 manat olan 18 ədəd nəlbəki, dəyəri 10 manat olan bıçaq dəsti, dəyəri 21 manat olan razetka, dəyəri 30 manat olan salfet qabı qara-qızılı-parça, dəyəri 60 manat olan karobkada rumka dəsti(araq-su), dəyəri 30 manat olan su bakalları, dəyəri 20 manat olan 12 ədəd araq bakalı, dəyəri 75 manat olan ədviyyə qabı 2 mərtəbə , dəyəri 50 manat olan mürəbbə-qənd-kanfet qabı, dəyəri 5 manat olan qrafinka, dəyəri 20 manat olan 4 ədəd limon qabı, şirəli kəsdurka 4 ədəd, dəyəri 20 manat olan termus, dəyəri 250 manat olan dəm çayniki, dəyəri 10 manat olan böyük çaynik, dəyəri 25 manat olan ağ çaynik, dəyəri 15 manat olan armudu stəkan, dəyəri 15 manat olan süfrə şotkası, dəyəri 10 manat olan göy rəngli dəm çaynik, dəyəri 10 manat olan göy rəngli fincan, dəyəri 15 manat olan 2ədəd göy qənd qabı, dəyəri 7 manat olan göy çay qabı, dəyəri 20 manat olan xrustal fincan, dəyəri 50 manat olan balaca şirəli ləyən, dəyəri 15 manat olan ayran qabı, dəyəri 10 manat olan şəkər tozu qabı, dəyəri 20 manat olan göy boşqab, cəmi dəyəri 180 manat olan boşqablar (12+12+12+12), dəyəri 30 manat olan kasa, dəyəri 72 manat olan 24 ədəd xörək qaşığı, dəyəri 36 manat olan 24 ədəd çay qaşığı, dəyəri 12 manat olan 2 mürrəbə qaşığı, dəyəri 20 manat olan desert 6 ədəd xörək qaşığı, dəyəri 72 manat olan bulud qaşığı, dəyəri 15 manat olan çömçə, dəyəri 12 manat olan qaşıq aş üçün, dəyəri 6 manat olan dəm qaşığı, dəyəri 8 manat olan bilinçik bişirən, dəyəri 50 manat olan qızıl suyuna çəkilmiş 6 ədəd xörək qaşığı, 6 ədəd çay qaşığı, dəyəri 6 manat olan bıçaq, dəyəri 15 manat olan mağar qaşığı, dəyəri 200 manat olan xrustal lotka, dəyəri 120 manat olan 2 ədəd xrustal konfet qabı, dəyəri 100 manat olan 1 ədəd xrustal səbət, dəyəri 60 manat olan 2 ədəd xrustal qənd qabı, dəyəri 150 manat olan 2 kiçik, 1 balaca kül qabı, dəyəri 50 manat olan 2 ədəd xurustal meyvə qabı, dəyəri 200 manat olan iki qapaqlı xurustal konfet qabı, dəyəri 100 manat olan 2 xurustal konfet qabı, dəyəri 80 manat olan 2 ədəd mürəbbə qabı, dəyəri 300 manat olan bagema qrafin, dəyəri 200 manat olan bagema araq rumkası qrafin, dəyəri 100 manat olan yaşıl bagema 6 ədəd rumka, dəyəri 120 manat qırmızı rəngli olan bagema rumka, dəyəri 170 manat olan 3 dənəli 1 böyük 2 balaca bagema, dəyəri 100 manat olan bagema xrustal bakal 6 ədəd, dəyəri 15 manat olan pol silən, dəyəri 24 manat olan 12 ədəd çay qaşığı, 12 ədəd çəngəl, 12 ədəd xörək qaşığı, dəyəri 24 manat olan 12 ədəd yağ bıçağı, dəyəri 10 manat olan 1 ədəd tərəzi, dəyəri 20 manat olan 20 ədəd rəngli dəsmallar,cəmi dəyəri 70 manat olan 3 ədəd sarı şirəli ləyən, dəyəri 50 manat olan sarı şirəli vedrə, dəyəri 65 manat olan sarı şirəli qazan, sarı şirəli kəsdurka-3 ədəd, dəyəri 50 manat olan şirəli sinilər, dəyəri 30 manat olan şirəli cəmlər, dəyəri 50 manat olan qırmızı rəngli tefal, dəyəri 60 manat olan ağ iki nəfərlik pastel, dəyəri 70 manat olan iki nəfərlik sumkada pastel, dəyəri 75 manat olan çomadanda pastel, dəyəri 50 manat olan çəhrayı rəngli pastel, dəyəri 55 manat olan güllü çoxdan alınan pastel, dəyəri 40 manat olan güllü çarpayı üzlüyü, dəyəri 50 manat olan ağ gəlinlik üzlüyü, dəyəri 85 manat olan ağ 1 ədəd iki nəfərlik və tək nəfərlik ağ damalı pastel, dəyəri 85 manat olan qəhvəyi rəngli pastel, dəyəri 85 manat olan yasəmən rəngli 1 ədəd iki nəfərlik və tək nəfərlik pastel, dəyəri 50 manat olan 1ədəd iki nəfərlik pastel, dəyəri 40 manat olan 2 ədəd sarı və qəhvəyi rəngli süfrə, dəyəri 20 manat olan parça salfetkalar, cəmi dəyəri 250 manat olan əl dəsmalları, dəyəri 300 manat olan qətvələr, dəyəri 30 manat olan mətbəx dəsmalları, dəyəri 150 manat olan stəkan dəsmalları, dəyəri 90 manat olan çəhrayı rəngli 2 ədəd böyük ədyal, dəyəri 1000 manat olan 12 qram çəkidə kolye sep, dəyəri 900 manat olan 11qramlıq sep, dəyəri 550 manat olan 7 qramlıq üzük, dəyəri 600 manat olan 8 qramlıq sırğa, dəyəri 650 manat olan 9 qramlıq qolbağı, dəyəri 1200 manat olan brilyant qaşlı 10 qramlıq nişan üzüyü, dəyəri 450 manat olan 6 qramlıq ad günündə verilmiş üzük, dəyəri 400 manat olan 5 qramlıq üzük, dəyəri 20 manat olan bijuteriya sırga, dəyəri 30 manat olan bijuteriya üzük, dəyəri 50 manat olan bijüteriya qolbağı, dəyəri 60 manat olan bijüteriya qolbağı və dəst üzük, dəyəri 25 manat olan sırğa, cəmi dəyəri 300 manat olan paltarlar, yəni 6 ədəd şalvar, 6 ədəd idman geyimi, 2 ədəd pünyar, dəst hamam xalatı, 2 ədəd şortik, 1 ədəd güllü şortik mayka, 2 ədəd qara pünyar, 2 ədəd çəkələk, cəmi dəyəri 100 manat olan 2 ədəd ətir, 1 ədəd kosmetika dəsti, daraq dəsti, cəmi dəyəri 200 manat olan 8 ədəd köynək, 6 ədəd qalın kofta, 7 ədəd kofta-köynək, 2 ədəd ket, 3 ədəd dabanlı ayaqqabı, 4 ədəd sumka, 1 ədəd fen, toyda şirinliklərdən yığılmış 1100 manat pul, 2 ədəd don, 1 ədəd kombizon, diplom və sertifikat. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Aləmzər onun qızıdır. Qızı Fəridlə evlənərək qaynatasının evinə gəlin köçmüşdür. Xəstə olduğu üçün 03 avqust 2022-ci ildə evdən çıxaraq onlara gəlmişdir. Onlar onu müalicə etdirmişlə. Daha sonra isə qaynanası və qaynatası onlara gələrək qızını aparmaq istədilər. Onlar onda bildilər ki, qızı ilə kürəkəni arasında mübahisə olmuşdur. Qızı evdən çıxarkən hər hansı əşya götürməmişdir.Sonra onlar gedərək zəruri olan əşyaları götürmüşlər. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Aləmzər onların evindən çıxıb gedərkən hər hansı mübahisə olmamışdır. O atası evinə getdikdən 3 gün sonra onunla mübahisələri olmuşdur. Mübahisədən 3 gün sonra Aləmzərin nənəsi, anası, əmisi və xalası gələrək onun paltarlarını aparıblar. Həmin vaxt onlar qızılları da aparıblar. Qızıllar yataq otağında, mücrünün içərisində saxlanılırdı.Qızılların saxlanıldığı otağın qapısı həmişə açıq olurdu. Yalnız ona hədiyyə edilən nişan üzüyü və ad günündə alınmış iki ədəd üzük evdə qalmışdır.Aləmzərin paltarlarını və kosmetika dəstlərinin hamısını onlara vermişlər.Toydan sonra yığılan pulu isə Qəbələ və İsmayıllıya istirahətə gedərkən xərcləmişlər. Məhkəməyə yazılı vəsatət təqdim edərək, vəsatətdə göstərilmiş əşyaların iddiaçıda olması nəzərə alınmaqla qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı özünə məxsus olan cehiz əşyalarının hamısını yığıb aparıb, bəzi əşyaları qalmışdır. Onları da verməyəcəklər. Belə ki, onlar həyətdə çay içirdilər. Bu vaxtı Aləmzərin anası və qohumları içəri daxil olaraq Aləmzərin paltarlarını aparmağa gəldiklərini bildirdilər. O isə buna etiraz etmədi. O qızıllarını belə aparmışdı. Yalnız oğlunun nişan üzüyü onlar da qalıb. Odur ki, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X7 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, axşam vaxtı onlar həyətdə oturub çay içəndə Aləmzərin anası və qohumları həyətə daxil olmuşlar. İddiaçının paltarlarını aparmaq üçün gəldiklərini bildirmişlər. O, isə etiraz etmədiyini bildirmişdir. Onlar evə daxil olmuşlar. Beş dəqiqədən sonra qızı və qudası evə daxil olduqda görmüşlər ki, bütün əşyaları yığmışlar. Qızıllar yataq otağında mücrüdə olmuşdur. Qızılları da aparmışlar. Toy zamanı qıza hədiyyə edilmiş pulu isə İsmayıllıya və Qəbələyə gedərkən birlikdə xərcləmişlər. Məhkəmə iclasında cavabdehlərin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Xırda xanımla qudadırlar. Axşam vaxtı onların həyətində oturmuşlar. Həmin vaxt iddiaçının nənəsi Aləmzər, anası Tünzalə, xalası Ləyaqət və əmisi içəri daxil olmuşlar. Xırda paltarları aparmağa icazə vermişdir. O, isə Xırdaya paltarlarına mane olmamağını bildirmişdir. Beş dəqiqə sonra onlar Günellə içəri daxil olmuşlar. Paltarları yığdıqlarını görmüşdür. Qızılların isə götürüldüyünü görməmişdir. Onlar gedəndən sonra Fərid qızılların da aparıldığını bldirmişdir. Məhkəmədə cavabdehlərin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadə verərək göstərdi ki, tərəfləri tanıyır, Tünzalə xanımın atasıgil ilə qohumluqları vardır. Fəridin isə xalasıdır. Belə ki, həyətdə çay içirdilər. Həmin vaxt qapı açıldı və iddiaçının nənəsi Aləmzər, anası Tünzalə, xalası Ləyaqət və əmisi içəri daxil olmuşlar. Onlarla görüşmüşlər. Onlar iddiaçının paltarını aparmaq üçün gəldiklərini bildirmişlər. Daha sonra Aləmzərin otağına keçmişlər. Onlar isə həmin vaxt həyətdə idilər. Həmin vaxt Fərid də evdə idi. O, otağa daxil olanda onların 2-3 sellofan yığdıqlarını görmüşdür. Onlar gələndən sonra isə Fərid qızılların da aparıldığını bildirmişdir. O paltarların yığılmasını görsə də, qızılların yığılmasının şahidi olmamışdır. Məhkəmə, məhkəmə iclasında iştirak etmiş tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə tədqiq edilmiş digər sübutlarla, o cümlədən şahidlərin ifadələri ilə yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və s.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Mülki Məcəllənin 157.4-cü maddəsinin tələbunə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının tələbi cehiz əşyaları, qızıl-zinət əşyaları və diplom ilə sertifikatdan ibarətdir. Məhkəmə cehiz əşyalarına aid hussədə iddianı qismən əsaslı hesab edir. Belə ki, iddiaçının sadaladığı cehiz əşyalarının mövcudluğunu Cavabdeh1 qismən etiraf etmişdir. Onun etirafı məhkəməyə onun tərəfindən təqdim edilmiş vəsatətdə öz əksini tapmışdır. Belə ki, vəsatətdən görünür ki, iddiaçının tələb etdiyi cehiz əşyalarından və paltarlardan 6 şalvar, 6 idman geyimi, 2 pünyar,həmam xələti, 2 şortik dəst, 2 ətir, kosmetika dəsti, pilka dəsti, daraq dəsti, 8 idman köynəyi, 6 qalın kofta, 7 rubaşka(köynək), 2 ket, 3 kablok, 4 sumka, fen iddiaçı tərəfindən aparılmışdır. Həmçinin iddia ərizəsində əl dəsmalları, qətvələr, mətbəx dəsmalları, stəkan dəsmalları iki dəfə qeyd edilmişdir. Bundan başqa da qeyd edilmiş sarı şirəli kəsdurka 4 deyil 3-dür, şirəli kəsdurka 6 deyil 4-dür, süfrə 6 deyil 4-dür. Məhkəmə vəsatətdə göstərilənləri əsaslı hesab edir. Belə ki, əvvəla sübut eütmə yükü bu hissədə iddaçının üzərinə düşməsinə baxmayaraq iddiaçı tələbin cavabdehin vəsatətində göstərilən hissəsinə dair sübutlar təqdim edə bilməmişdir. Cehiz əşyalarının qalan hissələri ilə bağlı tərəflər arasında mübahisə mövcud deyildir. Əgər mübahisə olsa idi cavabdeh etirazını qeyd edilən vəsatətinə daxil edə bilərdi. Ona görə də məhkəmə hesab edir ki, cehiz əşyalarına dair hissədə iddia qismən təmin edilməli, dəyəri 350 manat olan xəmir yoğuran mikser Qaraca f, dəyəri 250 manat olan ət çəkən west f, dəyəri 350 manat olan elektrik sobası west f, dəyəri 360 manat olan mikrovalnovka qaraca, dəyəri 280 manat olan Tok samovarı 2 ədəd 1-ci qaraca f, dəyəri 150 manat olan 2 -ci, dəyəri 250 manat olan Tozsoran west f, dəyəri 170 manat olan ütü west f, dəyəri 260 manat olan ütü stolu qaraca f, dəyəri 220 manat olan sok çəkən qaraca f, dəyəri 170 manat olan tok sacı qırmızı, dəyəri 500 manat olan televizor LG 82 ekran, dəyəri 250 manat olan kondisioner, dəyəri 180 manat olan çaynik dəst firma Qaraca f, dəyəri 190 manat olan aş qazanı Qaraca f, dəyəri 170 manat olan qara qazanı qaraca f, dəyəri 250 manat olan qazan dəst dolma keramik tava Vest f, dəyəri 180 manat olan qazan qırmızı 2 dənəli, dəyəri 400 manat olan qazan dəsti keramik, dəyəri 150 manat olan qazan dəsti , dəyəri 120 manat olan tək yumru qazan, dəyəri 150 manat olan qoşa qril tavası, dəyəri 220 manat olan çomadan qaşıq, dəyəri 500 manat olan naçnik 2 ədəd, 1-cinin dəyəri 120 manat olan, 2-cinin dəyəri 250 manat olan lüstur 2 ədəd, dəyəri 50 manat olan saat 1 ədəd , dəyəri 150 manat olan böyük qazan və balaca qazan, dəyəri 10 manat olan balaca, dəyəri 100 manat olan şamdan latun, dəyəri 250 manat olan tikiş maşını, cəmi dəyəri 690 manat olan 6 ədəd gəvə, dəyəri 100 manat olan yorğan, dəyəri 150 manat olan yorğan ağ dəvəli, dəyəri 100 manat olan yorğan, dəyəri 200 manat olan 1 döşək, dəyəri 60 manat olan 4 balınc, dəyəri 300 manat olan ədyal qırmızı-sarılı2, dəyəri 200 manat olan ədyal böyük 2 ədəd, dəyəri 70 manat olan 2 kreslo üstü, dəyəri 50 manat olan tüklü adyal, dəyəri 150 manat olan kreslo üstü qırmızı, dəyəri 80 manat olan Leninqrad adyalı, dəyəri 300 manat olan pakrıval, dəyəri 250 manat olan ədyal, dəyəri 20 manat olan adyal sadə tüklü, dəyəri 120 manat olan ləpə qabı, dəyəri 110 manat olan qızılı rəngli ləpə qabı, dəyəri 50 manat olan salfet qabı, dəyəri 100 manat olan ləpə qabı padnus doğrama, dəyəri 80 manat olan divan örtüyü, dəyəri 400 manat olan pərdələr, dəyəri 350 manat olan servis dəsti, dəyəri 250 manat olan boşqab və kasalar, dəyəri 120 manat olan köhnə boşqablar, dəyəri 600 manat olan madonna servis, kanfet qabı, dəyəri 200 manat olan kofe servisi, dəyəri 400 manat olan 5 ədəd kamot qabı, 4 ədəd süfrə, dəyəri 20 manat olan jurnalnı üstü, dəyəri 300 manat olan gül qabları, 5 ədəd bogema, cəmi dəyəri 300 manat olan 2 ədəd xurustal, dəyəri 6000 manat olan mətbəx mebeli, dəyəri 750 manat olan mətbəx stolu dəsti, dəyəri 40 manat olan 6 ədəd boşqab altlığı, dəyəri 25 manat olan kamot qabının altlığı, 3 ədəd dəyəri 70 manat olan 3 dənəli dəst padnus, dəyəri 18 manat olan 2 dənə böyük padnus, dəyəri 100 manat olan stəkan dəsmalı, dəyəri 200 manat olan əl-üz dəsmalı, dəyəri 70 manat olan önlüklər, dəyəri 40 manat olan 24 ədəd əl yaylıqları, dəyəri 70 manat olan şirəli qazan dəsti, dəyəri 20 manat olan duz qabı, dəyəri 21 manat olan soyuducu üçün kauçuq qab, dəyəri 22 manat olan zibil qabı, dəyəri 12 manat olan krem spirişi, dəyəri 4 manat olan tiyorka, dəyəri 7 manat olan süzən setka, dəyəri 7 manat olan asılqan, dəyəri 10 manat olan soyuducu ləvazimatı, dəyəri 7 manat olan kofe bişirən, dəyəri 3 manat olan kətə kəsən, dəyəri 10 manat olan aş süzən, dəyəri 2 manat olan kartof soyan, dəyəri 4 manat olan sarımsaq əzən, dəyəri 9 manat olan pizza doğrayan, dəyəri 2 manat olan kəfkir, dəyəri 10 manat olan bıçaq, dəyəri 14 manat olan çapacaq, dəyəri 5 manat olan kapron ləyən, dəyəri 10 manat olan paraşok qabı, dəyəri 12 manat olan paltar yığan setka, dəyəri 10 manat olan hündür süpürgə, dəyəri 4 manat olan su çəkən hamam, dəyəri 3 manat olan şotka süpürgə, dəyəri 15 manat olan soğan doğrayan, dəyəri 3 manat olan qazan tutan, dəyəri 10 manat olan qazan papağı, dəyəri 25 manat olan blender, dəyəri 25 manat olan salat qabı, dəyəri 30 manat olan salat qabı, dəyəri 20 manat olan bakal qrafinka, dəyəri 15 manat olan bakal-rumka, dəyəri 20 manat olan altı düz bakal, dəyəri 15 manat olan bıçaq sumkası, dəyəri 15 manat olan meyvə qabı, dəyəri 25 manat olan qızılı tort qabı, dəyəri 10 manat olan tort qabı, dəyəri 15 manat olan qırmızı rəngli ləpə çəkən, dəyəri 10 manat olan qadın şəkilli suvenir, dəyəri 30 manat olan hündür ləpə qabı, dəyəri 21 manat olan 18 ədəd stəkan, dəyəri 21 manat olan 18 ədəd nəlbəki, dəyəri 10 manat olan bıçaq dəsti, dəyəri 21 manat olan razetka, dəyəri 30 manat olan salfet qabı qara-qızılı-parça, dəyəri 60 manat olan karobkada rumka dəsti(araq-su), dəyəri 30 manat olan su bakalları, dəyəri 20 manat olan 12 ədəd araq bakalı, dəyəri 75 manat olan ədviyyə qabı 2 mərtəbə , dəyəri 50 manat olan mürəbbə-qənd-kanfet qabı, dəyəri 5 manat olan qrafinka, dəyəri 20 manat olan 4 ədəd limon qabı, dəyəri 120 manat olan şirəli kəsdurka 4 ədəd, dəyəri 20 manat olan termus, dəyəri 250 manat olan dəm çayniki, dəyəri 10 manat olan böyük çaynik, dəyəri 25 manat olan ağ çaynik, dəyəri 15 manat olan armudu stəkan, dəyəri 15 manat olan süfrə şotkası, dəyəri 10 manat olan göy rəngli dəm çaynik, dəyəri 10 manat olan göy rəngli fincan, dəyəri 15 manat olan 2ədəd göy qənd qabı, dəyəri 7 manat olan göy çay qabı, dəyəri 20 manat olan xrustal fincan, dəyəri 50 manat olan balaca şirəli ləyən, dəyəri 15 manat olan ayran qabı, dəyəri 10 manat olan şəkər tozu qabı, dəyəri 20 manat olan göy boşqab, cəmi dəyəri 180 manat olan boşqablar (12+12+12+12), dəyəri 30 manat olan kasa, dəyəri 72 manat olan 24 ədəd xörək qaşığı, dəyəri 36 manat olan 24 ədəd çay qaşığı, dəyəri 12 manat olan 2 mürrəbə qaşığı, dəyəri 20 manat olan desert 6 ədəd xörək qaşığı, dəyəri 72 manat olan bulud qaşığı, dəyəri 15 manat olan çömçə, dəyəri 12 manat olan qaşıq aş üçün, dəyəri 6 manat olan dəm qaşığı, dəyəri 8 manat olan bilinçik bişirən, dəyəri 50 manat olan qızıl suyuna çəkilmiş 6 ədəd xörək qaşığı, 6 ədəd çay qaşığı, dəyəri 6 manat olan bıçaq, dəyəri 15 manat olan mağar qaşığı, dəyəri 200 manat olan xrustal lotka, dəyəri 120 manat olan 2 ədəd xrustal konfet qabı, dəyəri 100 manat olan 1 ədəd xrustal səbət, dəyəri 60 manat olan 2 ədəd xrustal qənd qabı, dəyəri 150 manat olan 2 kiçik, 1 balaca kül qabı, dəyəri 50 manat olan 2 ədəd xurustal meyvə qabı, dəyəri 200 manat olan iki qapaqlı xurustal konfet qabı, dəyəri 100 manat olan 2 xurustal konfet qabı, dəyəri 80 manat olan 2 ədəd mürəbbə qabı, dəyəri 300 manat olan bagema qrafin, dəyəri 200 manat olan bagema araq rumkası qrafin, dəyəri 100 manat olan yaşıl bagema 6 ədəd rumka, dəyəri 120 manat qırmızı rəngli olan bagema rumka, dəyəri 170 manat olan 3 dənəli 1 böyük 2 balaca bagema, dəyəri 100 manat olan bagema xrustal bakal 6 ədəd, dəyəri 15 manat olan pol silən, dəyəri 24 manat olan 12 ədəd çay qaşığı, 12 ədəd çəngəl, 12 ədəd xörək qaşığı, dəyəri 24 manat olan 12 ədəd yağ bıçağı, dəyəri 10 manat olan 1 ədəd tərəzi, cəmi dəyəri 70 manat olan 3 ədəd sarı şirəli ləyən, dəyəri 50 manat olan sarı şirəli vedrə, dəyəri 65 manat olan sarı şirəli qazan, dəyəri 110 manat olan sarı şirəli kəsdurka- 4 ədəd, dəyəri 50 manat olan şirəli sinilər, dəyəri 30 manat olan şirəli cəmlər, dəyəri 50 manat olan qırmızı rəngli tefal, dəyəri 60 manat olan ağ iki nəfərlik pastel, dəyəri 70 manat olan iki nəfərlik sumkada pastel, dəyəri 75 manat olan çomadanda pastel, dəyəri 50 manat olan çəhrayı rəngli pastel, dəyəri 55 manat olan güllü çoxdan alınan pastel, dəyəri 40 manat olan güllü çarpayı üzlüyü, dəyəri 50 manat olan ağ gəlinlik üzlüyü, dəyəri 85 manat olan ağ 1 ədəd iki nəfərlik və tək nəfərlik ağ damalı pastel, dəyəri 85 manat olan qəhvəyi rəngli pastel, dəyəri 85 manat olan yasəmən rəngli 1 ədəd iki nəfərlik və tək nəfərlik pastel, dəyəri 50 manat olan 1ədəd iki nəfərlik pastel, dəyəri 40 manat olan 2 ədəd sarı və qəhvəyi rəngli süfrə, dəyəri 20 manat olan parça salfetkalar, cəmi dəyəri 250 manat olan əl dəsmalları, dəyəri 300 manat olan qətvələr, dəyəri 30 manat olan mətbəx dəsmalları, dəyəri 150 manat olan stəkan dəsmalları, dəyəri 90 manat olan çəhrayı rəngli 2 ədəd böyük ədyal, 1 ədəd güllü şortik mayka, 2 ədəd çəkələk, həmin əşyalar naturada mövcud olmadığı halda isə onların dəyəri cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməli, iddia tələbi cehiz əşyalarına aid qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının göstərdiyi diplom və sertifikat da ona məxsus olduğundan həmin əşyalar da cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə 1100 manat pula dair hissədə də iddia tələbini əsaslı hesab edir. Belə ki, cavabdehin etirafından da göründüyü kimi həqiqətən də iddiaçıya məxsus olan pul ondan alınmışdır. Cavabdehlərdən Xırda Əsgərova və Fərdi Əsgərov həmin pulun hesabına istirahət etdiklərini bildirmişlər. Beləliklə məhkəmə hesab edir ki, həmin şəxslər iddiaçıya məxsus 1100 manat pulu hər hansı hüquqi əsas olmadan özlərində saxlamaqla əsassız olaraq varlanmışlar. Ona görə də qeyd edilən pul məbləği Xırda Əsgərova və Fərdi Əsgərovdan müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qızıl-zinət əşyalarına dair iddia tələbini əsaslı hesab edir. Belə ki, iddiaçının qeyd etdiyi qızılların mövcud olması mübahisə predmeti deyildir. Mübahisə həmin qızılların iddiaçı tərəfindən aparılması ilə bağlıdır. Mülki Məcəllənin 157.2-ci maddəsində qeyd edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu normadan göründüyü kimi, qızıl-zinət əşyalarının qaytarılması üçün göstərilən 3 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehin sahibliyində olması. 1-ci və 2-ci hal mübahisə predmeti deyil, belə ki, həmin əşyalar iddaçıya həddiyə edilmişdir, cavabdehlər isə həmin əşyaların iddiaçının qohumları evə qayıdarkən onlar tərəfindən aparıdığını qeyd etmişlər. İşin hallarından göründüyü kimi iddiaçıya məxsus cehiz əşyaları cavabdehlərin evindəki mücrüdə olmuş, iddiaçı evi tərk edib anası gilə gələrkən qızıl-zinət əşyaları həmin mücrüdə qalmışdır. Yəni, qızıllar faktiki olaraq cavabdehlərin sahibliyində olmuşdur.Cavabdehlər iddia edir ki, iddiaçının qohumları bəzi əşyaları aparmağa gələrkən qızıl-zinət əşyalarını da aparmışlar. Əvvəla cavabdehlərin vəsatətləri əsasında dindirilmiş şahidlər iddiaçının qohumlarının paltar yığmaqlarını əvvəldən sonadək müşahidə etmişlər və qızılların iddiaçının qohumları tərəfindən aparılmasının şahidi olmamışlar. Bundan başqa da göründüyü kimi iddiaçının qohumları cavabdehlərin nəzarəti altında hərəkət etmişlər. Bunun əksi inandırıcı deyildir. Belə ki, ev sahibləri evdə olduqları halda iddiaçının qohumlarına sərbəst şərait yaradılması ağlabatan deyildir. Bundan başqa da iddiaçının özü həmin evə gəlməmiş, onun qohumlarının isə mücrünün yerini öyrənməsi və oradan qızılları götürməkləri də inandırıcı deyildir. Məhkəmə onu da qeyd edir ki, göründüyü kimi cavabdehlər qızıl əşyalarından iddiaçıya ad günündə alınmış əşyaların aparılmadığını bildirmişlər. Məhkəmə qeyd edir ki, bütün qızılları götürüb, iki ədəd ad günündə hədiyyə edilmiş əşyaların götürülməməsi də inandırıcı deyildir. Ona görə də məhkəmə hesab edir ki, dəyəri 1000 manat olan 12 qram çəkidə kolye sep, dəyəri 900 manat olan 11 qramlıq sep, dəyəri 550 manat olan 7 qramlıq üzük, dəyəri 600 manat olan 8 qramlıq sırğa, dəyəri 650 manat olan 9 qramlıq qolbağı, dəyəri 1200 manat olan brilyant qaşlı 10 qramlıq nişan üzüyü, dəyəri 450 manat olan 6 qramlıq ad günündə verilmiş üzük, dəyəri 400 manat olan 5 qramlıq üzük, dəyəri 20 manat olan bijuteriya sırga, dəyəri 30 manat olan bijuteriya üzük, dəyəri 50 manat olan bijüteriya qolbağı, dəyəri 60 manat olan bijüteriya qolbağı və dəst üzük, dəyəri 25 manat olan sırğa,həmin əşayalar naturada mövcud olmadıqda isə onların dəyəri cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 218 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Dəyəri 350 manat olan xəmir yoğuran mikser, dəyəri 250 manat olan ət çəkən, dəyəri 350 manat olan elektrik sobası, dəyəri 360 manat olan mikrovalnovka, dəyəri 280 manat olan elektrik samovarı 2 ədəd, dəyəri 250 manat olan Tozsoran, dəyəri 170 manat olan ütü, dəyəri 260 manat olan ütü stolu, dəyəri 220 manat olan sok çəkən, dəyəri 170 manat olan tok sacı qırmızı, dəyəri 500 manat olan LG 82 ekran televizor, dəyəri 250 manat olan kondisioner, dəyəri 180 manat olan çaynik dəsti, dəyəri 190 manat olan aş qazanı, dəyəri 170 manat olan qara qazan, dəyəri 250 manat olan qazan dəsti, dəyəri 180 manat olan qazan qırmızı 2 dənəli, dəyəri 400 manat olan qazan dəsti keramik, dəyəri 150 manat olan qazan dəsti , dəyəri 120 manat olan tək yumru qazan, dəyəri 150 manat olan qoşa qril tavası, dəyəri 220 manat olan çomadan qaşıq, dəyəri 500 manat olan naçnik 2 ədəd, 1cinin dəyəri 120 manat olan, 2-cinin dəyəri 250 manat olan lüstur 2 ədəd, dəyəri 50 manat olan saat 1 ədəd , dəyəri 150 manat olan böyük qazan və balaca qazan, dəyəri 10 manat olan balaca, dəyəri 100 manat olan şamdan latun, dəyəri 250 manat olan tikiş maşını, cəmi dəyəri 690 manat olan 6 ədəd gəvə, dəyəri 100 manat olan yorğan, dəyəri 150 manat olan yorğan ağ dəvəli, dəyəri 100 manat olan yorğan, dəyəri 200 manat olan 1 döşək, dəyəri 60 manat olan 4 balınc, dəyəri 300 manat olan ədyal qırmızı-sarılı, dəyəri 200 manat olan ədyal böyük 2 ədəd, dəyəri 70 manat olan 2 kreslo üstü, dəyəri 50 manat olan tüklü adyal, dəyəri 150 manat olan kreslo üstü qırmızı, dəyəri 80 manat olan Leninqrad adyalı, dəyəri 300 manat olan pakrıval, dəyəri 250 manat olan ədyal, dəyəri 20 manat olan adyal sadə tüklü, dəyəri 120 manat olan ləpə qabı, dəyəri 110 manat olan qızılı rəngli ləpə qabı, dəyəri 50 manat olan salfet qabı, dəyəri 100 manat olan ləpə qabı padnus doğrama, dəyəri 80 manat olan divan örtüyü, dəyəri 400 manat olan pərdələr, dəyəri 350 manat olan servis dəsti, dəyəri 250 manat olan boşqab və kasalar, dəyəri 120 manat olan köhnə boşqablar, dəyəri 600 manat olan madonna servis, kanfet qabı, dəyəri 200 manat olan kofe servisi, dəyəri 400 manat olan 5 ədəd kamot qabı, 4 ədəd süfrə, dəyəri 20 manat olan jurnalnı üstü, dəyəri 300 manat olan gül qabları, 5 ədəd bogema, cəmi dəyəri 300 manat olan 2 ədəd xurustal, dəyəri 6000 manat olan mətbəx mebeli, dəyəri 750 manat olan mətbəx stolu dəsti, dəyəri 40 manat olan 6 ədəd boşqab altlığı, dəyəri 25 manat olan kamot qabının altlığı, 3 ədəd dəyəri 70 manat olan 3 dənəli dəst padnus, dəyəri 18 manat olan 2 dənə böyük padnus, dəyəri 100 manat olan stəkan dəsmalı, dəyəri 200 manat olan əl-üz dəsmalı, dəyəri 70 manat olan önlüklər, dəyəri 40 manat olan 24 ədəd əl yaylıqları, dəyəri 70 manat olan şirəli qazan dəsti, dəyəri 20 manat olan duz qabı, dəyəri 21 manat olan soyuducu üçün kauçuq qab, dəyəri 22 manat olan zibil qabı, dəyəri 12 manat olan krem spirişi, dəyəri 4 manat olan tiyorka, dəyəri 7 manat olan süzən setka, dəyəri 7 manat olan asılqan, dəyəri 10 manat olan soyuducu ləvazimatı, dəyəri 7 manat olan kofe bişirən, dəyəri 3 manat olan kətə kəsən, dəyəri 10 manat olan aş süzən, dəyəri 2 manat olan kartof soyan, dəyəri 4 manat olan sarımsaq əzən, dəyəri 9 manat olan pizza doğrayan, dəyəri 2 manat olan kəfkir, dəyəri 10 manat olan bıçaq, dəyəri 14 manat olan çapacaq, dəyəri 5 manat olan kapron ləyən, dəyəri 10 manat olan paraşok qabı, dəyəri 12 manat olan paltar yığan setka, dəyəri 10 manat olan hündür süpürgə, dəyəri 4 manat olan su çəkən hamam, dəyəri 3 manat olan şotka süpürgə, dəyəri 15 manat olan soğan doğrayan, dəyəri 3 manat olan qazan tutan, dəyəri 10 manat olan qazan papağı, dəyəri 25 manat olan blender, dəyəri 25 manat olan salat qabı, dəyəri 30 manat olan salat qabı, dəyəri 20 manat olan bakal qrafinka, dəyəri 15 manat olan bakal-rumka, dəyəri 20 manat olan altı düz bakal, dəyəri 15 manat olan bıçaq sumkası, dəyəri 15 manat olan meyvə qabı, dəyəri 25 manat olan qızılı tort qabı, dəyəri 10 manat olan tort qabı, dəyəri 15 manat olan qırmızı rəngli ləpə çəkən, dəyəri 10 manat olan qadın şəkilli suvenir, dəyəri 30 manat olan hündür ləpə qabı, dəyəri 21 manat olan 18 ədəd stəkan, dəyəri 21 manat olan 18 ədəd nəlbəki, dəyəri 10 manat olan bıçaq dəsti, dəyəri 21 manat olan razetka, dəyəri 30 manat olan salfet qabı qara-qızılı-parça, dəyəri 60 manat olan karobkada rumka dəsti(araq-su), dəyəri 30 manat olan su bakalları, dəyəri 20 manat olan 12 ədəd araq bakalı, dəyəri 75 manat olan ədviyyə qabı 2 mərtəbə , dəyəri 50 manat olan mürəbbə-qənd-kanfet qabı, dəyəri 5 manat olan qrafinka, dəyəri 20 manat olan 4 ədəd limon qabı, dəyəri 120 manat olan şirəli kəsdurka 4 ədəd, dəyəri 20 manat olan termus, dəyəri 250 manat olan dəm çayniki, dəyəri 10 manat olan böyük çaynik, dəyəri 25 manat olan ağ çaynik, dəyəri 15 manat olan armudu stəkan, dəyəri 15 manat olan süfrə şotkası, dəyəri 10 manat olan göy rəngli dəm çaynik, dəyəri 10 manat olan göy rəngli fincan, dəyəri 15 manat olan 2ədəd göy qənd qabı, dəyəri 7 manat olan göy çay qabı, dəyəri 20 manat olan xrustal fincan, dəyəri 50 manat olan balaca şirəli ləyən, dəyəri 15 manat olan ayran qabı, dəyəri 10 manat olan şəkər tozu qabı, dəyəri 20 manat olan göy boşqab, cəmi dəyəri 180 manat olan boşqablar (12+12+12+12), dəyəri 30 manat olan kasa, dəyəri 72 manat olan 24 ədəd xörək qaşığı, dəyəri 36 manat olan 24 ədəd çay qaşığı, dəyəri 12 manat olan 2 mürrəbə qaşığı, dəyəri 20 manat olan desert 6 ədəd xörək qaşığı, dəyəri 72 manat olan bulud qaşığı, dəyəri 15 manat olan çömçə, dəyəri 12 manat olan qaşıq aş üçün, dəyəri 6 manat olan dəm qaşığı, dəyəri 8 manat olan bilinçik bişirən, dəyəri 50 manat olan qızıl suyuna çəkilmiş 6 ədəd xörək qaşığı, 6 ədəd çay qaşığı, dəyəri 6 manat olan bıçaq, dəyəri 15 manat olan mağar qaşığı, dəyəri 200 manat olan xrustal lotka, dəyəri 120 manat olan 2 ədəd xrustal konfet qabı, dəyəri 100 manat olan 1 ədəd xrustal səbət, dəyəri 60 manat olan 2 ədəd xrustal qənd qabı, dəyəri 150 manat olan 2 kiçik, 1 balaca kül qabı, dəyəri 50 manat olan 2 ədəd xurustal meyvə qabı, dəyəri 200 manat olan iki qapaqlı xurustal konfet qabı, dəyəri 100 manat olan 2 xurustal konfet qabı, dəyəri 80 manat olan 2 ədəd mürəbbə qabı, dəyəri 300 manat olan bagema qrafin, dəyəri 200 manat olan bagema araq rumkası qrafin, dəyəri 100 manat olan yaşıl bagema 6 ədəd rumka, dəyəri 120 manat qırmızı rəngli olan bagema rumka, dəyəri 170 manat olan 3 dənəli 1 böyük 2 balaca bagema, dəyəri 100 manat olan bagema xrustal bakal 6 ədəd, dəyəri 15 manat olan pol silən, dəyəri 24 manat olan 12 ədəd çay qaşığı, 12 ədəd çəngəl, 12 ədəd xörək qaşığı, dəyəri 24 manat olan 12 ədəd yağ bıçağı, dəyəri 10 manat olan 1 ədəd tərəzi, cəmi dəyəri 70 manat olan 3 ədəd sarı şirəli ləyən, dəyəri 50 manat olan sarı şirəli vedrə, dəyəri 65 manat olan sarı şirəli qazan, dəyəri 110 manat olan sarı şirəli kəsdurka- 4 ədəd, dəyəri 50 manat olan şirəli sinilər, dəyəri 30 manat olan şirəli cəmlər, dəyəri 50 manat olan qırmızı rəngli tefal, dəyəri 60 manat olan ağ iki nəfərlik pastel, dəyəri 70 manat olan iki nəfərlik sumkada pastel, dəyəri 75 manat olan çomadanda pastel, dəyəri 50 manat olan çəhrayı rəngli pastel, dəyəri 55 manat olan güllü çoxdan alınan pastel, dəyəri 40 manat olan güllü çarpayı üzlüyü, dəyəri 50 manat olan ağ gəlinlik üzlüyü, dəyəri 85 manat olan ağ 1 ədəd iki nəfərlik və tək nəfərlik ağ damalı pastel, dəyəri 85 manat olan qəhvəyi rəngli pastel, dəyəri 85 manat olan yasəmən rəngli 1 ədəd iki nəfərlik və tək nəfərlik pastel, dəyəri 50 manat olan 1ədəd iki nəfərlik pastel, dəyəri 40 manat olan 2 ədəd sarı və qəhvəyi rəngli süfrə, dəyəri 20 manat olan parça salfetkalar, cəmi dəyəri 250 manat olan əl dəsmalları, dəyəri 300 manat olan qətvələr, dəyəri 30 manat olan mətbəx dəsmalları, dəyəri 150 manat olan stəkan dəsmalları, dəyəri 90 manat olan çəhrayı rəngli 2 ədəd böyük ədyal, 1 ədəd güllü şortik mayka, 2 ədəd çəkələk, dəyəri 1000 manat olan 12 qram çəkidə kolye sep, dəyəri 900 manat olan 11 qramlıq sep, dəyəri 550 manat olan 7 qramlıq üzük, dəyəri 600 manat olan 8 qramlıq sırğa, dəyəri 650 manat olan 9 qramlıq qolbağı, dəyəri 1200 manat olan brilyant qaşlı 10 qramlıq nişan üzüyü, dəyəri 450 manat olan 6 qramlıq ad günündə verilmiş üzük, dəyəri 400 manat olan 5 qramlıq üzük, dəyəri 20 manat olan bijuteriya sırga, dəyəri 30 manat olan bijuteriya üzük, dəyəri 50 manat olan bijüteriya qolbağı, dəyəri 60 manat olan bijüteriya qolbağı və dəst üzük, dəyəri 25 manat olan sırğa,həmin əşyalar naturada mövcud olmadıqda isə onların dəyəri, ödənilmiş 218 manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 alınaraq İddiaçı verilsin. İddiaçıya məxsus 1 ədəd sertifikat və 1 ədəd diplom cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 alınaraq İddiaçı verilsin. 1100(bir min yüz) manat pul müştərək qaydada Cavabdeh1 və X3 alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-458/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-458/2023
13.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver