Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-463/2025 27.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Tovuz rayonu Qeydiyyat şöbəsinə qarşı “ölümün qeydə alma faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi maraqlı şəxs Tovuz rayonu Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X2nun xx.xx.1944-cü ildə Tovuz rayonu Qovlar şəhərində anadan olma faktının müəyyən olunmasına və onun barəsində doğum haqqında şəhadətnamə verilərkən ata adının X4, ana adının X5 qeyd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 20.01. 1944-cü ildə Tovuz Rayonu Qovlar şəhərində X4 ilə X1 birgə nikahlarından anadan olmuşdur. X2 xx.xx.2006-cı ildə, X6 xx.xx.1957-ci ildə, X7 isə xx.xx.1988-ci ildə vəfat etmişdir. Miras mülkə dair vərəsəlik şəhadətnaməsinin alınması üçün müvafiq sənədlərin notariusa təqdim edilməsi zərurəti yaranmışır. Həmin sənədlərdən də biri atasının doğum haqqında şəhadətnaməsidir. Həmin sənədin əldə olması məqsədi ilə maraqlı şəxsə müraciət etdikdə müəyyən olunmuşdur ki, atası barədə Qeydiyyat şöbəsində doğum akt qeydi aparılmamışdır. Doğum haqqında şəhadətnamənin əldə olunması üçün müvafiq sənədlərin toplanması qeyri mümkündür. Belə olan halda atasının doğum qeydi məhkəmə qaydasında təsdiq olunmalıdır. X3 xx.xx.1944-cü ildə Tovuz Rayonu Qovlar şəhərində anadan olması müvafiq sənədlərlə təsdiq olunsa da, həmin səndlərlə doğum haqqında şəhadətnamənin tərtib olunması və doğum akt qeydi kitabında qeydiyyat aparılması qeyri mümkündür. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi, ərizəni müdafiə edərək bildirdi ki, ərizəsində bu faktın müəyyən edilməsinin ona atasından miras qalmış əmlakın qəbulu ilə bağlı olduğunu qeyd etsə də, əslində bu faktın müəyyən edilməsi ona atasının təqaüdünün anası tərəfindən alınmasının təmin edilməsindən ibarətdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçini dinləyib, ərizəni və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik dəqiq siyahı ilə yanaşı qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmayan hüquqi əhəmiyyəti olan digər faktların məhkəmə qaydasında müəyyən edilməsi imkanını nəzərdə tutmuşdur. Lakin ərizəçi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə və (ya) itirilmiş sənədlərin bərpası mümkün olmadıqda, hüquqi əhəmiyyəti olan faktları məhkəmə qaydasında müəyyən edilməsi mümkündür. Hazırda isə əslində maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu olmasına baxmayaraq ərizəçi Qeydiyyat Şöbəsini maraqlı şəxs kimi cəlb etmiş, Dövlət Sosial Müdafiə Fonduna isə müraciət etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığı üçün hazırkı iş üzrə icraata xitam verilməli, habelə DSMF-yə müraciət etmək hüququ ərizəçiyə izah edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.3-ci maddəsinə əsasən, həmin Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi maraqlı şəxs Tovuz rayonu Qeydiyyat şöbəsinə qarşı “ölümün qeydə alma faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçiyə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmək hüququnun olması izah edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov