Məhkəmə qərarları › İş №2(062)-60/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-60/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-60/2023 28.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh Naiqin-K "xxxx" MMC-nin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı "xxxx" X6 (bundan sonra YELO BANK) ASC-nin Cavabdeh1 MMC-yə, Naiqin-K "xxxx" MMC-yə, Cavabdeh3 və Cavabdeh4 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı YELO BANK ASC Cavabdeh1 MMC-yə, Naiqin-K "xxxx" MMC-yə, Cavabdeh3 və Cavabdeh4 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ACS ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 6-BİZ-1-0-101-13 (Ə1)nömrəli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 483000 manat əsas borcun, xx.xx.2014-cü il tarixədək hesablanmış 44163,77 manat faiz borcunun Cavabdeh1 MMC–dən və Cavabdeh4, xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13 (Ə2)nömrəli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 240230,59 manat əsas borcun, xx.xx.2014-cü il tarixədək hesablanmış 19380.55 manat faiz borcunun Cavabdeh1 MMC-dən, Cavabdeh3 və X4, xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0- 101-13, (Ə3) nömrəli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 121303.49 manat əsas borcun, xx.xx.2014-cü il tarixədək hesablanmış 6091.61 manat faiz borcunun, gecikdirməyə görə hesablanmış 5997.72 manat dəbbə pulunun Cavabdeh1 MMC-dən, Cavabdeh3, X4 və Naiqin-K "xxxx" MMC-dən, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulması, tutmanın öhdəliyin təminatı kimi Naiqin-K "xxxx" MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13 (İ) saylı ipoteka müqaviləsinə əsasən Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 933,8 kv.m olan qeyri-yaşayış binası (alkoqollu içkilərin süzülməsi və doldurulması sexi), xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(12) saylı ipoteka müqaviləsinə əsasən Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 1746,4 kv.m olan qeyri-yaşayış binası(un kombinatı), xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0- 101-13 (13) saylı İpoteka müqaviləsinə əsasən Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 527,2 kv.m olan qeyri-yaşayış binası (ilkin emal sexi) və xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13 (14) saylı ipoteka müqaviləsinə əsasən Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 63,8 kv.m olan qeyri-yaşayış binası (spirt çəkmə sexinə), həmçinin kredit müqavilələrindən irəli gələn öhdəliklərin təminatı üsulu kimi Naiqn-K "xxxx" MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014cü il tarixli, 6-BİZ-1-0-101-13 (G) saylı girov müqaviləsinə əsasən adları müqaviləyə əlavə 1 nömrəli qeydə olunan əsas vəsaitlər olan 2002-ci il buraxılışlı 1 ədəd şərab süzmə sexi, 1995-ci il buraxılışlı 1 ədəd spirt saxlama sexi, 2001-ci ildə inşa edilmiş 1 ədəd qazanxana binası, 1996-cı ildə inşa edilmiş 1 ədəd ehtiyat hissələri anbarı, 1998-ci ildə inşa edilmiş keçid binası, 1997-ci il buraxılışlı 47 ədəd emal çənləri, 1995-ci ildə inşa edilmiş 1 ədəd taxta anbar, 1996-cı il buraxılışlı miqdarı 1700 olan daş hasar, 1995-ci ildə inşa edilmiş 1 ədəd qonaq evi, 2001-ci il buraxılışlı 1 ədəd butulka yuyan, 1994-cü ildə inşa edilmiş 1 quraşdırma ambarı, 2001-ci il buraxılışlı 1 ədəd alkoqollu içki çəkən sex, 1998-ci il buraxılışlı 1 ədəd üzüm emal sexi, 2001-ci il buraxılışlı 1 ədəd şərab süzmə sexi binası, 1996-cı il buraxılışlı 1 ədəd gözətçi butkası, 2004-cü ildə inşa edilmiş 1 ədəd hamam və tualet binası, 2004-cü ildə inşa edilmiş 1 ədəd nəzarətçi postu, 2008-ci il buraxılışlı 8 ədəd çən və avadanlıqlar, 1997-ci il buraxılışlı 2 ədəd yanacaq çənləri, 1996-cı il il buraxılışlı 2 ədəd katyol, 2001-ci il buraxılışlı 1 ədəd spirt çəkən sex, 2001-ci il buraxılışlı 1 ədəd spirt çəkən (düzəlmə), 2001-ci il buraxılışlı 1 ədəd spirt çəkən sex, 2001-ci il buraxılışlı 1 ədəd spirt çəkən sex (avadanlığı), 2004-cü ildə inşa edilmiş 250 metr uzunluqda dəmir hasar, 1995-ci il buraxılışlı 2,5 km uzunluğnda xarici işıqlandırma xətti, 1997-ci il buraxılışlı 1 ədəd D-200 markalı dizel işıqlanma generatoru, 1997-ci il buraxılışlı 1 ədəd işıq generatoru Dt-124, 1994-cü il buraxılışlı 1 ədəd işıq generatoru, 1994-cü il buraxılışlı 1 ədəd transfarmator, 2001-ci il buraxılışlı 1 ədəd kompressor, 1993-cü ildə inşa edilmiş 250 metr uzunluğunda su xətti, 1997-ci il buraxılışlı 1 ədəd qapan tərəzi, 1995-ci il buraxılışlı 4 ədəd qapan tərəzi, 1993-cü il buraxılışlı 1 ədəd yükləyici QTX-0,5, 2002-cı il buraxılışlı 1 ədəd kimyəvi analiz laboratoriyası, 2012-ci il buraxılışlı 1 ədəd kompyuter, 1995-ci il buraxılışlı 4 ədəd elektrik qızdırıcısı, 1995-ci ildə alınmış 2 ədəd divan-kreslo, 1995-ci ildə alınmış 2 ədəd elit mebel, 1994-cü il buraxılışlı 1 ədəd ofis telefaksı, 1995-ci il buraxılışlı 2 ədəd ofis üzçıxaranı, 1995-ci ildə alınmış 3 ədəd ofis jurnal stolu, 2012-ci il buraxılışlı 2 ədəd ofis printeri, 1995-ci il buraxılışlı 4 ədəd ofis üçün yanmayan seyf, 1995-ci il buraxılışlı 3 ədəd dəmir seyf, 1995-ci il buraxılışlı 4 ədəd komputer stolu, 1995-ci il buraxılışlı 2 ədəd ofis kreslosu admiralı, 1995-ci il buraxılışlı 3 ədəd ofis üçün elektrik peçi, 1995-ci il buraxılışlı 6 ədəd ofis penlandina, 1995-ci il buraxılışlı 4 ədəd ofis şkafı-İvb, 1995-ci il buraxılışlı 4 ofis şkafı-iv 2B, 2002-ci il buraxılışlı 1 ədəd kondisoner, 1994-cü il buraxılışlı 2 ədəd soyuduçu, 1984-cü il buraxılışlı, ВЪШ -30Д markal 1 ədəd üzüm qəbulu üçün bunker, 1984-cü il buraxılışlı 2 ədəd, ЦДГ -20 markal mərkəzdən qacma üyütmə aparatı, 1984-cü il buraxılışlı 5 ədəd ПМН-28 markalı porşenli nasos, 1984-cü il buraxılışlı ВСН-20 markalı 2 ədəd stekatel, 1986-cı il buraxılışlı 1 ədəd Б2-ВПО-30 markalı press, 1986-cı il buraxılışlı ВПО-30 markal 2 ədəd press, 1988-ci il buraxılışlı ВТВ-20 markal 3 ədəd transporter (skrepkovıy), 1988-ci il buraxılışlı ВТВ-20 markal 2 ədəd transporter (lentovoy), 1990-cı il buraxılışlı AO-514 markal 2 ədəd filtr pressi, 1998-cı il buraxılışlı Н- 21 markalı 6 ədəd porşenli nasos, 2000-ci il buraxılışlı вчн-40 markal 8 ədəd məkkəzdən qacma nasosu, 1999-cu il buraxılışlı Н0ГШ-450 markalı 1 ədəd seperator, 1999-cu il buraxılışlı Н0ГШ-251 markal 1 ədəd separator, 1990-cı buraxılışlı AB4-700 markalı 2 ədəd 7,5-lik emal çəni, 1995-ci il buraxılışlı 44ДБС-5 markalı 1 ədəd köynəkli 5 tonluq çən, 1998-ci il buraxılışlı Н4С-100 markalı 1 ədəd separator üçün çən, 1985-ci buraxılışlı Б4- 2500 markalı 14 ədəd 25 tonluq qıcqırma üçün emal çəni, 1968-ci il buraxılışlı Uİ52/68 markalı 1 ədəd velox, 1996-cı il buraxılışlı С14/4 markalı 1 ədəd Gadoolpa, 1990-cı il buraxılışlı 0Р6 markalı 1 ədəd ПШEMAШ, 1996-cı il buraxılışlı 3 ədəd С144 markalı filtrpres, 1998-ci il buraxılışlı ФК-1000 markalı 2 ədəd suyun codluğunu almaq üçün 4 tonluq sulfa uqol regenaratoru, 1998-ci il buraxılışlı ФБ0В0С AY-1500 markalı 4 ədəd araq çəkmək üçün regenatorlar, 1998-ci il buraxılışlı ПФ-200 markalı 8 ədəd qum filteri, 1998-ci il buraxılışlı AYK -1600 markalı 1 ədəd regenirator, 1985-ci il buraxılışlı KT0BMA markalı 1 ədəd 750 litrlik mernik, 787-M markal 985-ci il buraxılışlı 1 ədəd 2500 litrlik mernik, 1998-ci il buraxılışlı CP 36-0 markalı 1 ədəd duzlaşdırılmış maye üçün 2130 litrlik titandan çən, 1998-ci il buraxılışlı BCE-200 markalı 1 ədəd 1820 litrlik araq üçün sortlaşdırma çəni, 1998-ci il buraxılışlı BCC-200 markal 3 ədəd araq üçün 1790 litrlik sortlaşdırma çəni, 1998-ci il buraxılışlı P4-700 markalı 1 ədəd yumuşaldılmış 6800 litirlik su üçün qəbul çəni, 1998-ci il buraxılışlı BP4-500 markalı 1 ədəd 4350 litrlik araq üçün qəbul çəni, 1998-ci il buraxılışlı BP4-500 markal 1 ədəd araq üçün 4490 litrlik qəbul çəni, 1998-ci il buraxılışlı BP4-200 markalı 1 ədəd araq üçün 4530 litrlik qəbul çəni, 1998-ci il buraxılışlı BP4-200 markalı 2 ədəd araq üçün 1800 litrlik qəbul çəni,1998-ci il buraxılışlı BH4-200 markalı 5 ədəd 1800 litrlik araq üçün təzyiq çəni, 1981-ci il buraxılışlı Б6-0MД-3 markalı 1 ədəd butulka yuyan maşın, 1985-ci il buraxılışlı BAP-6 markalı 2 ədəd 6 seksiyalı 6000 kub/saatlıq süzmə xətti, 1988-ci il buraxılışlı PAГ-12 markalı 1 ədəd süzmə aparatı, 2002ci il buraxılışlı PP 200 markalı 1 ədəd paketlərə süzmək üçün aparat, 1999-cu il buraxılışlı ЛKE-6 AT markal 2 ədəd spirt çəkmə sexi üçün lankaşır tipli soba, 1990-cı il buraxılışlı PAПД -1000 markalı 1 ədəd şaran tipli spirt çəkmə aparatı, 1992-ci il buraxılışlı 1 ədəd Rullier-2503 markalı tam avtomatlaşdırılmış qablaşdırma-montaj xətti, 52 ədəd şərabın saxlanması üçün çənlər, 2700 ədəd palıd boçkaları, 1991-ci il buraxılışlı Aİ-63-2H markalı 2 ədəd üyütmə aparatı, 1993-cü il buraxılışlı 3M22560 markalı 6 ədəd üyütmə aparatı, 4 ədəd separator, 5 ədəd ələk, 6-BİZ-1-0-101-13/1(G5) nömrəli girov müqaviləsinə 1 nömrəli əlavədə göstərilən maşın və avadanlıqlardan 1997-ci il buraxılışlı 47 ədəd emal çənləri, 2001-ci il buraxılışlı 1 ədəd butulka yuyan, 1994-cü il buraxılışlı 1 ədəd quraşdırma anbarı, 2008-ci il buraxılışlı 8 ədəd çən və avadanlıqlar, 1997-ci il buraxılışlı 2 ədəd yanacaq çənləri, 1996-cı il buraxılışlı 2 ədəd katyol, 2001-ci il buraxılışlı 1 ədəd spirt çəkən (düzəlmə), 2001-ci il buraxılışlı 1 ədəd spirt çəkən sex, 2001-ci il buraxılışlı 1 ədəd spirt çəkən sex (avadanlığı), 1997-ci il buraxılışlı 1 ədəd D-200 markalı dizel işıqlanma generatoru, 1997-ci il buraxılışlı 1 ədəd Dt-124 markalı işıq generatoru, 1994-cü il buraxılışlı 1 ədəd işıq generatoru, 1994-cü il buraxılışlı transformator, 2001-ci buraxılışlı 1 ədəd kompressor, 1997-ci il buraxılışlı 1 ədəd qapan tərəzi, 1995-ci il buraxılışlı 4 ədəd qapan tərəzi, 1993-cü il buraxılışlı 1 ədəd yükləyici QTX-0,5, 1984-cü il buraxılışlı BЪШ-30Д markalı 1 ədəd üzüm qəbulu üçün bunker, 1984-cü il buraxılışlı ЦДГ-20 markalı 2 ədəd mərkəzdən qaçma üyütmə aparatı, 1984-cü il buraxılışlı ПMH-28 markalı 5 ədəd porşenli nasos, 1984-cü il buraxılışlı BCH - 20 markalı 2 ədəd stekatel, 1986-cı il buraxılışlı Б2-BП0-30 markal 1 ədəd press, 1986-cı il buraxılışlı BП0-30 markalı 2 ədəd press, 1988-ci il buraxılışlı BTB-20 markalı 3 ədəd transporter (skrepkovıy), 1988-ci il buraxılışlı BTB-20 markal 2 ədəd transporter (lentovıy), 1990-cı il buraxılışlı AO-514 markal 2 ədəd filtr press, 1998-ci il buraxılışlı H-21 markal 6 ədəd porşenli nasos, 2000-ci il buraxılışlı BЧH-40 markal 8 ədəd mərkəzdən qaçma nasosu , 1999-cu il buraxılışlı HOГШ-450 markal 3 ədəd separator, 1999-cu il buraxılışlı HOГШ-251 markal 1 ədəd separator, 1990-cİ il buraxılışlı AB4-700 markalı 2 ədəd emal çən 7,5, 1995-ci il buraxılışlı 44ДБС-5 markal 2 ЭВЭВ köynəkli 5 tonluq çən , 1998-ci il buraxılışlı H4C-100 markal 1 ədəd separator üçün çən 1 niyy, 1985-ci il buraxılışlı Б4-2500 markal 14 ədəd qıcqırma üçün çən, 1968-ci il buraxılışlı U152/68 markal 1 ədəd VELOX, 1996-cı il buraxılışlı C14/4 markal 1 ədəd Gadoolpa, 1990-cı il buraxılışlı 1 ədəd OP6 markal ПNШEMAЩ, 1966-cı il buraxılışlı Cadalpe C 14/4 markalı 3 ədəd filtrpress, 1988-ci il buraxılışlı ФЛ-1000 markalı 2 ədəd suyun codluğunu almaq üçün sulfa uqol regeneratoru 4 tonluq, 1988-ci il buraxılışlı фб0всс ay-1500 markalı 4 ədəd araq çəkmək üçün regeneratorlar, 1988-ci il buraxılışlı пф-200 markal 8 ədəd qum filteri, 1988-ci il buraxılışlı 1AYK-1600 markalı 1 ədəd regenerator, 1985-ci il buraxılışlı K7-BMA markalı 1 ədəd mernik 750 litrlik, 1985-ci il burxılışlı 787-M markalı 1 ədəd Mernik 2500 litr, 1998-ci il buraxılışlı CP-30-0 markalı 1 ədəd duzlaşdırılmış maye üçün çən 2130 litirlik, 1998-ci il buraxılışlı BCE-200 markalı 1 ədəd araq üçün sortlaşdırma çəni 1820 litirlik, 1998-ci il buraxılışlı BCC-200 markalı 3 ədəd araq üçün sortlaşdırma çəni 1790 litirlik, 1998-ci il buraxılışlı P4-700 markalı 1 ədəd yumşaldılmış su üçün qəbul çəni 6800 litrlik, 1998-ci il buraxılışlı BP4-500 markalı 1 ədəd araq üçün qəbul çəni 4350 litrlik, 1998-ci il buraxılışlı BP4-500 markalı 1 ədəd araq üçün qəbul çəni 4490 litirlik, 1998-ci il buraxılışlı BP4-200 markalı 1 ədəd araq üçün qəbul çəni 4530 litirlik,1998-ci il buraxılışlı BP4-200 markalı 2 ədəd araq üçün qəbul çəni 1820 litrlik, 1998-ci il buraxılışlı BP4-200 markalı 5 ədəd araq üçün qəbul çəni 1800 litirlik, 1981-ci il buraxılışlı Б6-0MД-3 markalı 1 ədəd butulka yuyan maşın, 1985-ci il buraxılışlı BAP-6 makalı 2 ədəd 6 seksiyalı süzmə xətti 6000 volt/saat, 1988-ci il buraxılışlı PAГ-12 markal 1 ədəd süzmə aparatı, 2002-ci il buraxılışlı PP200 markalı 1 ədəd paketlərə süzmək üçün aparat, 1999-cu il buraxılışlı ЛKE-6 AT markal 2 ədəd spirtçəkmə sexi üçün Lankaşir tipli soba, 1990-cı il buraxılışlı PAПД-1000 markalı 1 ədəd şaran tipli spirt çəkmə aparatı, 1992-ci il buraxılışlı Rullier-2503 markalı 1 ədəd avtomatlaşdırılmış süzmə xətti, 52 ədəd şərabın saxlanması üçün çənlər, 2700 ədəd palıd boçkalar, 1991-ci il buraxılışlı Aİ-Б3-2H 2 ədəd uyütmə aparatı, 1993-ci il buraxılışlı 3m22560 markalı 6 ədəd uyütmə aparatı, 4 ədəd separator, 5 ədəd ələkdən ibarət əmlakın alınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı ASC-nin nümayəndəsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia həcminin artırılmasına dair ərizə verərək sonuncu ərizəsi ilə “Nikoyl" İKB ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 6-BİZ-1 -0-101-13 (Ə1) saylı kredit müqaviləsinə əsasən 483000 manat əsas borcun, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 175539 manat 29 qəpik məbləğində faiz borcunun, 121957 manat 01 qəpik məbləğində cərimə borcunun və xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 83864 manat 30 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 864360 manat 60 qəpik məbləğində borcun Cavabdeh1 MMC-dən və Cavabdeh4, xx.xx.2014-cü il tarixli 6-BİZ-1- 0-101-13 (Ə2) saylı kredit müqaviləsinə əsasən 240230 manat 59 qəpik məbləğində əsas borcun, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 104424 manat 19 qəpik məbləğində faiz borcunun 80359 manat 05 qəpik məbləğində cərimə borcunun və xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 33491 manat 95 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 458505 manat 78 qəpik məbləğində borcun Cavabdeh1 MMC-dən, Cavabdeh4 və X1, xx.xx.2014-cü il tarixli 6-BİZ-1-0-101-13(Ə3) saylı kredit müqaviləsinə əsasən 121303 manat 49 qəpik əsas borcun, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 4089 manat 95 qəpik məbləğində faiz borcunun, 110585 manat 26 qəpik məbləğində cərimə borcunun və xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 21062 manat 50 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 257041 manat 20 qəpik məbləğində borcun Cavabdeh1 MMC-dən, Cavabdeh4, X2 və Naqin-K "xxxx"MMC-dən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutmanın öhtəliyin təminatı kimi Naqin-K "xxxx"MMC ilə"Nikoyl” İKB ASC arasında bağlanmış xx.xx.2014-cii il tarixli, 6-BİZ-İ-0-101-13 (İ) saylı ipoteka müqaviləsinə əsasən Tovuz Rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 933.8 kv.m qeyriyaşayış binasına (alkaqol içkilərin süzülməsi və doldurulması sexi), xx.xx.2014-cü il tarixli, 6-BİZ-İ- 0101-13(İ2) saylı ipoteka müqaviləsinə əsasən Tovuz Rayonu, İbrahim Hacılı kəndində yerləşən ümlmmi sahəsi 1746.4 kv.m qeyri-yaşayış binasına (un kombinatı), xx.xx.2014-cü il tarixli. 6BİZ-İ-0-101-13 (İ3) saylı ipoteka müqaviləsinə əsasən Tovuz Rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 527.2 kv.m qeyri-yaşayış binasına (ilkin emal sexi) və xx.xx.2014-ci il tarixli, 6-BİZ-1 -0-101-13 (14) saylı ipoteka müqaviləsinə əsasən Tovuz Rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 63.8 kv.m qeyri-yaşayış binasına (spirt çəkmə sexinə), həmçinin kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Naqin-K "xxxx"MMC ilə"xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2013cü il tarixli, 6-BİZ-1-0-101-13/1(G) saylı girov müqaviləsinə əsasən adları müqaviləyə Əlavə №1-də qeyd olunan 104 adda əsas vəsaitlərə və xx.xx.2014-cü il tarixli, 6-BİZ-İ-0- 101-13 (G5) saylı girov müqaviləsinə əsasən adları müqaviləyə Əlavə №1-də qeyd olunan 68 adda maşın və avadanlıqlara yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaitinin borc məbləğlərinə ödənilməsi, həmçinin ipoteka və girov predmetləri açıq hərracda satıldıqda sonra həmin əmlaklardan cavabdehlərin çıxarılması və hərracdan əldə olunan pul vəsaiti kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərin digər əmlakları və mal varlıqlarına yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi yenidən Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia həcminin artırılmasına dair ərizə verərək göstərmişdir ki, İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC və digərlərinə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Tovuz rayon məhkəməsinə müraciət etmişdir və həmin iddia ərizəsi üzrə mülki iş məhkəmənin icraatındadır, iş üzrə iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Belə ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 6-BİZ-1-0-101-13(Ə1) saylı kredit müqaviləsinə əsasən 483000 (dörd yüz səksən üç min) manat əsas borcun, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 214904.28 (iki yüz on dörd min doqquz yüz dörd manat iyirmi səkkiz qəpik) manat məbləğində faiz borcunun, 121957.01 (yüz iyirmi bir min doqquz yüz əlli yeddi manat 01 qəpik) manat məbləğində cərimə borcunun və xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150688.05 (yüz əlli min altı yüz səksən səkkiz manat 05 qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 970549.34 (doqquz yüz yetmiş min beş yüz qırx doqquz manat otuz dörd qəpik) manat məbləğində borcun Cavabdeh1 MMC-dən və Cavabdeh4, xx.xx.2014-cü il tarixli 6-BİZ-1-0-101-13(Ə2) saylı kredit müqaviləsinə əsasən 240230.59 (iki yüz qırx min iki yüz otuz manat əlli doqquz qəpik) manat məbləğində əsas borcun, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 187906.34 (yüz səksən yeddi min doqquz yüz altı manat otuz dörd qəpik) manat məbləğində faiz borcunun, 80359.05 (səksən min üç yüz əlli doqquz manat 05 qəpik) manat məbləğində cərimə borcunun və xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 66716.35 (altmış altı min yeddi yüz on altı manat otuz beş qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 575212.33 (beş yüz yetmiş beş min iki yüz on iki manat otuz üç qəpik) manat məbləğində borcun Cavabdeh1 MMC-dən, Cavabdeh4 və Cavabdeh3, xx.xx.2014-cü il tarixli 6-BİZ-1-0-101-13(Ə3) saylı kredit müqaviləsinə əsasən 121303.49 (yüz iyirmi bir min üç yüz üç manat qırx doqquz qəpik) manat əsas borcun, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 71932.91 (yetmiş bir min doqquz yüz otuz iki manat doxsan bir qəpik ) manat məbləğində faiz borcunun, 110585.26 (yüz on min beş yüz səksən beş manat iyirmi altı qəpik) manat məbləğində cərimə borcunun və xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 37845.1 (otuz yeddi min səkkiz yüz qırx beş manat on qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 341666.76 (üç yüz qırx bir min altı yüz altmış altı manat yetmiş altı qəpik) manat məbləğində borcun Cavabdeh1 MMC-dən, Cavabdeh4, Cavabdeh3 və Naiqin-K "xxxx"MMC-dən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutmanın öhdəliyin təminatı kimi Naiqin-K "xxxx"MMC ilə"xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(İ) saylı ipoteka müqaviləsinə əsasən Tovuz Rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 933.8 kv.m qeyriyaşayış binasına (alkaqol içkilərin süzülməsi və doldurulması sexi), xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(İ2) saylı ipoteka müqaviləsinə əsasən Tovuz Rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 1746.4 kv.m qeyri-yaşayış binasına (un kombinatı), xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(İ3) saylı ipoteka müqaviləsinə əsasən Tovuz Rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 527.2 kv.m qeyri-yaşayış binasına (ilkin emal sexi) və xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(İ4) saylı ipoteka müqaviləsinə əsasən Tovuz Rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 63.8 kv.m qeyri-yaşayış binasına (spirt çəkmə sexinə), həmçinin kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Naiqin-K "xxxx"MMC ilə"xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 6-BİZ-1-0-101-13/1(G) saylı girov müqaviləsinə əsasən adları müqaviləyə Əlavə №1-də qeyd olunan 104 adda əsas vəsaitlərə, xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(G5) saylı girov müqaviləsinə əsasən adları müqaviləyə Əlavə №1-də qeyd olunan 68 adda maşın və avadanlıqlara yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaitinin borc məbləğlərinə ödənilməsi, həmçinin ipoteka və girov predmetlərinin açıq hərracda satıldıqdan sonra həmin əmlaklardan cavabdehlərin çıxarılması və hərracdan əldə olunan pul vəsaiti kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərin digər əmlakları və mal varlıqlarına yönəldilməsinə dair qətnamə qəbul etmənizi xahiş etmişdir. İddiaçı ACS tələbini onunla əsaslandırmışdır ki, o İddiaçı ACS ilə xx.xx.2013-cü il tarixdə bağlanmış, 6-BİZ-1-0-101-13 saylı kredit müqaviləsinə əssən "xxxx" MMC-yə ******* (üç milyon) manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 120 ay müddətinə, yəni xx.xx.2013-cü ilədək kredit limiti müəyyən edilmiş, xx.xx.2013-cü il tarixdə bağlanmış, 6-BİZ-1-0-101-13 (Əİ) saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə illik 18% olmaqla 24 ay müddətində 483000 (dörd yüz səksən üç) manat, xx.xx.2014-cü il tarixdə bağlanmış, 6-BİZ-1-0-101-13(Ə2) saylı bərpa olunan kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 MMC –yə illik 18% olmaqla 34 ay müddətinə 250000 (iki yüz əlli min) manat və xx.xx.2014-cü il tarixdə bağlanmış 6-BİZ-1-0-101-13(Ə3) saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə illik 14% olmaqla 03 ay müddətinə 130000 (yüz otuz min) manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Naiqin-K "xxxx" MMC ilə İddiaçı ACS arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13 (İ) saylı İpoteka müqaviləsinə əsasən Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 933,8 kv.m olan qeyri-yaşayış binası( alkoqollu içkilərin süzülməsi və doldurulması sexi), xx.xx.2014-cü il tarixli, 6-BİZ-1- 0-101-13(12) saylı İpoteka müqaviləsinə Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 527,2 kv.m olan qeyri-yaşayış binası (un kombinatı), xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(13) saylı İpoteka müqaviləsinə əsasən Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 527,2 kv.m olan qeyri-yaşayış binası (ilkin emal sexi) və xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(14) saylı İpoteka müqaviləsinə əsasən Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 63,8 kv.m olan qeyri-yaşayış binası (spirt çəkmə sexi) İddiaçı ACS qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Naqin-K "xxxx" MMC ilə İddiaçı ACS arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 6-BİZ-1-0-101-13/1(G) saylı girov müqaviləsinə əsasən adları müqaviləyə əlavə 1 nömrəli qeyd olunan əsas vəsaitlər və xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(G5) saylı girov müqaviləsinə əsasən adları müqaviləyə əlavə 1 nömrədə qeyd olunan maşın və avadanlıqlar banka girov qoyulmuşdur. Eyni zamanda xx.xx.2013-cü il tarixdə bağlanmış 6-BİZ-1-0-101-13(Ə1) saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq X7 ilə xx.xx.2013-cü il tarixli, 6- BİZ-1-0-101-13 (Z1) saylı, xx.xx.2014-cü il tarixdə bağlanmış, 6-BİZ-1-0-101-13(Ə2) saylı Bərpa olunan kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh4 ilə xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(Z2) saylı və Cavabdeh3 ilə xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(Z3) saylı, xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(Ə3) saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh3 xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0- 101-13(Z4) saylı, Cavabdeh4 ilə xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(Z5) saylı və Naiqin-K "xxxx" MMC ilə xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(Z6) saylı zaminlik müqavilələri bağlanmış və onlar öhdəlik icra edilmədiyi təqdirdə borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kredit müqavilələrinin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Kredit müqaviləsinin 9.2-ci bəndinə görə borcalan kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün faizlər də hesablanmaqla gecikdirilmiş məbləğin 0.1% miqdarında banka dəbbə pulu ödəməlidir. Göstərdiklərinə əsasən hesab edir ki, iddiası qanuni və əsaslı olduğundan təmin edilməlidir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iştirak etmiş, iddianı müdafiə etmiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Naiqin-K "xxxx" MMC-nin nümayəndəsi X13 məhkəmə iclasında iştirak edərək izahatında göstərdi ki, onlar bank qarşısında bütün öhdəliklərini icra etmişlər. Pulun ödənilməsini təsdiq edən başqa sübutları olmasa da belə, Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1MMC-nin "xxxx" ASC-yə borcu yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməməkərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdeh Naiqin-K "xxxx" MMC-nin nümayəndəsinin izahatlarını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx"İKB ASC ilə xx.xx.2013-cü il tarixdə bağlanmış, 6-BİZ-1-0-101-13 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə ******* (üç milyon) manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 120 ay müddətinə, yəni xx.xx.2013-cü ilədək kredit limiti müəyyən edilmiş, xx.xx.2013-cü il tarixdə bağlanmış, 6-BİZ-1-0-101-13 (Ə1) saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə illik 18% olmaqla 24 ay müddətində 483000 (dörd yüz səksən üç) manat, xx.xx.2014-cü il tarixdə bağlanmış, 6-BİZ-1-0-101-13(Ə2) saylı bərpa olunan kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 MMC –yə illik 18% olmaqla 34 ay müddətinə 250000 (iki yüz əlli min) manat və xx.xx.2014-cü il tarixdə bağlanmış 6-BİZ-1-0-101-13(Ə3) saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə illik 14% olmaqla 03 ay müddətinə 130000 (yüz otuz min) manat məbləğində kredit verilmişdir. İşə əlavə olunmuş xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13 (İ) saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqavilələrindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Naiqin-K "xxxx" MMC ilə "xxxx"İKB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13 (İ) saylı İpoteka müqaviləsinə əsasən Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 933,8 kv.m olan qeyri-yaşayış binası( alkoqollu içkilərin süzülməsi və doldurulması sexi), xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(İ2) saylı İpoteka müqaviləsinə Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 527,2 kv.m olan qeyri-yaşayış binası (un kombinatı), xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(İ3) saylı İpoteka müqaviləsinə əsasən Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 527,2 kv.m olan qeyri-yaşayış binası (ilkin emal sexi) və xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0- 101-13(İ4) saylı İpoteka müqaviləsinə əsasən Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 63,8 kv.m olan qeyri-yaşayış binası (spirt çəkmə sexi) "xxxx"İKB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İşə əlavə olunmuş xx.xx.2013-cü il tarixli, 6-BİZ-1-0-101-13/1(G) saylı girov müqaviləsindən görünür ki, kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Naiqin-K "xxxx" MMC ilə "xxxx"İKB ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 6-BİZ-1-0-101-13/1(G) saylı girov müqaviləsinə əsasən adları müqaviləyə əlavə 1 nömrəli qeyd olunan əsas vəsaitlər və xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(G5) saylı girov müqaviləsinə əsasən adları müqaviləyə əlavə 1 nömrədə qeyd olunan maşın və avadanlıqlar banka girov qoyulmuşdur. İşə əlavə olunmuş zaminlik müqavilələrindən görünür ki. xx.xx.2013-cü il tarixdə bağlanmış 6-BİZ-1-0-101-13(Ə1) saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq X7 ilə xx.xx.2013-cü il tarixli, 6-BİZ-1-0-101-13 (Z1) saylı, xx.xx.2014-cü il tarixdə bağlanmış, 6- BİZ-1-0-101-13(Ə2) saylı Bərpa olunan kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh4 ilə xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(Z2) saylı və Cavabdeh3 ilə xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(Z3) saylı, xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101- 13(Ə3) saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh3 xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(Z4) saylı, Cavabdeh4 ilə xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101- 13(Z5) saylı və Naiqin-K "xxxx" MMC ilə xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(Z6) saylı zaminlik müqavilələri bağlanmış və onlar öhdəlik icra edilmədiyi təqdirdə borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər İşə əlavə olunmuş seriya RX ******* saylı çıxarışdan görünür ki, Naiqin-K "xxxx" MMC -nin mülkiyyətində olan Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən qeyri-yaşayış binası İddiaçı ASC (əvvəlki "xxxx" İKB ASC)-də ipoteka ilə yüklü edilmiş, yüklülüyün müddəti xx.xx.2014-xx.xx.2023, yəni 120 ay göstərilmişdir. İşə əlavə olunmuş seriya RX ******* saylı çıxarışdan görünür ki, Naiqin-K "xxxx" MMC -nin mülkiyyətində olan Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən qeyri-yaşayış binası İddiaçı ASC (əvvəlki "xxxx" İKB ASC)-də ipoteka ilə yüklü edilmiş, yüklülüyün müddəti xx.xx.2014-xx.xx.2023, yəni 120 ay göstərilmişdir. İşə əlavə olunmuş seriya RX ******* saylı çıxarışdan görünür ki, Naiqin-K "xxxx" MMC -nin mülkiyyətində olan Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən qeyri-yaşayış binası İddiaçı ASC (əvvəlki "xxxx" İKB ASC)-də ipoteka ilə yüklü edilmiş, yüklülüyün müddəti xx.xx.2014-xx.xx.2023, yəni 120 ay göstərilmişdir. İşə əlavə olunmuş seriya RX ******* saylı çıxarışdan görünür ki, Naiqin-K "xxxx" MMC -nin mülkiyyətində olan Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən qeyri-yaşayış binası İddiaçı ASC (əvvəlki "xxxx" İKB ASC)-də ipoteka ilə yüklü edilmiş, yüklülüyün müddəti xx.xx.2014-xx.xx.2023, yəni 120 ay göstərilmişdir. Bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsində 16 yanvar 2015-ci ildə qeydə alınmışdır. Xəbərdarlıq məktubundan (bildirişdən) görünür ki, İddiaçı ASC (əvvəlki "xxxx" İKB ASC) Naiqin-K-ya pretenziya qaydasına riayət edərək, Naiqin-K "xxxx" MMC -yə borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. İşə əlavə olunmuş "xxxx" MMC-nin müstəqil auditor rəyindən görünür ki, Cavabdeh1 MMC-nin İddiaçı ASC (əvvəlki "xxxx" İKB ASC) qarşısında xx.xx.2013-cü il tarixli 6-BİZ-1-0- 101-13 saylı kredit verilməsinə dair razılaşmaya əsasən əsas məbləğ üzrə 844.534.08 manat, faiz üzrə 525.531.24 manat, dəbbə üzrə 262.114.00 manat, əldən çıxmış fayda 271202.30 manat olmaqla, ümumilikdə 1.903.381.23 manat borc öhdəliyi mövcuddur. İşə əlavə edilmiş 10 iyun 2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 6-BİZ-1-0-101- 13(Ə1) saylı kredit müqaviləsinə əsasən 483000 (dörd yüz səksən üç min) manat əsas borc, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 214904.28 (iki yüz on dörd min doqquz yüz dörd manat iyirmi səkkiz qəpik) manat məbləğində faiz borcu, 121957.01 (yüz iyirmi bir min doqquz yüz əlli yeddi manat 01 qəpik) manat məbləğində cərimə borcu və xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150688.05 (yüz əlli min altı yüz səksən səkkiz manat 05 qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 970549.34 (doqquz yüz yetmiş min beş yüz qırx doqquz manat otuz dörd qəpik) manat, xx.xx.2014-cü il tarixli 6-BİZ-1-0- 101-13(Ə2) saylı kredit müqaviləsinə əsasən 240230.59 (iki yüz qırx min iki yüz otuz manat əlli doqquz qəpik) manat məbləğində əsas borc, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 187906.34 (yüz səksən yeddi min doqquz yüz altı manat otuz dörd qəpik) manat məbləğində faiz borcu, 80359.05 (səksən min üç yüz əlli doqquz manat 05 qəpik) manat məbləğində cərimə borcu və xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 66716.35 (altmış altı min yeddi yüz on altı manat otuz beş qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 575212.33 (beş yüz yetmiş beş min iki yüz on iki manat otuz üç qəpik) manat, xx.xx.2014-cü il tarixli 6-BİZ-1-0-101-13(Ə3) saylı kredit müqaviləsinə əsasən 121303.49 (yüz iyirmi bir min üç yüz üç manat qırx doqquz qəpik) manat əsas borc, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 71932.91 (yetmiş bir min doqquz yüz otuz iki manat doxsan bir qəpik ) manat məbləğində faiz borcu, 110585.26 (yüz on min beş yüz səksən beş manat iyirmi altı qəpik) manat məbləğində cərimə borcu və xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 37845.1 (otuz yeddi min səkkiz yüz qırx beş manat on qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 341666.76 (üç yüz qırx bir min altı yüz altmış altı manat yetmiş altı qəpik) manat məbləğində borcu qalmışdır. İşə əlavə olunmuş Yeni dövr qiymətləndirmə mərkəzinin 12 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, Tovuz rayonu İbrahim Hacılı kəndi 933.80 kv.m sahəsi olan qeyriyaşayış binasının bazar dəyəri 221.300 manat, likvid dəyəri 141.110 manat, avadanlıqlarla birlikdə bazar dəyəri 310.650 manat , avadanlıqlarla birlikdə likvid dəyəri 224.200 manat, Tovuz rayon İbrahim Hacılı kəndi 1746,40 kv.m sahəsi olan qeyri-yaşayış binasının bazar dəyəri 413.900 manat, likvid dəyəri 277.310 manat, avadanlıqlarla birlikdə bazar dəyəri 609.900 manat, avadanlıqlarla birlikdə likvid dəyəri 459.590 manat, Tovuz rayonu İbrahim Hacılı kəndi 527.20 kv.m sahəsi olan qeyri- yaşayış binasının bazar dəyəri 62.200 manat, likvid dəyəri 43.550 manat, avadanlıqlarla birlikdə bazar dəyəri 145.680 manat, avadanlıqlarla birlikdə likvid dəyəri 118.320 manat, Tovuz rayonu İbrahim Hacılı kəndi 63,80 kv.m sahəsi olan qeyri-yaşayış binasının bazar dəyəri 15.100 manat, likvid dəyəri 10.500 manat, avadanlıqlarla birlikdə bazar dəyəri 23.950 manat, avadanlıqlarla birlikdə likvid dəyəri 18.730 manat. Qiymətləndirilmiş avadanlıqların bazar dəyəri 382.680 manat və likvid dəyəri 353.020 manat təşkil edir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqavilələrinin qeyd olunmuş müddəaları baxımından Cavabdeh1MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının cavabdehlərə münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Bankla bağladıqları, kredit, zaminlik və ipoteka müqavilələrinin şərtlərini yerinə yetirmədiklərindən borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Məhkəmə qeyd edir ki, göründüyü kimi iddia tələbi bir neçə hissədən ibarətdir. Kreditin, ona hesablanmış faizlərin və cərimə məbləğinin ödənilməsi, tutmanın girov və ipoteka predmetinə yönəldilməsi, girov və ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaitinin borc məbləğlərinə ödənilməsi, həmçinin ipoteka və girov predmetlərinin açıq hərracda satıldıqdan sonra həmin əmlaklardan cavabdehlərin çıxarılması və hərracdan əldə olunan pul vəsaiti kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərin digər əmlakları və mal varlıqlarına yönəldilməsi. Məhkəmə öncə kreditin, ona hesablanmış faizlərin və cərimə məbləğinin ödənilməsi ilə bağlı hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, bank tərəfindən iddia ərizəsində göstərilən məbləğdə pulun verilməsi mübahisə predmeti deyildir. Mübahisə yalnız götürülmüş kredit məbləğinin qaytarılıb-qaytarılmaması ilə bağlıdır. Yəni, Cavabdeh1MMC iddia edir ki, götürülmüş kredit məbləğləri banka ödənilmişdir. Belə olduğu halda sübut etmə yükü həmin təşkilatın öz üzərinə düşür.Yəni, iddiaçı sübutetmə yükündən artıq azad edilmiş olur. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə prinsipinin əsasını, həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.(Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı) Göründüyü kimi Cavabdeh1MMC borcun ödənilməsini təsdiq edən yeganə sübuta, Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışa istinad etmişdir ki, məhkəmə həmin çıxarışda göstərilən məlumatları sübut növü kimi qəbul etmir. Belə ki, işdən görünür ki, verilmiş kredit vəsaitinin 483,000.00 manatı Cavabdeh1MMC-yə 05 dekabr 2013-cü ildə verilmişdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışda isə kreditin verilmə tarixi 18 dekabr 2013-cü il kimi göstərilmişdir. Bu da onu deməyə əsas verir ki, həmin məlumatlar bankın verdiyi məlumatlar əsasında toplanılmamışdır və mötəbərliyinə şübhələr vardır. Məhkəmə qeyd edir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası yanında Mərkəzləşdirilmiş Kredit Reyestri (AKR) xidmətinin məlumat bazası yeni yaradılmış "xxxx" MMC-yə ötürülmüşdür. Yəni, Azərbaycan Respublikasının 8 iyun 2021-ci il tarixli, №343- VİQD nömrəli Qanununa (Qanun) əsasən “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilmişdir. Həmin Qanunun 15-1-ci maddəsinə əsasən kredit ittifaqı hər bir borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir.Kredit ittifaqı tərəfindən borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Cavabdeh1MMC ilə hazırki iş üzrə iddiaçı arasında hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, MKR-in məlumatları yalnız bank nəzarəti, bankların və BOKTlərin kredit risklərinin azaldılması məqsədilə istifadə oluna bilər. Göründüyü kimi həmin dövrdə məlumatların MKR-ə ötürülməsi yalnız bank nəzarəti, bankların və BOKT-lərin kredit risklərinin azaldılması məqsədilə istifadə olunmuş, həmin məlumatlar borcalanın kredit borcunun olmamasını təsdiq edən sübut kimi çıxış edə bilməzdi. Məhz kredit təşkilatlarında sağlam kreditləşmə və məsuliyyətli borclanma, kreditlər üzrə məlumat paylaşması ilə bağlı əlverişli normativ çərçivənin yaradılması və özəl kredit hesabatlığı sahəsində sağlam komponentlərin formalaşdırılması, kredit təşkilatlarında risk idarəetmə siyasətlərinin və qərar qəbuletmə proseslərinin gücləndirilməsi məqsədilə qanunvericilkdə dəyişikliklər edilərək borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası təkmilləşdirilmiş və bu məlumatların verilməsi bankların vəzifələrinə çevrilmişdir.Ona görə də məhkəmə hesab edir ki, kredit verildiyi illərdə bankların borc alan barədə məlumatları mərkəzləşdirilmiş kredit reyystrinə xidmətinə verməsi imperativ qaydada müəyyən edilmədiyindən, banklar qeyd edilən normanı öz hüquqları kimi realizə etmişlər. Ona görə də məhkəmə Cavabdeh1MMC tərəfindən təqdim edilmiş mərkəzləşdirilmiş kredit reyestrində göstərilmiş məlumatları sübut kimi qəbul etmir. Bundan başqa da məhkəmə onu da qeyd edir ki, göründüyü kimi Cavabdeh1MMC hüquqi şəxs olaraq nağdsız qaydada bank hesabları vasitəsilə fəaliyyət göstərir. Nağdsız hesablaşma nağd puldan istifadə etmədən ödəniş sənədləri əsasında bank hesabları vasitəsilə həyata keçirilən ödənişdir. Ödəniş sənədi isə nağdsız hesablaşmaların aparılması üçün ödəyici və ya vəsait alan tərəfindən kağız və ya elektron daşıyıcılarda verilən sərəncamdır. Vəsait alan-xeyrinə nağdsız hesablaşma və ya pul köçürməsi həyata keçirilən şəxsdir. Pul köçürməsi - ödəyici və/və ya vəsait alanın adına bank hesabı açılmadan nağd pulun vəsait alanın xeyrinə köçürülməsi əməliyyatıdır. İstər Cavabdeh1MMC, istərsə də digər cavabdehlər yuxarıda göstərilən hansı qaydada pul köçürməsindən istifadə etdiklərini də sübut etməmişlər. Məhkəmə qeyd edir ki, nağdsız hesablaşmaların ödəniş tapşırıqları ilə hesablaşmalar; ödəniş tələbnamə-tapşırıqları ilə hesablaşmalar; inkasso sərəncamları ilə hesablaşmalar və .s formaları olduğu halda Cavabdeh1MMC nəyinki bu formalardan hər hansı biri ilə hesablaşaraq borcunu qaytardığını sübut edə bilməmiş, hətta bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə də belə öhdəliyini icra etdiyini sübut etməmişdir. Bundan başqa da mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışın mötəbərliyi qəbul edilsə belə, o zaman Cavabdeh1MMC-nin borcu belə tezliklə ödədiyi halda hansı səbəblərdən girov və ipoteka ilə yüklü edilmiş əmlakların yüklülükdən azad edilməsi ilə bağlı müraciətinin olmaması da sual doğuran amillərdəndir. İş materiallarından göründüyü kimi hazırki iş üzrə bir-neçə dəfə ekspertiza təyin edilsə də, bununla bağlı rəyin alınması mümkün olmamışdır. Məhkəmə bankların mülki dövriyyənin sabitliyini təmin etməklə bağlı böyük rolunun olmasını nəzərə alaraq həm prosessual qənaət prinsipi baxımından, həm də işdə olan sübutlar əsasında iddia tələbinə hüquqi qiymətin verilməsi mümkün olduğundan işin təkrar ekspertiza tədqiqatına göndərilməsini zəruri hesab etməmişdir. Belə ki, mübahisə kreditin və ona hesablanmış faizlərlə bağlı olmayaraq, borcun qaytarılması ilə bağlı olmuşdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləlikə məhkəmə bu qənaətə gəlir ki, iddiaçı kredit müqaviləsində nəzərdə tutulmuş qaydada öhdəliklərinə riayət edərək xx.xx.2013-cü il tarixli, 6-BİZ-1-0-101-13(Ə1) saylı kredit müqaviləsinə əsasən 483000 (dörd yüz səksən üç min) manat əsas borc, xx.xx.2014-cü il tarixli 6-BİZ-1-0-101-13(Ə2) saylı kredit müqaviləsinə əsasən 240230.59 (iki yüz qırx min iki yüz otuz manat əlli doqquz qəpik) manat məbləğində əsas borc, xx.xx.2014-cü il tarixli 6-BİZ-1-0-101-13(Ə3) saylı kredit müqaviləsinə əsasən 121303.49 (yüz iyirmi bir min üç yüz üç manat qırx doqquz qəpik) manat əsas borcu Cavabdeh1 MMC-yə, yəni onun direktoru Cavabdeh4 vermiş, onun tərəfindən isə kerditin banka qaytarılması təmin edilməmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 6-BİZ-1-0-101-13(Ə1) saylı kredit müqaviləsinə əsasən 483000 (dörd yüz səksən üç min) manat əsas borc, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 214904.28 (iki yüz on dörd min doqquz yüz dörd manat iyirmi səkkiz qəpik) manat məbləğində faiz borcu, 121957.01 (yüz iyirmi bir min doqquz yüz əlli yeddi manat 01 qəpik) manat məbləğində cərimə borcu və xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150688.05 (yüz əlli min altı yüz səksən səkkiz manat 05 qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 970549.34 (doqquz yüz yetmiş min beş yüz qırx doqquz manat otuz dörd qəpik) manat, xx.xx.2014-cü il tarixli 6-BİZ-1-0-101-13(Ə2) saylı kredit müqaviləsinə əsasən 240230.59 (iki yüz qırx min iki yüz otuz manat əlli doqquz qəpik) manat məbləğində əsas borc, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 187906.34 (yüz səksən yeddi min doqquz yüz altı manat otuz dörd qəpik) manat məbləğində faiz borcu, 80359.05 (səksən min üç yüz əlli doqquz manat 05 qəpik) manat məbləğində cərimə borcu və xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 66716.35 (altmış altı min yeddi yüz on altı manat otuz beş qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 575212.33 (beş yüz yetmiş beş min iki yüz on iki manat otuz üç qəpik) manat, xx.xx.2014-cü il tarixli 6-BİZ-1-0-101-13(Ə3) saylı kredit müqaviləsinə əsasən 121303.49 (yüz iyirmi bir min üç yüz üç manat qırx doqquz qəpik) manat əsas borc, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 71932.91 (yetmiş bir min doqquz yüz otuz iki manat doxsan bir qəpik) manat məbləğində faiz borcu, 110585.26 (yüz on min beş yüz səksən beş manat iyirmi altı qəpik) manat məbləğində cərimə borcu və xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 37845.1 (otuz yeddi min səkkiz yüz qırx beş manat on qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 341666.76 (üç yüz qırx bir min altı yüz altmış altı manat yetmiş altı qəpik) manat məbləğində borcu qalmışdır. Məhkəmə əsas və faiz borcuna münasibətdə iddiaçının tələbini əsaslı hesab edir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi Cavabdeh1 MMC əsas və faiz borcunu banka qaytardığını iddia etsə də, o bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bankın məhkəməyə təqdim etdiyi sübutlarla, yəni hesabdan çıxarış, maliyyə arayışları, ödəniş cədvəlləri ilə Cavabdeh1 MMC-nin banka iddia edilən məblığdə borcunun olması öz təsdiqini tapmışdır. Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.2-ci maddəsinə görə isə öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Qeyd edilən Məcəllənin 529.3-cü maddəsinə görə isə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 529.4-cü maddəsinə əsasən borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. Qeyd edilən Məcəllənin 529.5-ci maddəsinin tələblərinə görə borc vaxtaşırı, hissəhissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Göründüyü kimi cavabdehlər yuxarıdakı hər hansı qaydada borcunu ödədiyini təsdiq edən mötəbər sənədlər təqdim edə bilməmişlər. Məhkəmə hər üç kredit müqavilələri üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış əldən çıxmış faydaya dair də iddia tələbini əsaslı hesab edir. Belə ki, işin hallarından göründüyü kimi xx.xx.2013-cü il tarixli, 6-BİZ-1-0-101-13(Ə1) saylı kredit müqaviləsinə əsasən 483000 (dörd yüz səksən üç min) manat əsas borc, 214904.28 manat faiz borcu, xx.xx.2014-cü il tarixli 6-BİZ-1-0-101-13(Ə2) saylı kredit müqaviləsinə əsasən 240230.59 (iki yüz qırx min iki yüz otuz manat əlli doqquz qəpik) manat məbləğində əsas borc, 187906.34 manat faiz borcu, xx.xx.2014-cü il tarixli 6-BİZ-1-0-101- 13(Ə3) saylı kredit müqaviləsinə əsasən 121303.49 (yüz iyirmi bir min üç yüz üç manat qırx doqquz qəpik) manat əsas borc və 71932.91 manat faiz borcu ödənilmədən qalmışdır. "xxxx" İKB ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 6-BİZ-1- 0-101-13(Ə1) saylı kredit müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə 150688.05 (yüz əlli min altı yüz səksən səkkiz manat 05 qəpik) manat, xx.xx.2014-cü il tarixli 6-BİZ-1-0-101-13(Ə2) saylı kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə 66716.35 (altmış altı min yeddi yüz on altı manat otuz beş qəpik) manat, xx.xx.2014-cü il tarixli 6-BİZ-1-0-101-13(Ə3) saylı kredit müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə 37845.1 (otuz yeddi min səkkiz yüz qırx beş manat on qəpik) manat məbləğində əldən çıxmış fayda hesablanmışdır. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 6-BİZ-1-0-101-13(Ə1) saylı kredit müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə 150688.05 (yüz əlli min altı yüz səksən səkkiz manat 05 qəpik) manat, xx.xx.2014-cü il tarixli 6-BİZ-1-0-101-13(Ə2) saylı kredit müqaviləsinə əsasən xx.xx.2016cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə 66716.35 (altmış altı min yeddi yüz on altı manat otuz beş qəpik) manat, xx.xx.2014-cü il tarixli 6- BİZ-1-0-101-13(Ə3) saylı kredit müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2022ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə 37845.1 (otuz yeddi min səkkiz yüz qırx beş manat on qəpik) manat məbləğində əldən çıxmış fayda tələb etməkdə iddiaçı haqlı olmuşdur. Məhkəmə hesablanmış cərimə pulu ilə bağlı onu qeyd edir ki, iş materiallarından göründüyü kimi xx.xx.2013-cü il tarixli, 6-BİZ-1-0-101-13(Ə1) saylı kredit müqaviləsinə üzrə 124957.01 manat, xx.xx.2014-cü il tarixli 6-BİZ-1-0-101-13(Ə2) saylı kredit müqaviləsi üzrə 80359.05 manat və xx.xx.2014-cü il tarixli 6-BİZ-1-0-101-13(Ə3) saylı kredit müqaviləsi üzrə 110585.26 manat cərimə hesablanmışdır. Tələb olunan cərimə ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Lakin bununla yanaşı, həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafələri nəzərə alınır. Məhkəmə kreditorun əmlak mənafeyini nəzərə alaraq illik beş faiz hesablanmaqla əldən çıxmış fayda şəkilində tələbi təmin etmişdir. Hesab edir ki, tələbin qeyd edilən hissədə təmin edilməsi itirilımiş pul məbləğini kifayət qədər kompensasiya edir. Ona görə də məhkəmə tənasübsüz qaydada hesablanmış cərimə məbləğinin hər müqavilə üzrə 1000 manat, cəmi 3000(üç min) manat saxlanılmasını kreditorun əmlak və bütün əsaslı mənafelərinə uyğun hesab edir. xx.xx.2013-cü il tarixli 6-BİZ-1-0-101-13(Ə1) saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq X7 ilə xx.xx.2013-cü il tarixli, 6-BİZ-1-0-101-13 (Z1) saylı, xx.xx.2014-cü il tarixdə, 6-BİZ-1-0-101-13(Ə2) saylı Bərpa olunan kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh4 ilə xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(Z2) saylı və Cavabdeh3 ilə xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(Z3) saylı, xx.xx.2014-cü il tarixli, 6- BİZ-1-0-101-13(Ə3) saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh3 xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(Z4) saylı, Cavabdeh4 ilə xx.xx.2014-cü il tarixli, 6- BİZ-1-0-101-13(Z5) saylı və Naiqin-K "xxxx" MMC ilə xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0- 101-13(Z6) saylı zaminlik müqavilələri bağlanmış və onlar öhdəlik icra edilmədiyi təqdirdə borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər Mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan MM-in 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Sadalanan eyni hüquqi təyinatlı üsullar əsas müqavilələrdən irəli gəlir, mahiyyət və tətbiqi qaydalarına görə isə fərqlənirlər. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik MM-in 470- 477-ci maddələri ilə tənzimlənir. MM-in 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik ilə yalnız pul məbləğinin ödənilməsi öhdəliyi deyil, həmçinin malın verilməsi, işin yerinə yetirilməsi, xidmətin göstərilməsi, borclu tərəfindən müəyyən hərəkətləri etməmək öhdəliyi təmin edilə bilər. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Məhkəmə hesab edir ki, iddia tələbinin zaminlərə qarşı hissəsi də qanuni və əsaslı olduğundan tələb onlara aid hissədə də təmin edilməlidir. Beləlikə məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2013-cü il tarixli, 6-BİZ-1-0-101-13(Ə1) saylı kredit müqaviləsinə əsasən 483000 (dörd yüz səksən üç min) manat əsas borc, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 214904.28 (iki yüz on dörd min doqquz yüz dörd manat iyirmi səkkiz qəpik) manat məbləğində faiz borcu, 1000 (min) manat məbləğində cərimə borcu, xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150688.05 (yüz əlli min altı yüz səksən səkkiz manat 05 qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 849592.33 (səkkiz yüz qırx doqquz min beş yüz doxsan iki manat otuz üç qəpik) manat məbləğində borc Cavabdeh1 MMC-dən və Cavabdeh4, xx.xx.2014-cü il tarixli 6-BİZ-1-0- 101-13(Ə2) saylı kredit müqaviləsinə əsasən 240230.59 (iki yüz qırx min iki yüz otuz manat əlli doqquz qəpik) manat məbləğində əsas borc, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 187906.34 (yüz səksən yeddi min doqquz yüz altı manat otuz dörd qəpik) manat məbləğində faiz borcu, 1000 (min) manat məbləğində cərimə borcu, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 66716.35 (altmış altı min yeddi yüz on altı manat otuz beş qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 495853,28 (dörd yüz doxsan beş min səkkiz yüz əlli manat iyirmi səkkiz qəpik) manat məbləğində borc Cavabdeh1 MMC-dən, Cavabdeh4 və Cavabdeh3, xx.xx.2014-cü il tarixli 6-BİZ-1-0-101-13(Ə3) saylı kredit müqaviləsinə əsasən 121303.49 (yüz iyirmi bir min üç yüz üç manat qırx doqquz qəpik) manat əsas borc, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 71932.91 (yetmiş bir min doqquz yüz otuz iki manat doxsan bir qəpik ) manat məbləğində faiz borcu, 1000 (min) manat məbləğində cərimə borcu, xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 37845.1 (otuz yeddi min səkkiz yüz qırx beş manat on qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 232081,5 (iki yüz otuz iki min səksən bir manat beş qəpik) manat məbləğində borc Cavabdeh1 MMC-dən, Cavabdeh4, Cavabdeh3 və Naiqin-K "xxxx"MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissəsini də əsaslı hesab edir. Belə ki, “İpotekа hаqqındа” Qаnunun 1.0.6-cı mаddəsinə görə ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qаnunun 34.1.1-ci mаddəsinə görə ipotekа predmetinə tutmаnın yönəldilməsi hüququnun əsаslаrındаn biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsidir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 317.1-ci mаddəsinə görə əgər borclu təminаt vаsitəsi ipotekа olаn tələbin ödənilməsini ləngidirsə, ipotekа sаxlаyаn dаşınmаz əşyаnın sаtılmаsını tələb edə bilər. “İpotekа hаqqındа” Azərbаycаn Respublikаsı Qаnununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsaasında qeydə alınmalıdır. Həmin Qanunun 39.3.3-cü mаddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Qeyd edilən Qanunun 41.2-ci maddəsinə görə isə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 319.2-ci maddəsinə görə isə ipoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. Razılıqda həmçinin nəzərdə tutula bilər ki, ipoteka predmeti borclunun borclarının tam hesablanması şərtilə bazar qiymətinə satılsın və (və ya) satış zamanı ipoteka predmeti olmuş mənzili (yaşayış sahəsini) əldə edən şəxs qarşısında gələcəkdə borcluya və onun ailə üzvlərinə həmin mənzilin (yaşayış sahəsinin) kirayəçisi olmaq hüququ verən şərt qoyulsun. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Tovuz rayonu İbrahim Hacılı kəndi 933.80 kv.m sahəsi olan qeyri-yaşayış binasının bazar dəyəri 221.300 manat, likvid dəyəri 141.110 manat, avadanlıqlarla birlikdə bazar dəyəri 310.650 manat, avadanlıqlarla birlikdə likvid dəyəri 224.200 manat, Tovuz rayon İbrahim Hacılı kəndi 1746,40 kv.m sahəsi olan qeyri-yaşayış binasının bazar dəyəri 413.900 manat, likvid dəyəri 277.310 manat, avadanlıqlarla birlikdə bazar dəyəri 609.900 manat, avadanlıqlarla birlikdə likvid dəyəri 459.590 manat, Tovuz rayonu İbrahim Hacılı kəndi 527.20 kv.m sahəsi olan qeyri- yaşayış binasının bazar dəyəri 62.200 manat, likvid dəyəri 43.550 manat, avadanlıqlarla birlikdə bazar dəyəri 145.680 manat, avadanlıqlarla birlikdə likvid dəyəri 118.320 manat, Tovuz rayonu İbrahim Hacılı kəndi 63,80 kv.m sahəsi olan qeyri-yaşayış binasının bazar dəyəri 15.100 manat, likvid dəyəri 10.500 manat, avadanlıqlarla birlikdə bazar dəyəri 23.950 manat, avadanlıqlarla birlikdə likvid dəyəri 18.730 manat. Qiymətləndirilmiş avadanlıqların bazar dəyəri 382.680 manat və likvid dəyəri 353.020 manat təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan avadanlıqlar həm də girov predmeti olduğundan ipoteka predmetinin ilkin satış qiyməti avadanlıqlar nəzərə alınmadan müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Tovuz rayonu İbrahim Hacılı kəndi 933.80 kv.m sahəsi olan qeyri-yaşayış binasının likvid dəyəri 141.110 manat, Tovuz rayon İbrahim Hacılı kəndi 1746,40 kv.m sahəsi olan qeyri-yaşayış binasının likvid dəyəri 277.310 manat, Tovuz rayonu İbrahim Hacılı kəndi 527.20 kv.m sahəsi olan qeyri- yaşayış binasının likvid dəyəri 43.550 manat və Tovuz rayonu İbrahim Hacılı kəndi 63,80 kv.m sahəsi olan qeyri-yaşayış binasının likvid dəyəri 10.500 manat müəyyən edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, tutma həmin əmlaklara yönəldilərək qeyd edilən əmlaklar açıq hərracda satılmalı və İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 6-BİZ-1-0-101-13 (Ə1)nömrəli kredit müqaviləsi, xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13 (Ə2)nömrəli kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(Ə3) nömrəli kredit müqaviləsi üzrə yaranmış, cəmi 1577527.11(bir milyon beş yüz yetmiş yeddi min beş yüz iyirmi yeddi manat on bir qəpik) manat borc satışdan əldə edilmiş pul vəsaiti hesabına ödənilməlidir. Məhkəmə borcun girov qoyulmuş əşyalar hesabına ödənilməsinə dair hissəni də qismən əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Naiqin-K "xxxx"MMC ilə "xxxx"İKB arasında bağlanılmış xx.xx.2013-cü il tarixli, 6-BİZ-1-0-101- 13/1(G)saylı girov müqaviləsinə əsasən adları müqaviləyə əlavə № 1-də qeyd edilən əsas vəsaitlər və xx.xx.2014-cü il tarixli 6-BİZ-1-0-101-13(G5) saylı girov müqaviləsinə sasən adları müqaviləyə əlavə № 1-də qeyd olunnan maşın və avadanlıqlar girov qoyulmuşdur. Məhkəmə hesab edir ki, həmin vəsaitlər, maşın və avadanlıqlar da açıq hərracda satılmalı və satışdan əldə edilmiş pul vəsaiti hesabına 1577527.11(bir milyon beş yüz yetmiş yeddi min beş yüz iyirmi yeddi manat on bir qəpik) manat borc İddiaçı ASC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmə hesab edir ki, tərəflər arasında girov müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, tutma girov predmeti olan əmlaklara yönədilməlidir. Məhkəmə girov predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə satılmasına və satışdan əladə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərin digər əmlaklarına yönəldilməsi hissəsini əsaslı hesab etmir. Belə ki, Mülki Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın realizə edilməsi (satılması) girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. İcra haqqında Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Odur ki, iddia tələbinin həmin hissəsi icra qaydasında həyata keçirilməli olduğundan tələb həmin hissədə təmin edilə bilməz. Bundan başqa da cavabdehlərin əmlakları borcun ödənilməsi üçün yetərli olmadığı halda borcun onların qalan vəsaitləri hesabına tutulmasına dair hissəni də məhkəmə əsaslı hesab etmir. Əvvəla iddiaçı belə bir vəsait barədə sübut təqdim etməmişdir. Əlavə olaraq onu da məhkəmə qeyd edir ki, götürülmüş kreditə mütənasib olaraq əşyalar ipoteka və ya girov qaydasında yüklü edilmişdir. Yəni kredit təminatlı kredit olduğundan əlavə vəsait hesabına ödənilməsi mümkün deyildir. Həmin əmlaklar cavabdehlərin təqsirli hərəkətləri nəticəsində məhv edildiyi və yaxud sair şəkildə sıradan çıxdığı halda iddiaçının dəymiş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnun olması istisna edilmir. Məhkəmə ipoteka predmetlərinin açıq hərracda satıldıqdan sonra cavabdehlərin çıxarılmasına dair hissəsini də əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:

1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya

2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutalaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş əmlaklara tutma yönəldildikdən sonra həmin əmlaklar 1 ay ərzində cavabdehlər tərəfindən boşaldılmalı, əks təqdirdə cavabdehlər məcburi qaydada qeyri-yaşayış sahəsindən çıxarılmalıdırlar. Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinin tələbinə görə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2.ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişdirsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2013-cü il tarixli, 6-BİZ-1-0-101-13(Ə1) saylı kredit müqaviləsinə əsasən 483000 (dörd yüz səksən üç min) manat əsas borc, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 214904.28 (iki yüz on dörd min doqquz yüz dörd manat iyirmi səkkiz qəpik) manat məbləğində faiz borcu, 1000 (min) manat məbləğində cərimə borcu, xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150688.05 (yüz əlli min altı yüz səksən səkkiz manat 05 qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 849592.33 (səkkiz yüz qırx doqquz min beş yüz doxsan iki manat otuz üç qəpik) manat məbləğində borc Cavabdeh1 MMC-dən və Cavabdeh4 müştərək qaydada, xx.xx.2014-cü il tarixli 6-BİZ-1-0-101-13(Ə2) saylı kredit müqaviləsinə əsasən 240230.59 (iki yüz qırx min iki yüz otuz manat əlli doqquz qəpik) manat məbləğində əsas borc, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 187906.34 (yüz səksən yeddi min doqquz yüz altı manat otuz dörd qəpik) manat məbləğində faiz borcu, 1000 (min) manat məbləğində cərimə borcu, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 66716.35 (altmış altı min yeddi yüz on altı manat otuz beş qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 495853,28 (dörd yüz doxsan beş min səkkiz yüz əlli manat iyirmi səkkiz qəpik) manat məbləğində borc Cavabdeh1 MMC-dən, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada, xx.xx.2014-cü il tarixli 6-BİZ-1-0-101-13(Ə3) saylı kredit müqaviləsinə əsasən 121303.49 (yüz iyirmi bir min üç yüz üç manat qırx doqquz qəpik) manat əsas borc, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 71932.91 (yetmiş bir min doqquz yüz otuz iki manat doxsan bir qəpik ) manat məbləğində faiz borcu, 1000 (min) manat məbləğində cərimə borcu, xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 37845.1 (otuz yeddi min səkkiz yüz qırx beş manat on qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 232081,5 (iki yüz otuz iki min səksən bir manat əlli qəpik) manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh1 MMC-dən, Cavabdeh4, Cavabdeh3 və Naiqin-K "xxxx"MMC-dən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb Naiqin K ”Tovuz Baltiya” MMC-yə məxsus Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən 933.80 kv.m sahəsi olan qeyri-yaşayış binası(alkaqollu içkilərin süzülməsi və doldurulması sexi), Tovuz rayon İbrahim Hacılı kəndində yerləşən 1746,40 kv.m sahəsi olan qeyri-yaşayış binası(un kombinatı), Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən 527.20 kv.m sahəsi olan qeyri-yaşayış binası(ilkin emal sexi) və Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən 63,80 kv.m sahəsi olan qeyri-yaşayış binasına(spirt çəkmə sexi) yönəldilsin. Tələb həmçinin girov predmeti olan aşağıdakı əşya və avadanlıqlara yönəldilsin: 2002-ci il buraxılışlı 1 ədəd şərab süzmə sexi, 1995-ci il buraxılışlı 1 ədəd spirt saxlama sexi, 2001-ci ildə inşa edilmiş 1 ədəd qazanxana binası, 1996-cı ildə inşa edilmiş 1 ədəd ehtiyat hissələri anbarı, 1998-ci ildə inşa edilmiş keçid binası, 1997-ci il buraxılışlı 47 ədəd emal çənləri, 1995-ci ildə inşa edilmiş 1 ədəd taxta anbar, 1996-cı il buraxılışlı miqdarı 1700 olan daş hasar, 1995-ci ildə inşa edilmiş 1 ədəd qonaq evi, 2001-ci il buraxılışlı 1 ədəd butulka yuyan, 1994-cü ildə inşa edilmiş 1 quraşdırma ambarı, 2001-ci il buraxılışlı 1 ədəd alkoqollu içki çəkən sex, 1998-ci il buraxılışlı 1 ədəd üzüm emal sexi, 2001-ci il buraxılışlı 1 ədəd şərab süzmə sexi binası, 1996-cı il buraxılışlı 1 ədəd gözətçi butkası, 2004-cü ildə inşa edilmiş 1 ədəd hamam və tualet binası, 2004-cü ildə inşa edilmiş 1 ədəd nəzarətçi postu, 2008-ci il buraxılışlı 8 ədəd çən və avadanlıqlar, 1997-ci il buraxılışlı 2 ədəd yanacaq çənləri, 1996-cı il il buraxılışlı 2 ədəd katyol, 2001-ci il buraxılışlı 1 ədəd spirt çəkən sex, 2001-ci il buraxılışlı 1 ədəd spirt çəkən (düzəlmə), 2001-ci il buraxılışlı 1 ədəd spirt çəkən sex, 2001-ci il buraxılışlı 1 ədəd spirt çəkən sex (avadanlığı), 2004-cü ildə inşa edilmiş 250 metr uzunluqda dəmir hasar, 1995-ci il buraxılışlı 2,5 km uzunluğnda xarici işıqlandırma xətti, 1997-ci il buraxılışlı 1 ədəd D-200 markalı dizel işıqlanma generatoru, 1997-ci il buraxılışlı 1 ədəd işıq generatoru Dt-124, 1994-cü il buraxılışlı 1 ədəd işıq generatoru, 1994-cü il buraxılışlı 1 ədəd transfarmator, 2001-ci il buraxılışlı 1 ədəd kompressor, 1993-cü ildə inşa edilmiş 250 metr uzunluğunda su xətti, 1997-ci il buraxılışlı 1 ədəd qapan tərəzi, 1995-ci il buraxılışlı 4 ədəd qapan tərəzi, 1993-cü il buraxılışlı 1 ədəd yükləyici QTX-0,5, 2002-cı il buraxılışlı 1 ədəd kimyəvi analiz laboratoriyası, 2012-ci il buraxılışlı 1 ədəd kompyuter, 1995-ci il buraxılışlı 4 ədəd elektrik qızdırıcısı, 1995-ci ildə alınmış 2 ədəd divan-kreslo, 1995-ci ildə alınmış 2 ədəd elit mebel, 1994-cü il buraxılışlı 1 ədəd ofis telefaksı, 1995-ci il buraxılışlı 2 ədəd ofis üzçıxaranı, 1995-ci ildə alınmış 3 ədəd ofis jurnal stolu, 2012-ci il buraxılışlı 2 ədəd ofis printeri, 1995ci il buraxılışlı 4 ədəd ofis üçün yanmayan seyf, 1995-ci il buraxılışlı 3 ədəd dəmir seyf, 1995-ci il buraxılışlı 4 ədəd komputer stolu, 1995-ci il buraxılışlı 2 ədəd ofis kreslosu admiralı, 1995-ci il buraxılışlı 3 ədəd ofis üçün elektrik peçi, 1995-ci il buraxılışlı 6 ədəd ofis penlandina, 1995-ci il buraxılışlı 4 ədəd ofis şkafı-İvb, 1995-ci il buraxılışlı 4 ofis şkafıiv 2B, 2002-ci il buraxılışlı 1 ədəd kondisoner, 1994-cü il buraxılışlı 2 ədəd soyuduçu, 1984-cü il buraxılışlı, ВЪШ -30Д markal 1 ədəd üzüm qəbulu üçün bunker, 1984-cü il buraxılışlı 2 ədəd, ЦДГ -20 markal mərkəzdən qacma üyütmə aparatı, 1984-cü il buraxılışlı 5 ədəd ПМН-28 markalı porşenli nasos, 1984-cü il buraxılışlı ВСН-20 markalı 2 ədəd stekatel, 1986-cı il buraxılışlı 1 ədəd Б2-ВПО-30 markalı press, 1986-cı il buraxılışlı ВПО- 30 markal 2 ədəd press, 1988-ci il buraxılışlı ВТВ-20 markal 3 ədəd transporter (skrepkovıy), 1988-ci il buraxılışlı ВТВ-20 markal 2 ədəd transporter (lentovoy), 1990-cı il buraxılışlı AO-514 markal 2 ədəd filtr pressi, 1998-cı il buraxılışlı Н-21 markalı 6 ədəd porşenli nasos, 2000-ci il buraxılışlı вчн-40 markal 8 ədəd məkkəzdən qacma nasosu, 1999-cu il buraxılışlı Н0ГШ-450 markalı 1 ədəd seperator, 1999-cu il buraxılışlı Н0ГШ-251 markal 1 ədəd separator, 1990-cı buraxılışlı AB4-700 markalı 2 ədəd 7,5-lik emal çəni, 1995-ci il buraxılışlı 44ДБС-5 markalı 1 ədəd köynəkli 5 tonluq çən, 1998-ci il buraxılışlı Н4С-100 markalı 1 ədəd separator üçün çən, 1985-ci buraxılışlı Б4-2500 markalı 14 ədəd 25 tonluq qıcqırma üçün emal çəni, 1968-ci il buraxılışlı Uİ52/68 markalı 1 ədəd velox, 1996-cı il buraxılışlı С14/4 markalı 1 ədəd Gadoolpa, 1990-cı il buraxılışlı 0Р6 markalı 1 ədəd ПШEMAШ, 1996-cı il buraxılışlı 3 ədəd С144 markalı filtrpres, 1998-ci il buraxılışlı ФК-1000 markalı 2 ədəd suyun codluğunu almaq üçün 4 tonluq sulfa uqol regenaratoru, 1998-ci il buraxılışlı ФБ0В0С AY-1500 markalı 4 ədəd araq çəkmək üçün regenatorlar, 1998-ci il buraxılışlı ПФ-200 markalı 8 ədəd qum filteri, 1998-ci il buraxılışlı AYK -1600 markalı 1 ədəd regenirator, 1985-ci il buraxılışlı KT0BMA markalı 1 ədəd 750 litrlik mernik, 787-M markal 1985-ci il buraxılışlı 1 ədəd 2500 litrlik mernik, 1998-ci il buraxılışlı CP 36-0 markalı 1 ədəd duzlaşdırılmış maye üçün 2130 litrlik titandan çən, 1998-ci il buraxılışlı BCE-200 markalı 1 ədəd 1820 litrlik araq üçün sortlaşdırma çəni, 1998-ci il buraxılışlı BCC-200 markal 3 ədəd araq üçün 1790 litrlik sortlaşdırma çəni, 1998-ci il buraxılışlı P4- 700 markalı 1 ədəd yumuşaldılmış 6800 litirlik su üçün qəbul çəni, 1998-ci il buraxılışlı BP4-500 markalı 1 ədəd 4350 litrlik araq üçün qəbul çəni, 1998-ci il buraxılışlı BP4-500 markal 1 ədəd araq üçün 4490 litrlik qəbul çəni, 1998-ci il buraxılışlı BP4-200 markalı 1 ədəd araq üçün 4530 litrlik qəbul çəni, 1998-ci il buraxılışlı BP4-200 markalı 2 ədəd araq üçün 1800 litrlik qəbul çəni,1998-ci il buraxılışlı BH4-200 markalı 5 ədəd 1800 litrlik araq üçün təzyiq çəni, 1981-ci il buraxılışlı Б6-0MД-3 markalı 1 ədəd butulka yuyan maşın, 1985-ci il buraxılışlı BAP-6 markalı 2 ədəd 6 seksiyalı 6000 kub/saatlıq süzmə xətti, 1988ci il buraxılışlı PAГ-12 markalı 1 ədəd süzmə aparatı, 2002-ci il buraxılışlı PP 200 markalı 1 ədəd paketlərə süzmək üçün aparat, 1999-cu il buraxılışlı ЛKE-6 AT markal 2 ədəd spirt çəkmə sexi üçün lankaşır tipli soba, 1990-cı il buraxılışlı PAПД -1000 markalı 1 ədəd şaran tipli spirt çəkmə aparatı, 1992-ci il buraxılışlı 1 ədəd Rullier-2503 markalı tam avtomatlaşdırılmış qablaşdırma-montaj xətti, 52 ədəd şərabın saxlanması üçün çənlər, 2700 ədəd palıd boçkaları, 1991-ci il buraxılışlı Aİ-63-2H markalı 2 ədəd üyütmə aparatı, 1993-cü il buraxılışlı 3M22560 markalı 6 ədəd üyütmə aparatı, 4 ədəd separator, 5 ədəd ələk, 6-BİZ-1-0-101-13/1(G5) nömrəli girov müqaviləsinə 1 nömrəli əlavədə göstərilən maşın və avadanlıqlardan 1997-ci il buraxılışlı 47 ədəd emal çənləri, 2001-ci il buraxılışlı 1 ədəd butulka yuyan, 1994-cü il buraxılışlı 1 ədəd quraşdırma anbarı, 2008-ci il buraxılışlı 8 ədəd çən və avadanlıqlar, 1997-ci il buraxılışlı 2 ədəd yanacaq çənləri, 1996-cı il buraxılışlı 2 ədəd katyol, 2001-ci il buraxılışlı 1 ədəd spirt çəkən (düzəlmə), 2001-ci il buraxılışlı 1 ədəd spirt çəkən sex, 2001-ci il buraxılışlı 1 ədəd spirt çəkən sex (avadanlığı), 1997-ci il buraxılışlı 1 ədəd D-200 markalı dizel işıqlanma generatoru, 1997-ci il buraxılışlı 1 ədəd Dt-124 markalı işıq generatoru, 1994-cü il buraxılışlı 1 ədəd işıq generatoru, 1994-cü il buraxılışlı transformator, 2001-ci buraxılışlı 1 ədəd kompressor, 1997-ci il buraxılışlı 1 ədəd qapan tərəzi, 1995-ci il buraxılışlı 4 ədəd qapan tərəzi, 1993-cü il buraxılışlı 1 ədəd yükləyici QTX-0,5, 1984-cü il buraxılışlı BЪШ-30Д markalı 1 ədəd üzüm qəbulu üçün bunker, 1984-cü il buraxılışlı ЦДГ-20 markalı 2 ədəd mərkəzdən qaçma üyütmə aparatı, 1984-cü il buraxılışlı ПMH-28 markalı 5 ədəd porşenli nasos, 1984-cü il buraxılışlı BCH - 20 markalı 2 ədəd stekatel, 1986-cı il buraxılışlı Б2-BП0-30 markal 1 ədəd press, 1986-cı il buraxılışlı BП0-30 markalı 2 ədəd press, 1988-ci il buraxılışlı BTB-20 markalı 3 ədəd transporter (skrepkovıy), 1988-ci il buraxılışlı BTB-20 markal 2 ədəd transporter (lentovıy), 1990-cı il buraxılışlı AO-514 markal 2 ədəd filtr press, 1998-ci il buraxılışlı H-21 markal 6 ədəd porşenli nasos, 2000-ci il buraxılışlı BЧH-40 markal 8 ədəd mərkəzdən qaçma nasosu , 1999-cu il buraxılışlı HOГШ-450 markal 3 ədəd separator, 1999-cu il buraxılışlı HOГШ-251 markal 1 ədəd separator, 1990-cİ il buraxılışlı AB4-700 markalı 2 ədəd emal çən 7,5, 1995-ci il buraxılışlı 44ДБС-5 markal 2 ЭВЭВ köynəkli 5 tonluq çən , 1998-ci il buraxılışlı H4C-100 markal 1 ədəd separator üçün çən 1 niyy, 1985-ci il buraxılışlı Б4-2500 markal 14 ədəd qıcqırma üçün çən, 1968-ci il buraxılışlı U152/68 markal 1 ədəd VELOX, 1996-cı il buraxılışlı C14/4 markal 1 ədəd Gadoolpa, 1990-cı il buraxılışlı 1 ədəd OP6 markal ПNШEMAЩ, 1966-cı il buraxılışlı Cadalpe C 14/4 markalı 3 ədəd filtrpress, 1988-ci il buraxılışlı ФЛ-1000 markalı 2 ədəd suyun codluğunu almaq üçün sulfa uqol regeneratoru 4 tonluq, 1988-ci il buraxılışlı фб0всс ay-1500 markalı 4 ədəd araq çəkmək üçün regeneratorlar, 1988-ci il buraxılışlı пф-200 markal 8 ədəd qum filteri, 1988-ci il buraxılışlı 1AYK-1600 markalı 1 ədəd regenerator, 1985-ci il buraxılışlı K7-BMA markalı 1 ədəd mernik 750 litrlik, 1985-ci il burxılışlı 787-M markalı 1 ədəd Mernik 2500 litr, 1998-ci il buraxılışlı CP-30-0 markalı 1 ədəd duzlaşdırılmış maye üçün çən 2130 litirlik, 1998-ci il buraxılışlı BCE-200 markalı 1 ədəd araq üçün sortlaşdırma çəni 1820 litirlik, 1998-ci il buraxılışlı BCC-200 markalı 3 ədəd araq üçün sortlaşdırma çəni 1790 litirlik, 1998-ci il buraxılışlı P4-700 markalı 1 ədəd yumşaldılmış su üçün qəbul çəni 6800 litrlik, 1998-ci il buraxılışlı BP4-500 markalı 1 ədəd araq üçün qəbul çəni 4350 litrlik, 1998-ci il buraxılışlı BP4-500 markalı 1 ədəd araq üçün qəbul çəni 4490 litirlik, 1998-ci il buraxılışlı BP4-200 markalı 1 ədəd araq üçün qəbul çəni 4530 litirlik,1998-ci il buraxılışlı BP4-200 markalı 2 ədəd araq üçün qəbul çəni 1820 litrlik, 1998-ci il buraxılışlı BP4-200 markalı 5 ədəd araq üçün qəbul çəni 1800 litirlik, 1981-ci il buraxılışlı Б6-0MД-3 markalı 1 ədəd butulka yuyan maşın, 1985-ci il buraxılışlı BAP-6 makalı 2 ədəd 6 seksiyalı süzmə xətti 6000 volt/saat, 1988-ci il buraxılışlı PAГ-12 markal 1 ədəd süzmə aparatı, 2002-ci il buraxılışlı PP200 markalı 1 ədəd paketlərə süzmək üçün aparat, 1999-cu il buraxılışlı ЛKE-6 AT markal 2 ədəd spirtçəkmə sexi üçün Lankaşir tipli soba, 1990-cı il buraxılışlı PAПД-1000 markalı 1 ədəd şaran tipli spirt çəkmə aparatı, 1992-ci il buraxılışlı Rullier-2503 markalı 1 ədəd avtomatlaşdırılmış süzmə xətti, 52 ədəd şərabın saxlanması üçün çənlər, 2700 ədəd palıd boçkalar, 1991-ci il buraxılışlı Aİ-Б3-2H 2 ədəd uyütmə aparatı, 1993-ci il buraxılışlı 3m22560 markalı 6 ədəd uyütmə aparatı, 4 ədəd separator və 5 ədəd ələk. Naiqin K ”Tovuz Baltiya” MMC-yə məxsus Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən sahəsi 933.80 kv.m olan qeyri-yaşayış binasının(alkaqollu içkilərin süzülməsi və doldurulması sexi) ilkin satış qiyməti 141.110 manat, Tovuz rayon İbrahim Hacılı kəndində yerləşən sahəsi 1746,40 kv.m olan qeyri-yaşayış binasının(un kombinatı) ilkin satış qiyməti 277.310 manat, Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən sahəsi 527.20 kv.m olan qeyri- yaşayış binasının (ilkin emal sexi) ilkin satış qiyməti 43.550 manat və Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən sahəsi 63,80 kv.m olan qeyri-yaşayış binasının(spirt çəkmə sexi) ilkin satış qiyməti 10.500 manat müəyyən edilməklə açıq hərracda satılsın. İpoteka qoyulmuş Naiqin K ”Tovuz Baltiya” MMC-yə məxsus Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən sahəsi 933.80 kv.m olan qeyri-yaşayış binasına (alkaqollu içkilərin süzülməsi və doldurulması sexi), Tovuz rayon İbrahim Hacılı kəndində yerləşən sahəsi 1746,40 kv.m olan qeyri-yaşayış binasına (un kombinatı), Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən sahəsi 527.20 kv.m olan qeyri- yaşayış binasına (ilkin emal sexi) və Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən sahəsi 63,80 kv.m olan qeyri-yaşayış binasına tutma yönəldikdən və satıldıqdan sonra həmin qeyri-yaşayış binaları boşaldılsın. İpoteka və girov predmetlərinin satışından əldə edilən ümumi vəsait hesabına İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 6-BİZ-1-0- 101-13 (Ə1)nömrəli kredit müqaviləsi, xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13 (Ə2)nömrəli kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-101-13(Ə3) nömrəli kredit müqaviləsi üzrə yaranmış, cəmi 1577527.11 (bir milyon beş yüz yetmiş yeddi min beş yüz iyirmi yeddi manat on bir qəpik) manat borc və 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar