Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-614/2024 28.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölümün qeydə alınması faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə Tovuz şəhərində 28 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mərhum qızı X2 03 dekabr 2015-ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində ölməsinin qeydə alınması faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək verdiyi ifadəsində göstərdi ki, X5 ilə 07 may 2014-cü ildə evlənib ailə həyatı qurmuşlar. Birgə nikahlarından 02 noyabr 2015-ci ildə Selcan adlı uşaqları anadan olmuşdur. Selcan adlı uşaq 03 dekabr 2015-ci ildə vəfat etmişdir. Uşaq doğulduğu vaxtdan xəstə olmuş, hirdosefaliya olmuşdur. Aşağı Quşçu kənd qəbirstanlığında dəfn olunmuşdur. Selcan adlı uşaq vəfat etdikdən sonra onun adına ölüm akt qeydi aparılmamışdır. Hazırda onun ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, şəhadətnamə verməkdən imtina edilmişdir. Odur ki, X2 03 dekabr 2015-ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində ölməsinin qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Onun qızı 2015-ci ildə anadan olmuşdur, uşaq çox yaşamamışdır. 2015-ci ildə ölmüşdür. Yasda onlar da iştirak etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X1 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Onun qızı 2015-ci ildə anadan olmuşdur, uşaq çox yaşamamışdır. 2015-ci ildə ölmüşdür. Yasda onlar da iştirak etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X6 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun qızıdır. Onun nəvəsi 2015-ci ildə anadan olmuşdur, uşaq çox yaşamamışdır. 2015-ci ildə ölmüşdür. Yas onun evində olmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş imtina məktubundan görünür ki, X2 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşə əlavə olunmuş Tovuz rayon İHB-nin Aşağı Quşçu kənd İƏD üzrə nümayəndəliyinin məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, X4 03 dekabr 2015-ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində ölmüş və kənd qəbirstanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, X5 ilə Ərizəçi evlənib ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından 02 noyabr 2015-ci ildə Selcan adlı uşaqları anadan olmuşdur. Selcan adlı uşaq 03 dekabr 2015-ci ildə vəfat etmişdir. Uşaq xəstə olmuşdur. Aşağı Quşçu kənd qəbirstanlığında dəfn olunmuşdur. Selcan adlı uşaq vəfat etdikdən sonra onun adına ölüm akt qeydi aparılmamışdır. Hazırda ərizəçi qızının ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, şəhadətnamə verməkdən imtina edilmişdir. Belə ki, X2 ölümünün qeydə alınması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, ərizəçinin qızının ölümü qeydə alınmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyil və onun göstərilən tarixdə ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 02 noyabr 2015-ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmuş X2 03 dekabr 2015-ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-614/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-614/2024
28.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver