Məhkəmə qərarları › İş №2(062)-642/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-642/2024

17.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-642/2024 17.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəmədə Maraqlı şəxs qarşı ərizə ilə müraciət edərək Maraqlı şəxs ilə aralarında bağlanmış mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə onun birgə nikahlarından 22 mart 2016-cı ildə Nihad adlı uşaqları olmuşdur. Onlar mediasiya sessiyasında 30 may 2023-cü ildə barışıq sazişi bağlamışlar. Barışıq sazişinə əsasən Maraqlı şəxs ona hər ay 160 manat aliment ödənilməsi ilə razılığa gəlmişlər. Buna baxmayaraq Təbriz alimenti ödəmir. Ona görə də, Maraqlı şəxs ilə aralarında bağlanmış mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə Maraqlı şəxs məhkəmə iclası barədə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxs X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Surəti işə əlavə olunmuş Barışıq sazişindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Maraqlı şəxs alınan aliment məbləği 40 manat artırılaraq 160 manat alimentin hər ayın 1-dən gec olmayaraq ödənilməsi barədə razılığa gəlmişlər. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, uşaq ərizəçinin yanındadır. Ərizəçi Maraqlı şəxs aliment tələb etmiş, tərəflər arasında 30 may 2023-cü ildə mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış, saziş mediator tərəfindən təsdiq olunmuşdur. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir:

1. Birgə nikahlarından xx.xx.2016-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs alınan aliment məbləği 40 manat artırılaraq 160 manat alimenti hər ayın 1-dən gec olmayaraq Ərizəçi verməyi öhdəsinə götürmüşdür. Barışıq sazişi hal-hazırda qüvvədədir. “Mediasiya haqqında”Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Üçüncü şəxslərin mənafeyinə toxunmur. İddiaçının izahatı ilə məlum olur ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyib, alimentin məbləğini könüllü olaraq iddiaçıya ödəmir. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 30 may 2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişi alimentin ödənilməsinə aid hissəsi tam olaraq qanuna müvafiq olduğundan həmin hissə təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış tərəflərin birgə yaşayışlarından xx.xx.2016-ci il ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay bir uşağa görə 160 (yüz altmış) manat alimentin alınıb Ərizəçi verilməsinə dair 30 may 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və məcburi icraya yönəldilsin. 30 may 2023-cü il tarixdən başlayaraq aliment ödənilməsi həyata keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar