Məhkəmə qərarları › İş №2(062)-649/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-649/2023

20.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-649/2023 20.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, arvadı X2 və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «miras mülkdən payın müəyyən olunması» tələbinə dair mülki işə Tovuz şəhərində 20 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq X1 miras qalmış Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən pay, həyətyanı torpaq sahəsindən, fərdi yaşayış evindən və minik avtomobilindən payının müəyyən olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, arvadı X4 təmsil etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, arvadı X4 ərizəni müdafiə edərək izahatında göstərdi ki, X7 ilə Cavabdeh1 xx.xx.1973-cü ildə evlənmişlər. Birgə nikahlarından Sərdar və Ləman adlı uşaqları anadan olmuşdur. Tovuz rayon AİK-nin 23 dekabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə X6 və ailə üzvlərinə 0,60 ha kənd təsərrüfat təyinatlı və 0,14 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsi JN 517 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə və həyətyanı torpaq sahəsi isə JN 565A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə dövlət reyestrində qeydiyyata alınmışdır. Dövlət Aktında və Şəhadətnamədə mərhum X5 və ailə üzvlərinin adları qeyd edilmişdir. Vaqif Əliyev 20 dekabr 2020-ci ildə vəfat etmişdir. Odur ki, X1 miras qalmış Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən pay və həyətyanı torpaq sahəsindən, fərdi yaşayış evindən və minik avtomobilindən İddiaçı payının müəyyən olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, İddiaçı mərhum X7 ilə birgə nikahlarından anadan olmuşdur. Qızı da, özü də mirasdan pay istəmirlər. Mirası bütövlükdə oğlunun qəbul etməsinə heç bir narazılıqları yoxdur. X11 isə 20 dekabr 2020-ci ildə vəfat etmişdir. Ərinin ölümündən sonra qanunla müəyyən olunmuş qaydada mirasın qəbulu barədə nə o, nə də digər vərəsələr ərizə verməmişlər. Hazırda miras qalmış əmlakı iddiaçı faktiki olaraq idarə edir. Mirasdan oğlu İddiaçı xeyrinə imtina edir. İddianın təmin olunmasını və iddiaçının mirasda bütövlükdə payının müəyyən olunmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək mirasdan qardaşının xeyrinə imtina etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Cavabdeh2nun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia qanuni və əsaslıdır və aşağıdakı əsaslara əsasən qismən təmin edilməlidir. İşə əlavə edilmiş JN 565A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X6 və ailə üzvlərinə Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş JN 517 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X6 və ailə üzvlərinə Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi reyestr nömrəsi **********62 olan çıxarışla Cavabdeh1, Cavabdeh2 oğlu, X7 və İddiaçı ümumi birgə mülkiyyəti olaraq adlarına 16 dekabr 2022-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 232 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş nikah haqqında arayışdan görünür ki, X7 ilə Cavabdeh1 06 noyabr 1973-cü ildə nikah qeyd etdirmişlər. İşə əlavə edilmiş ölüm haqqında arayışdan görünür ki, X7 20 dekabr 2020-ci ildə ölmüşdür. İşə əlavə olunmuş texniki pasportdan görünür ki, ** BE *** qeydiyyat nişanlı, VAZ-21013 minik markalı avtomobil X5 adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş ərizələrdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul edir, X1 miras qalmış əmlakdan imtina edirlər, İddiaçı bütövlükdə payı müəyyən olunmasını istəyirlər. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tovuz rayon AİK-nin 23 dekabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə X6 və ailə üzvlərinə 0,60 ha kənd təsərrüfat təyinatlı və 0,14 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsi JN 517 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə və həyətyanı torpaq sahəsi isə JN 565A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə dövlət reyestrində qeydiyyata alınmışdır. JN 517 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında reyestr nömrəsi **********62 olan çıxarışla Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0,6037 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2 oğlu, X7 və İddiaçı ümumi birgə mülkiyyəti olaraq adlarına 16 dekabr 2022-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 232 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh1 ilə X7 06 noyabr 1973-cü ildə nikah qeyd etdirmişlər. Birgə nikahlarından iki nəfər (İddiaçı və Cavabdeh2) uşaqları olmuşdur. Vaqif Əliyev 20 dekabr 2020-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra vərəsələrdən heç biri qanunla müəyyən olunmuş qaydada mirasın qəbulu barədə ərizə verməmişlər. İddiaçı miras qoyanın ölümündən sonra mirası faktiki olaraq idarə etmişdir. Cavabdehlər iddianı qəbul edir, mirasdan imtina edirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1 maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanı öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1 maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının ( miras aktivi ) və vəzifələrin (miras passivi) toplusu daxildir. İşdə olan materiallardan görünür ki, mirasın kütləsinə 0,14 ha həyətyanı torpaq sahəsi və 0,60 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin dörddə bir hissəsi daxildir. Həmçinin ** BE *** qeydiyyat nişanlı, VAZ-21013 minik markalı avtomobil mirasın kütləsinə daxildir. Cavabdehlər iddia ərizəsində fərdi yaşayış evi göstərsələr də, həmin evə dair mülkiyyət hüququna dair sənəd məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə qanunun göstərilən normasına əsaslanaraq fərdi yaşayış evini mirasın kütləsinə aid etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə birinci növbədə-ölənin uşaqları,miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununlada mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi iddiaçı qanun üzrə mirasın qəbulu barədə ərizə verməsə də, mirası faktiki idarə etməklə qəbul etmişdir və bu hal mübahisə doğurmur. Həmçinin cavabdehlər bu halı mübahisələndirmir. Ona görə də iddiaçının mirasın kütləsinə aid edildiyi əmlakda bütövlükdə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsəasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmuyuna qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. X1 miras qalmış reyestr nömrəsi **********62 olan çıxarışda göstərilən 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və JN 565A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0,14 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın mərhum X5 payına aid dörddə bir hissəsinə İddiaçı bütövlükdə payı müəyyən olunmalıdır. Həmçinin ** BE *** qeydiyyat nişanlı, VAZ-21013 minik markalı avtomobilə İddiaçı bütövlükdə payı müəyyən olunmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. X1 miras qalmış reyestr nömrəsi **********62 olan çıxarışda göstərilən 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və JN 565A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0,14 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın mərhum X5 payına aid dörddə bir hissəsinə və ** BE *** qeydiyyat nişanlı, VAZ-21013 minik markalı avtomobilə İddiaçı bütövlükdə payı müəyyən olunsun. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar