Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-720/2025 03.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəmədə Maraqlı şəxs qarşı ərizə ilə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış mediasiya prosesi nəticəsində əldə edilən xx.xx.2024-cü il tarixli barışıq sazişinin uşaqla ünsiyyətlə bağlı hissəsinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə evlənib ailə qurmuş və birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X2 və xx.xx.2019-cu ildə X3 adlı iki uşaqları anadan olmuşdur. Lakin bir müddət sonra cavabdehlə aralarında narazılıqlar yaranmağa başlamışdır. Ona görə də mediasiyaya müraciət edərək cavabdehlə aralarında xx.xx.2024-cü il tarixdə barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən Maraqlı şəxs Ərizəçi nun övladları Dəniz və Dərya ilə hər həftənin şənbə və bazar günləri saat 10:00dan 18:00-a qədər görüşməyinə və ünsiyyətdə olmağına şərait yaradacağını öhdəsinə götürür. Ümumiyyətlə cavabdehlə aralarında olan xx.xx.2024-cü il tarixli barışıq sazişində qeyd olunduğu kimi o, hər həftənin şənbə bazar günləri saat 10:00-dan 18:00-a qədər Dəniz və Dərya ilə görüşə və ünsiyyətdə ola bilmişr. Lakin Maraqlı şəxs sazişə əməl etmir, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Maraqlı şəxs oğlu ərizəni müdafiə edərək bildirdi ki, uşağını görə bilmir. Ona görə də,ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə ətizəçinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Surəti işə əlavə olunmuş Barışıq sazişindən görünür ki, tərəflər razılaşaraq rəsmi nikahlarından xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2019-cu ildə anadan olmuş X3 oğlu adlı uşaqlarının hər həftənin şənbə və bazar günləri atası Ərizəçi ilə saat 10:00-dan 18:00-dək görüşüb ünsiyyətdə olması barədə razılığa gəlmişlər. Müəyyən olundu ki, Ərizəçi ilə Maraqlı şəxs evlənib ailə qurmuş və birgə nikahlarından xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2019-cu ildə anadan olmuş X3 adlı uşaqları vardır. Aralarında olan narazılığa görə ayrılmışlar və o hər ay aliment ödəyir. Uşaqlar anası ilə qalmışlar. Mediasiyada maraqlı şəxslə qarşılıqlı razılığa gəlmişlər ki, birgə nikahlarından anadan olmuş uşaqlarının hər həftənin şənbə və bazar günləri görüşüb və ünsiyyətdə olacağı barədə razılaşmışlar.Lakin maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməyərək, onun uşaqlarla ünsiyyətdə olmağına imkan vermir. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir: Tərəflər rəsmi nikahlarından doğulan xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2019-cu ildə anadan olmuş X3 adlı uşaqlarının hər həftənin şənbə və bazar günləri atası Ərizəçi ilə saat 10:00-dan 18:00-dək görüşüb ünsiyyətdə olması barədə razılığa gəlmişlər. Barışıq sazişi hal-hazırda qüvvədədir. “Mediasiya haqqında”Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Üçüncü şəxslərin mənafeyinə toxunmur. İddiaçının izahatı ilə məlum olur ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyib, borcun məbləğini könüllü olaraq iddiaçıya ödəmir. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 24.04. 2024-cü il tarixli barışıq sazişi məcburi icrası üçün barışıq sazişi tam olaraq qanuna müvafiq olduğundan təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin uşaqla ünsiyyəta dair hissəsi təsdiq edilsin və məcburi icraya yönəldilsin. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-720/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-720/2025
03.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver