Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-724/2025 17.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölümün qeydə alınması faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə Tovuz şəhərində 17 mart 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mərhum bacısı X1 12 fevral 1979-cu ildə Tovuz rayonu Əlimərdanlı kəndində ölməsinin qeydə alınması faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək verdiyi ifadəsində göstərdi ki, X2 onun doğma bacısıdır. O, 26 sentyabr 1978-ci ildə anadan olmuşdur. Bacısı doğulmasından cəmi 5 ay yaşamış, 12 fevral 1979-cu ildə vəfat etmişdir. Aynur adlı bacısı vəfat etdikdən sonra onun adına ölüm akt qeydi aparılmamışdır. Hazırda onun ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, şəhadətnamə verməkdən imtina edilmişdir. Valideynlərindən qalmış mirasla əlaqədar bacısının ölməsi faktı müəyyən olunmalıdır. Odur ki, X1 12 fevral 1979-cu ildə Tovuz rayonu Əlimərdanlı kəndində ölməsinin qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun qaynının oğludur. Onun bacısı 1979-cu ildə vəfat etmişdir. Cəmi 5 ay yaşamışdır. Dəfndə o da iştirak etmişdir. Əlimərdanlı kəndində qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə ərizəçini və şahidi dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş imtina məktubundan görünür ki, X1 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşə əlavə olunmuş Tovuz rayon İHB-nin Əlimərdanlı kənd İƏD üzrə nümayəndəliyinin məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, X2 12 fevral 1979-cu ildə Tovuz rayonu Əlimərdanlı kəndində ölmüş və kənd qəbirstanlığında dəfn edilmişdir. İşə əlavə olunmuş qəbir daşının şəklindən görünür ki, X2 26 sentyabr 1978-ci ildə anadan olmuş, 12 fevral 1979-cu ildə vəfat etmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, X2 26 sentyabr 1978-ci ildə anadan olmuş, 12 fevral 1979-cu ildə vəfat etmişdir. Aynur adlı uşaq cəmi 5 ay yaşamışdır. Əlimərdanlı kənd qəbirstanlığında dəfn olunmuşdur. Aynur adlı uşaq vəfat etdikdən sonra onun adına ölüm akt qeydi aparılmamışdır. Hazırda ərizəçi bacısının ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, şəhadətnamə verməkdən imtina edilmişdir. Belə ki, X1 ölümünün qeydə alınması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçi üçün vərəsəlik işlərinin sənədləşdirilməsi ilə əlaqədar bacısının ölməsi ilə bağlı sənədin alınması vacibdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, ərizəçinin bacısının ölümü qeydə alınmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyil və onun göstərilən tarixdə ölməsinin qeydə alınması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 26 sentyabr 1978-ci il təvəllüdlü X1 12 fevral 1979-cu ildə Tovuz rayonu Əlimərdanlı kəndində ölməsinin qeydə alınması faktı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-724/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-724/2025
17.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver