Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-798/2024 08.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi iştirakı ilə İşdə maraqlı şəxs Ərizəçi işdə Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq olunması tələbinə dair mülki işə Tovuz şəhərində 08 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəmədə Maraqlı şəxs qarşı iddia qaldıraraq Maraqlı şəxs ilə aralarında bağlanmış mediasiya prosesi nəticəsində əldə edilən xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia ərizəsində göstərmişdir ki, Maraqlı şəxs ilə el adəti ilə evlənmişlər. Nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 30 oktyabr 2014-cü ildə Hüseyn adlı uşaqları anadan olmuşdur. İşdə Maraqlı şəxs ilə aralarında narazılıq yarandığına görə ayrılmışlar. Uşaq maraqlı şəxsin himayəsindədir. Ayrıldıqdan sonra Maraqlı şəxs uşağı ona göstərmədiyindən uşaqla ünsiyyət hüququnun verilməsi üçün Mediasiya Şöbəsinə müraciət etmişdir. Ona görə də 30 oktyabr 2014-cü ildə anadan olmuş Hüseyn adlı uşağı ilə görüşməsi barədə barışıq sazişinin şərtlərinə uyğun olaraq hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək görüş verilməsinə dair barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə Maraqlı şəxs məhkəmə iclası barədə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Maraqlı şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Surəti işə əlavə olunmuş doğum haqqında arayışdan görünür ki, tərəflərin 30 oktyabr 2014-cü ildə Hüseyn adlı uşaqları anadan olmuşdur. İşə əlavə olunmuş Tovuz rayon İHB-nin “Qəyyumluq və Himayəçilik orqanının” rəyindən görünür ki, Ərizəçi yaşadığı mənzilə baxış keçirilmiş və müayinə aktından məlum olmuşdur ki, Ərizəçi uşağı Hüseyn ilə həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-a qədər ünsiyyətdə olması uşağın mənafeyinin üstünlüyü baxımından məqsədə müvafiqdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər el adəti qaydasında evlənmişlər. Birgə nikahlarından 30 oktyabr 2014-cü ildə Hüseyn adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. Uşaq maraqlı şəxsin yanındadır. Ərizəçi sonradan Maraqlı şəxs uşağı ilə ünsiyyətdə olmağı tələb etmiş, tərəflər arasında 22 noyabr 2023-cü il tarixində mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış, saziş mediator tərəfindən təsdiq olunmuşdur. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir:
1. Maraqlı şəxs birgə nikahlarından xx.xx.2014-cü ildə anadan olmuş X1 ilə Ərizəçi hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək görüş və ünsiyyətdə ola bilər. Barışıq sazişi hal-hazırda qüvvədədir. “Mediasiya haqqında”Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Üçüncü şəxslərin mənafeyinə toxunmur. İddiaçının izahatı ilə məlum olur ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyib, ərizəçinin uşaqla ünsiyyətinə şərait yaratmamışdır. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 22 noyabr 2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişi tam olaraq qanuna müvafiq olduğundan saziş təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. Ərizəçi ilə işdə Maraqlı şəxs arasında bağlanmış tərəflərin birgə nikahlarından xx.xx.2014-cü ildə anadan olmuş X1 ilə Ərizəçi hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək görüş və ünsiyyətdə olmasına dair 22 noyabr 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və məcburi icraya yönəldilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Qafil Baxşıyev