Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-847/2024 09.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi iştirakı ilə İşdə maraqlı şəxs Ərizəçi işdə Maraqlı şəxs qarşı aliment tələbinə dair mülki işə Tovuz şəhərində 09 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşdə maraqlı şəxs Ərizəçi məhkəmədə Maraqlı şəxs qarşı iddia qaldıraraq Maraqlı şəxs ilə aralarında bağlanmış mediasiya prosesi nəticəsində əldə edilən xx.xx.2022-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə maraqlı şəxs Ərizəçi iddia ərizəsində göstərmişdir ki, Maraqlı şəxs ilə el adəti ilə evlənmişlər. Nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 15 avqust 2007-ci ildə Fatimə adlı uşaqları anadan olmuşdur. İşdə Maraqlı şəxs ilə aralarında narazılıq yarandığına görə ayrılmışlar. Uşaq onun himayəsindədir. Ayrıldıqdan sonra Maraqlı şəxs uşağın böyüyüb tərbiyə olunması üçün ona könüllü olaraq maddi yardım göstərmir. Uşağa təkbaşına baxmaqda çətinlik çəkir. Ona görə də 15 avqust 2007-ci ildə anadan olmuş Fatimə adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün aralarında olan barışıq sazişinin şərtlərinə uyğun olaraq cavabdehdən hər ay 150 manat aliment və əlavə olaraq təhsil xərci kimi 50 manat məbləğində pul alınıb ona verilməsinə dair barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə Maraqlı şəxs məhkəmə iclası barədə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Maraqlı şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Surəti işə əlavə olunmuş doğum haqqında arayışdan görünür ki, tərəflərin 15 avqust 2007-ci ildə Fatimə adlı uşaqları anadan olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər el adəti qaydasında evlənmişlər. Birgə nikahlarından 15 avqust 2007-ci ildə Fatimə adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. Uşaq ərizəçinin yanındadır. Ərizəçi sonradan Maraqlı şəxs aliment tələb etmiş, tərəflər arasında 06 oktyabr 2022-ci il tarixində mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış, saziş mediator tərəfindən təsdiq olunmuşdur. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir:
1. Maraqlı şəxs birgə nikahlarından xx.xx.2007-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat aliment və əlavə olaraq təhsil xərci kimi 50 manat məbləğində pulu Ərizəçi verməyi öhdəsinə götürür. Barışıq sazişi hal-hazırda qüvvədədir. “Mediasiya haqqında”Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Üçüncü şəxslərin mənafeyinə toxunmur. İddiaçının izahatı ilə məlum olur ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyib, alimentin məbləğini könüllü olaraq iddiaçıya ödəmir. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 06 oktyabr 2022-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişi alimentin ödənilməsinə aid hissəsi tam olaraq qanuna müvafiq olduğundan həmin hissə təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. İşdə maraqlı şəxs Ərizəçi ilə işdə Maraqlı şəxs arasında bağlanmış tərəflərin birgə nikahlarından xx.xx.2007-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay 150 (yüz əlli) manat alimentin və əlavə olaraq təhsil xərci kimi 50 manat pulun alınaraq, Ərizəçi verilməsinə dair 06 oktyabr 2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin və məcburi icraya yönəldilsin. 06 oktyabr 2022-ci il tarixdən başlayaraq aliment ödənilməsi həyata keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Qafil Baxşıyev