Məhkəmə qərarları › İş №2(062)-855/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-855/2025

10.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-855/2025 10.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. Ərizəçinin tələbi Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx.xx.1981-ci il təvəllüdlü əri X3 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Məmmədli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, əri X7 xx.xx.1981-ci il tarixdə anadan olmuş, xx.xx.2024-c ü il tarixdə vəfat etmiş, Abşeron rayonu Məmmədli qəbiristanlığında dəfn edilmişdir. Ölüm təcili tibbi yardım gələnədək evdə baş vermiş, bununla bağlı ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Həmin sənəd əsasında xəstəxanaya müraciət etsə də ölüm səbəbi məlum olmadığına görə ölüm haqqında tibbi şəhadətnamə veirlməsindən, Maraqlı şəxs tərəfindən isə ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Maraqlı şəxsndən verilmiş xx.xx.2007-ci il tarixli 190 nömrəli arayışa əsasən X7 və X2 nikahı haqqında xx.xx.2007-ci il taridə 215 nömrəli akt qeydi aşkar edilmişdir. Ərə Bayxanov, arvada Bayxanova adı verilmişdir. Təcili və X9 Stansiyası 14 saylı Bölmə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, təcili tibbi yardım briqadası xx.xx.2024-ci il tarixdə, saat 00:45-də çağırış üzrə ünvana çatmış, xəstə X3 həkimə qədər öldüyü müəyyən edilmişdir. “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X14 09 dekabr 2024-cü il tarixli 18-1-20/2-B- 20xx-xx-1476/2024 saylı cavab məktubuna əsasən X3 ölüm səbəbi məlum olmadığından Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında şəhadətnamə”nin verilmə qaydasının 4.4.5 bəndinə əsasən mərhumun adına “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi mümkün olmamışdır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli, 13 nömrəli məktubdan görünür ki, X3 ölümü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınmasının qeyri-mümkün olduğu qeyd edilmişdir. Tovuz rayon icra hakimiyyəti başçısının Qovlar şəhər inzibati ərazi dirəsi üzrə nümayəndəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli 111 nömrəli arayışdan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Məmmədli qəbristanlığında dəfn olunmuşdur. Bir ədəd fotoşəkildən görünür ki, qəbirin başdaşı üzərində “X7 xx.xx.1981xx.xx.2024” yazısı qeyd olunmuşdur. Elektron Məhkəmə İnformsiya Sistemində olan məlumata əsasən X7 xx.xx.1981-ci il tarixdə doğulmuşdur. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, ölən şəxs onun bacısının əridir. Boğazında şiş və beyindaxili xəstəlikdən əziyyət çəkirdi. xx.xx.2024-cü il tarixdə Aşeron rayonu Məmmədli qəsəbəsində evdə dünyasını dəyişmişdir. Yas mərasimində iştirak etmiş və mərhum Məmmədli qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 və X1 İlqar Ələddin oğlu ilə eyniməzmunlu izahat verərək onun dediklərini təsdiq etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311.Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.

Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, ərizəçinin əri X7 xx.xx.2024-cü ildə ev şəraitində vəfat etmişdir. Mərhumun ölüm səbəbinin bəlli olmaması əsası ilə ölüm haqqında tibbi şəhadətnaməsindən imtina edilmiş, onun ölümü vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanında qeydə alınmamışdır. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum ərinın ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1981-ci il tarixdə anadan olmuş X3 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Məmmədli kəndində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1981-ci il tarixdə anadan olmuş X3 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Məmmədli kəndində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X3 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar