Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-932/2024 08.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu, Ərizəçi Maraqlı şəxsnə qarşı ölümün qeydə alması faktının müəyyən olunması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi raqlı maraqlı şəxs Tovuz şəxs Maraqlı şəxsnə qarşı ölümün qeydə alması faktının müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Ərizəçi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi iki şəxsin ölümün qeydə alınmasının faktının müəyyən edilməsini istəsədə, bunların hər birini təsdiq edən sübut ərizəsinə əlavə etməməsi ilə yanaşı iki nəfər şəxsin ölümünün müəyyən edilməsi faktının bir ərizədə götərməklə haqlı olmamışdır.Belə ki, şəxsin birinə münasibətdə ərizəyə MPM-də göstərilmiş müddətlərdə baxılması mümkün olduğu halda digər şəxsə münasibətdə, hüquüq barədə mübahisənin olması istisna edilmədiyi təqdirdə, digərinə münasibətdə işin baxılmasına mane ola bilər. Odur ki, məhkəmə əriçəçiyə izah edir ki, hər bir şəxsə münasibətdə, ayrıca ərizə ilə məhkəməyə müraciət etməlidir. Belə olan halda ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölümün qeydə alması faktının müəyyən olunması qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə göstərilən noqsanlar aradan qaldılrıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-932/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-932/2024
08.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver