Məhkəmə qərarları › İş №2(062)-989/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-989/2025

21.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-989/2025 21.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il tarixdə Tovuz rayonunda anadan olmuş X3 xx.xx.1983-cü il tarixdə Tovuz rayonu, Qədirli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 ilə 09 noyabr 1979-cu ildə ailə qurmuş, birgə nikahlarından Vüsalə, Vüsal və Bağır adlı uşaqları olmuşdur. Həyat yoldaşı Rafiq Aslanov 18 avqust 2024-cü ildə vəfat edib. X14 22 dekabr 1982-ci ildə anadan olmuş, 02 may 1983-cü ildə vəfat etmiş və Tovuz rayonu, Qədirli kənd qəbiristanlığına dəfn olunmuşdur. Ərindən qalan mirasa vərəsəlik hüququna dair şəhadətnamə almaq üçün müvafiq sənədlərin toplanması zərurəti yaranmışdır. Oğlu Bağır maraqlı şəxsin komputer bazasında sağ göstərilir. Maraqlı şəxsə ona ölüm haqqında şəhadətnamənin verilməsi üçün müraciət etsə də, ona rəsmi olaraq bildirilmişdir ki, Bağır barədə qeydiyyat şöbəsində ölüm qeydiyyatı aparılmamışdır. Oğlunun ölüm haqqında şəhadətnaməsi vərəsəlik hüququna dair şəhadətnaməsinin əldə edilməsi məqsədi ilə ona lazımdır. Oğlunun ölümü barədə şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Tovuz rayon kənd sovetliyinin verdiyi xx.xx.1980-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 oğlu ilə Ərizəçi arasında xx.xx.1980-ci il tarixdə nikah baglanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-ci ildə ölmüşdür. İş materiallarında olan Tovuz rayon İcra Hakimiyyəti başçısının Cilovdarlı-Qədirli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X5 ilə həyat yoldaşı X2 birgə nigahlarından 22 dekabr 1982-ci ildə X9 anadan olmuşdur. X9 xx.xx.1983-cü il tarixdə vəfat etmiş və Tovuz rayonu, Qədirli kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 215 nömrəli imtina rəyindən görünür ki, xx.xx.1982-ci ildə Tovuz rayonunda anadan olmuş X3 ölüm təsdiq edən müvafiq sənədlər təqdim edilmədiyindən Maraqlı şəxsndə ölüm akt qeydinin tərtib edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, o, Ərizəçi ilə qonşudur. Onun Bağır adlı uşağı olub, sonradan ölmüşdür. O, dəfndə iştirak etmişdir. Bağır Tovuz rayonu Qədirli kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Safora onun həmkəndlisidir. Onun uşağı 2 may 1983-cü ildə ölmüşdür. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və şahid ifadələrini dinləyərək, işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1982-ci ildə doğulmuş X3 xx.xx.1983-cü il tarixdə Tovuz rayonu, Qədirli kəndində ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum oğlu xx.xx.1982-ci il təvəllüdlü X7 ölüm haqqında şəhadətnamənin ala bilməməsi, X3 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1982-ci il təvəllüdlü X3 xx.xx.1983-cü il tarixdə Tovuz rayonu, Qədirli kəndində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPMin 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1982-ci ildə doğulmuş X3 xx.xx.1983-cü il tarixdə Tovuz rayonu, Qədirli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar