Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1131/2025 23.10.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və Ərizəçi iştirakları ilə Ərizəçi, ölüm faktının müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək 25 may 1956-cı il tarixdə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olmuş X2 14 aprel 2014-cü il tarixdə Ucar rayonunun Qazıqumlaq kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, atası-25 may 1956-cı il tarixdə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olmuş X5 14 aprel 2014-cü il tarixdə Ucar rayonunun Qazıqumlaq kəndində, yaşadığı evində ölmüş və Ucar rayonunun Qazıqumlaq kəndinin qəbirstanlığında dəfn edilmişdir.Buna baxmayaraq ona ölüm haqqında şəhadətnamə alınmamışdır. Buna görə də o, müvafiq şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin həmin şöbənin ona verdiyi 27 may 2025ci il tarixli, 3-165/8-11-226/2025 nömrəli cavab məktubu ilə ölümlə bağlı tibb müəssisəsinin arayışı olmadığından ölümün qeydə alınmasından imtina edilmiş və ona məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Mərhum atasına hər seçki dövründə seçkidə iştirakı üçün bildiriş gəlir. Bu da seçici sayının dəqiqləşməsində dövlət üçün müəyyən çətinliklər yaradır. Ona görə də ona ölüm haqqında şəhadətnamə almaq istəyir. Ərizəçi məhkəmə iclasında tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında ərizədə göstərilənləri təsdiq etdiyini bildirdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ərizəçi onun qohumu, yəni mərhum qardaşı X2 qızıdır. X6 14 aprel 2014-cü ildə Ucar rayonu, Qazıqumlaq kəndində, yaşadığı evdə xəstəlikdən vəfat etmiş, həmin kəndin qəbirstanlığında dəfn olunmuşdur, o da dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ərizəçi onun arvadıdır, ərizəçinin atası, yəni qayınatası X5 14 aprel 2014-cü ildə Ucar rayonu, Qazıqumlaq kəndində, yaşadığı evdə xəstəlikdən vəfat etmiş, həmin kəndin qəbirstanlığında dəfn olunmuşdur, o da dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edərək, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, atası X5 və anası X4 olan Ərizəçi xx xxxx 1992-ci ildə Ucar rayonu, Qazıqumlaq kəndində doğulmuşdur. İş materiallarında olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi M.Məmmədovun, Ucar rayonu, Qazıqumlaq bələdiyyəsinin sədri X.İbrahimovun və Ərizəçi iştirakı ilə tərtib edilmiş və Ucar Rayon İcra Hakimiyyəti başçısının Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Ucar rayonu, Qazıqumlaq-Ramal bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş. 30 iyun 2025-ci il tarixli aktdan görünür ki, Ucar rayonu, Qazıqumlaq kənd sakini olmuş X5 25 may 1956-cı il tarixdə anadan olmuş, 14 aprel 2014-cü il tarixdə vəfat etmiş və Ucar rayonu, Qazıqumlaq kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanlanmış 27 may 2025-ci il tarixli, 3-16-5/8-11-226/2025 nömrəli məktubundan görünür ki, ərizədə qeyd etdiyi şəxsin ölümünü təsdiq edən tibb müəssisəsinin sənədi olmadığına görə ölümün qeydə alınması qeydiyyat şöbəsində aparıla bilməz. Maraqlı şəxs tələbi yerinə yetirməkdən imtina etmiş və ərizəçiyə ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsini məsləhət bilmişdir. İşdə olan şəxsin fərdi məlumatlarından və Ucar Rayonu İcra Hakimiyyəti başçısının Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 iyun 2025-ci il tarixli, 5- 80-13/2-245/2025 nömrəli arayışından görünür ki, ərizəçi, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatdadır və yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1-ci bəndinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 25 may 1956-cı il tarixdə Ucar rayonu, Qazıqumlaq kəndində doğulmuş X2 14 aprel 2014-cü il tarixdə Ucar rayonu, Qazıqumlaq kəndində ölməsi-ölüm faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, iş materialları, ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetirilir, ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, 14 aprel 2014-cü il tarixdə Ucar rayonu, Qazıqumlaq kəndində ölmüş X2 ölüm faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 25 may 1956-cı ildə Ucar rayonu, Qazıqumlaq kəndində doğulmuş X2 14 aprel 2014-cü ildə Ucar rayonu, Qazıqumlaq kəndində ölməsi-ölüm faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-1131/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1131/2025
23.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver