Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-13/2024 24.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı və onun nümayəndəsi X5, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı əmlak tələbi barədə iddia ərizəsi və iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək adları və qiymətləri göstərilən əmlakların-dəyəri 800 manat olan 1 ədəd 8 qram çəkidə anasının hədiyyə verdiyi tarakan formalı qızıl üzüyün, dəyəri 200 manat olan 3 qram çəkidə dayısının hədiyyə etdiyi 1 ədəd qızıl boyunbağının, dəyəri 1000 manat olan 10 qram çəkidə, üzərində 3 brilyant qaşı olan qızıl nişan üzüyünün, dəyəri 500 manat olan 5 qram çəkidə yarpaq formalı qızıl boyunbağının (Rusiya qızılı), dəyəri 2000 manat olan üzəri brilyant qaşlarla bəzədilmiş qızıl üzük-sırğa dəstinin, dəyəri 450 manat olan 5 qram çəkidə lent formalı qızıl qolbağın, dəyəri 450 manat olan 5 qram çəkidə hörük formalı qızıl qolbağın (Rusiya qızılı), ümumi dəyəri 1500 manat hər biri 3 qram çəkidə olan 7 ədəd qızıl üzüklərin, dəyəri 750 manat olan 1 ədəd soyuducunun, dəyəri 600 manat olan 1 ədəd paltaryuyan maşının, dəyəri 100 manat olan 1 ədəd tozsoranın, dəyəri 80 manat olan 1 ədəd elektrik ətçəkənin, dəyəri 90 manat olan 1 ədəd elektrik şirəçəkənin, dəyəri 70 manat olan 1 ədəd elektrik samovarının, dəyəri 300 manat olan “Tefal” qazan dəstinin, dəyəri 140 manat olan 1 ədəd nahar dəstinin, dəyəri 15 manat olan 6 ədəd nəlbəkinin, dəyəri 220 manat olan 36 ədəd 3 ölçüdə boşqabın, dəyəri 20 manat olan 6 ədəd kiçik şüşə badənin, dəyəri 20 manat olan 2 ədəd qəndqabının, dəyəri 20 manat olan 12 ədəd kasanın, dəyəri 16 manat olan 1 ədəd qrafinin, dəyəri 10 manat olan 2 ədəd salfet qabının, dəyəri 250 manat olan 1 ədəd taxt odeyalın (çarpayı üstünün), dəyəri 70 manat olan çemodanda olan 7 ədəd əl-üz dəsmalının, dəyəri 12 manat olan 2 ədəd qadın ev ayaqqabısının, dəyəri 12 manat olan 7 ədəd əl-üz sabunun, dəyəri 12 manat olan 12 ədəd qadın corabının, dəyəri 50 manat olan 1 ədəd süfrənin, dəyəri 20 manat olan 1 ədəd çuğun vedrənin, dəyəri 5 manat olan 2 ədəd kauçuk sininin (podnosun), dəyəri 3 manat olan 5 ədəd çay dəsmalının, dəyəri 20 manat olan 2 ədəd sadə üzüyün və dəyəri 20 manat olan 2 ədəd sadə sırğanın, həmin əmlaklar mövcud olmadığı halda isə onların dəyərinin, yəni 9807 manat pulun və iddia qaldırarkən ödədiyi 94 manat dövlət rüsumunun, 50 manat məbləğində mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ilk tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 24 mart 2009-cu il tarixdə nikah qeyd etdirib 21 noyabr 2009-cu il tarixdə el adətinə uyğun toy etməklə ailə qurmuş və evlənərkən əmlakı ilə birlikdə Cavabdeh2 Ucar şəhəri, H.Əliyev prospekti, bina 135-də yerləşən 3 saylı mənzilinə köçmüşdür. Cavabdeh1la birgə nikahlarından 11 fevral 2011-ci il tarixdə X7 və 16 fevral 2012-ci il tarixdə X8 doğulmuşlar. Cavabdeh1la münasibətləri pozulmuş və onlar 24 yanvar 2021-ci il tarixdən faktiki ayrılmışlar. Belə ki, Cavabdeh1 həmin gün onu qonaq getmək adı ilə valideynlərinin evinə aparmış və geri qaytarmayaraq ondan guya xəyanət etdiyi üçün ayrıldığını bildirmişdir. Ucar Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(063)-203/2021 saylı qətnaməsinə əsasən Cavabdeh1la aralarında olan nikah pozulmuşdur. Cavabdeh1la nikahları pozulsa da Cavabdeh1 evdə qalmış cehiz əmlakını, geyimlərini və qızıl-zinət əşyalarını ona qaytarmamışdır. O, qeyd edilən əmlaklarını tələb edərək mediatora müraciət etsə də ilkin mediasiya sessiyasına gələn Cavabdeh1 nə qızıl-zinət əşyalarını, nə də cehiz əmlakı ilə geyimlərini ona qaytarmayacağını bildirmişdir. Halbuki, nikaha girənə kimi ona məxsus olan, həmçinin, nikaha girərkən ona hədiyyə verilmiş əmlaklar ona məxsusdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsində göstərilir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). İddiaçı sonuncu tələbini onun əsaslandırmışdır ki, o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 89 adda əşyanın cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icrası qaydasında əşyalarının bir hissəsini götürmüşdür. Bu səbəbdən də iddia tələbinin həcminin azaldılmasına zərurət yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə görə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Qeyd edilənlərə əsasən aşağıda adları və qiymətləri göstərilən əmlakların-dəyəri 800 manat olan 1 ədəd 8 qram çəkidə anasının hədiyyə verdiyi “tarakan” formalı qızıl üzüyün, dəyəri 200 manat olan 3 qram çəkidə dayısının hədiyyə etdiyi 1 ədəd qızıl boyunbağının, dəyəri 1000 manat olan 10 qram çəkidə, üzərində 3 brilyant qaşı olan qızıl nişan üzüyünün, dəyəri 500 manat olan 5 qram çəkidə yarpaq formalı qızıl boyunbağının (Rusiya qızılı), dəyəri 2000 manat olan üzəri brilyant qaşlarla bəzədilmiş qızıl üzük-sırğa dəstinin, dəyəri 450 manat olan 5 qram çəkidə lent formalı qızıl qolbağın, dəyəri 450 manat olan 5 qram çəkidə hörük formalı qızıl qolbağın (Rusiya qızılı), ümumi dəyəri 1500 manat hər biri 3 qram çəkidə olan 7 ədəd qızıl üzüklərin, dəyəri 750 manat olan 1 ədəd soyuducunun, dəyəri 600 manat olan 1 ədəd paltaryuyan maşının, dəyəri 100 manat olan 1 ədəd tozsoranın, dəyəri 80 manat olan 1 ədəd elektrik ətçəkənin, dəyəri 90 manat olan 1 ədəd elektrik şirəçəkənin, dəyəri 70 manat olan 1 ədəd elektrik samovarının, dəyəri 300 manat olan “Tefal” qazan dəstinin, dəyəri 140 manat olan 1 ədəd nahar dəstinin, dəyəri 15 manat olan 6 ədəd nəlbəkinin, dəyəri 220 manat olan 36 ədəd 3 ölçüdə boşqabın, dəyəri 20 manat olan 6 ədəd kiçik şüşə badənin, dəyəri 20 manat olan 2 ədəd qəndqabının, dəyəri 20 manat olan 12 ədəd kasanın, dəyəri 16 manat olan 1 ədəd qrafinin, dəyəri 10 manat olan 2 ədəd salfet qabının, dəyəri 250 manat olan 1 ədəd taxt odeyalın (çarpayı üstünün), dəyəri 70 manat olan çemodanda olan 7 ədəd əl-üz dəsmalının, dəyəri 12 manat olan 2 ədəd qadın ev ayaqqabısının, dəyəri 12 manat olan 7 ədəd əl-üz sabunun, dəyəri 12 manat olan 12 ədəd qadın corabının, dəyəri 50 manat olan 1 ədəd süfrənin, dəyəri 20 manat olan 1 ədəd çuğun vedrənin, dəyəri 5 manat olan 2 ədəd kauçuk sininin (podnosun), dəyəri 3 manat olan 5 ədəd çay dəsmalının, dəyəri 20 manat olan 2 ədəd sadə üzüyün və dəyəri 20 manat olan 2 ədəd sadə sırğanın, həmin əmlaklar mövcud olmadığı halda isə onların dəyərinin, yəni 9807 manat pulun və iddia qaldırarkən ödədiyi 94 manat dövlət rüsumunun, 50 manat məbləğində mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin, cavabdehlər tərəfindən verilmiş iddia ərizəsinə etiraza dair mülahizəsində və mülahizəyə dair izahatında göstərmişdir ki, o, özünə lazım olan əşyaları götürmüş olsaydı şəxsiyyət vəsiqəsi, əmək haqqı kartı və diplomu cavabdehlərin mənzilində qalmazdı. Belə ki, cavabdehlər həmin sənədləri və kartı ona vermədikləri üçün o, 16 fevral 2021-ci il tarixdə yeni şəxsiyyət vəsiqəsi, bir neçə gün sonra isə yeni əmək haqqı kartı almış, diplomunu isə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng etdikdən sonra Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının köməkliyi ilə geri almışdır. O, 10 mart 2021-ci il tarixdə Ucar Rayon Məhkəməsinə Cavabdeh1 nikahın pozulması tələbinə qarşılıqlı iddia ərizəsi verərək qızıl-zinət əşyalarının, şəxsi əşyalarının və cehizinin qaytarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi, iddia ərizəsinin tərtibi zamanı forma və məzmununa əməl etmədiyi üçün Ucar Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(063)-203/2021 saylı qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh2 özünün aldığını göstərdiyi əşyaları Cavabdeh2 evinə köçərkən cehiz apardığını təsdiq edən şahidlərin məhkəmə baxışında iştirakını özü təmin edəcəkdir. Cavabdehlər iddia ərizəsinə etirazın dəlillərinə dair hər hansı sübutu etiraza əlavə etməmişlər, etiraz yalnız söz yığınından ibarətdir. Cavabdeh1 mülahizədə yenə nikahın pozulması tələbinə dair iddia ərizəsində göstərdiyi dəlillərə istinad etmiş və guya onun qızıl-zinət əşyalarını və sənədlərini götürərkən diplomunu onların mənzilində unutduğunu qeyd etmişdir. Onun şəxsiyyət vəsiqəsindən görünür ki, həmin vəsiqə ona 16 fevral 2021-ci il tarixdə verilmişdir. Yəni, o, şəxsiyyət vəsiqəsini cavabdehlərin mənzilindən götürmüş olsaydı şəxsiyyət vəsiqəsi məlumatlarında heç bir dəyişiklik olmadığı halda (soyad, ünvan və sair) yeni şəxsiyyət vəsiqəsi almağına zərurət yox idi. Həmçinin, əmək haqqı kartının da etibarlılıq müddəti başa çatmamışdı və o, yeni şəxsiyyət vəsiqəsi aldıqdan bir neçə gün sonra yeni əmək haqqı kartı da almışdır. Hətta köhnə əmək haqqı kartından 26 yanvar və 29 yanvar 2021-ci il tarixlərdə Ucar rayonu Aran Ticarət Mərkəzinin bankomatından pul da çıxarılmışdır ki, bu barədə onun məlumatı olmamışdır və pulu çıxaranın şəxsiyyətinin müəyyən edilib məsuliyyətə cəlb edilməsi üçün polisə müraciət etmişdir. O, diplomunun cavabdehlərdən alınması üçün Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edənə kimi artıq yeni əmək haqqı kartı və şəxsiyyət vəsiqəsi aldığı üçün həmin sənədlərin polis vasitəsi ilə qaytarılmasını tələb etməmişdir. Diplomu başqa yerdə olduğu üçün yadından çıxması barədə Cavabdeh1 göstərdikləri absurd fikirdir. Cavabdeh2 iddia ərizəsinə etirazı guya onun mövcud olmayan 14 adda əşyanı və guya cehiz gətirmədiyi soyuducu, paltaryuyan, tozsoran və elektrik şirəçəkəni cehiz olaraq gətirmədiyini, sonuncu 4 əşyanın özünə məxsus olması ilə əsaslandırmış, lakin etirazını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. O, soyuducunun anası tərəfindən alınmasını təsdiq edən sənədi məhkəməyə təqdim etmiş, digər əşyaların ona məxsus olmasını təsdiq edəcək şahidlərin məhkəmə baxışında iştirakını təmin edəcəkdir. Etirazın dəlilləri heç bir sübutla təsdiq edlmədiyi üçün əsassızdır. İddiaçı hazırkı məhkəmə iclasında sonuncu tələb həcmində iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və əvvəlki məhkəmə iclasında veridyi izahatını təsdiq etdiyini bildirdi. İddiaçının nümayəndəsi də hazırkı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəməyə mülki iş üzrə ilk iddia ərizəsinə etiraz və mülahizə göndərmişlər. Etirazda və mülahizədə göstərmişlər ki, o, yəni Cavabdeh1 bir daha nikahın pozulması tələbinə dair 2(063)-203/2021 saylı iş materiallarında olan iddia ərizəsində göstərdiklərini təkrarlayaraq bildirir ki, onlar 24 yanvar 2021-ci il tarixdən ayrı yaşayırlar. Ayrı yaşamaqlarının səbəbi isə İddiaçı ona xəyanət etməsidir. Belə ki, o, 12 yanvar 2021ci il tarixdən 24 yanvar 2021-ci il tarixədək Bakı şəhərində səhhəti ilə bağlı müalicədə olmuşdur. 24 yanvar 2021-ci il tarixdə daimi yaşadığı ünvana gəlmişdir. İddiaçı telefonu əlinə keçmiş və o, İddiaçı telefon yazışmalarını görmüşdür. Həmin yazışmalar isə İddiaçı ilə başqa bir kişi cinsinin nümayəndəsi arasında olmuş və həmin yazışmalar onların birbirlərinə olan sevgi mesajlarından ibarət olmuşdur. O, bunu biləndən sonra məsələni aydınlaşdırmaq üçün İddiaçı ilə söhbət etmiş və İddiaçı həmin mesajları yazdığını və aldığını etiraf etmişdir. Bundan sonra isə İddiaçı başa düşmüşdür ki, onların artıq bir yerdə yaşamağı mümkün deyil. Ona görə də ondan yığışmaq üçün vaxt istəmiş, özünə lazım olan əşyaları götürmüş və ondan anasıgilə aparmağı xahiş etmişdir. O da İddiaçı Ucar rayonu, Ənvər Məmmədxanlı kəndində yerləşən valideynlərinə məxsus evə aparıb qoymuşdur. Buradan da göründüyü kimi o, hələ nikahın pozulması barədə iddia ərizəsi verərkən də iddiaçının ondan yığışmaq üçün vaxt istəməsini, özünə lazım olan əşyaları götürməsini qeyd etmişdir. Halbuki, həmin vaxt iddiaçı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Həqiqətən də iddiaçı özünə lazım olan əşyaları, o cümlədən qızıl-zinət əşyalarını özü ilə götürüb aparmışdır. Hal-hazırda onların evində iddia ərizəsində adları göstərilən qızıl-zinət əşyaları yoxdur. Digər tərəfdən, iddiaçı iddia ərizəsində göstərmişdir ki, guya o, mediatorun yanında iddiaçıya demişdir ki, qızıl-zinət əşyalarını və cehiz əmlakını qaytarmayacaqdır. Lakin o, nə mediatorun yanında, nə də başqa bir yerdə iddiaçıya belə bir söz deməmişdir. Əksinə qızıllarını apardığını, gəlib qalan əmlakını da aparmasını bildirmişdir. Ona görə də iddia ərizəsində tələb etdiyi mediasiya xərcinin və ödənilmiş dövlət rüsumunun da onlardan alınmasına etiraz edirlər. Belə ki, həqiqətən də iddia ərizsində göstərilmiş bəzi əşyalar onlarda qalmışdır və onlar həmin əşyaların aparılmasına nəinki etiraz etmirilər, hətta iddiaçının həmin əşyalarını aparmasını istəyirlər. Bunlar iddia ərizəsindəki siyahıda 9-13-cü, 17-18-ci, 22-ci, 25-29-cu, 33-43-cü, 45-46-cı, 49-66-cı, 68-70-ci, 72-ci, 75-ci, 77-79-cu, 81-ci, 83-87-ci göstərilən əmlaklardır. Bundan başqa, iddia ərizəsində siyahıda göstərilən aşağıdakı əşyalar olsa da onların sayı iddia ərizəsində qeyd edilən miqdarda deyil. Belə ki, siyahıda 14-cü sırada göstərilən 2 ədəd gecə lampasının 1 ədədi, 30-cu sırada göstərilən 12 ədəd nəlbəkinin 6 ədədi, 67-cı sırada göstərilən 2 ədəd ədyalın 1 ədədi, 71-cı sırada göstərilən 10 ədəd əl-üz dəsmalının 3 ədədi, 76-cı sırada göstərilən 3 ədəd süfrənin 2 ədədi, 82-ci sırada göstərilən 7 ədəd çay dəsmalının 2 ədədi vardır. Bunun səbəbi isə iddiaçının bəzi əşyaların sayının artıq göstərməsi, bəzi əşyaların isə özünün işlədib, xarab etməsi və ya sındırmasıdır. Belə ki, onlar 12 ilə yaxın bir yerdə yaşamışlar və qeyd edilən əşyaların xarab olması və ya sınması adi bir haldır. İddia ərizəsində göstərilən bəzi əmlaklar (siyahıda 21-ci, 23-24-cü, 31-32-ci, 44-cü, 47-48-ci, 74-cü, 80-ci, 88-89-cu sırada göstərilənlər) isə ümumiyyətlə olmamış, bəziləri isə (siyahıda 15-16-cı və 19-20-ci sırada göstərilənlər) nikahdan sonra anası Cavabdeh2 tərəfindən evə alınmış və iddiaçının həmin əşyalara heç bir aidiyyatı yoxdur. İddiaçı 73-cü bənddə dəyəri 12 manat olan 7 ədəd əl-üz sabununun adını da göstərmişdir. Lakin onlar başa düşə bilmirlər ki, onlar da iddiaçının çehizidir, yoxsa iddiaçı sabunları sonradan almışdır. Onlar bilmirlər ki, iddiaçının 7 ədəd sabun cehizi olmuşdur, yoxsa olmamışdır. Amma həqiqətən də bütün evlərdə olduğu kimi onların evində də sabun vardır. Həmin sabunu isə evə onlar alırlar. Lakin iddiaçının evdən getməsindən 1 il 9 ay keçmişdir və təbii ki, həmin sabunlar tərəflərindən, o cümlədən ondan tələb etdiyi uşaqları tərəfindən işlənmişdir. Əgər iddiaçı buna baxmayaraq onlardan sabun tələb edirsə, onlar 7 ədəd yeni sabun alıb verməyə hazırdırlar. İddiaçının onlardan sabun tələb etməsi bir daha göstərir ki, onlarla qərəzli olduğundan məhkəməyə yalan məlumat verir, qızıl-zinət əşyalarını gedərkən özü ilə aparmış və onlar qalan əşyalarını aparmasına etiraz etmirlər və bunu arzulayırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçı onların iddia ərizəsinə verdikləri etiraza dair mülahizələrlə məhkəməyə müraciət etmişdir. Onlar iddiaçının həmin mülahizələrdəki göstərdikləri ilə bağlı bir daha bildirmək istəyirlər ki, iddiaçının şəxsiyyət vəsiqəsi və əmək haqqı kartı onların mənzildə deyil. Diplomu isə həqiqətən də yadından çıxdığı üçün onların mənzildə qalmış, özünün də dediyi kimi onlar diplomunu vermişlər. Əgər mülahizələrdə göstərdiyi kimi diplomu Daxili İşlər Nazirlyinin “102” qaynar xəttinə zəng etdikdən sonra Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının köməkliyi ilə almışdırsa, onda onların köməkliyi ilə şəxsiyyət vəsiqəsini, əmək haqqı kartını və qızıllarını da (əgər onlardadırsa) götürərdi. Beləliklə, bildirmək istəyirlər ki, iddiaçı özü ilə gedərkən qızıllarını, şəxsiyyət vəsiqəsini və əmək haqqı kartını aparmış, yalnız diplomunu aparmamışdır. Bunun da səbəbi diplomunun yadından çıxması ilə bağlı ola bilərdi. Belə ki, diplom şəxsiyyət vəsiqəsi və əmək haqqı kartından daha böyükdür və ola bilsin ki, iddiaçı diplomu onlardan (yəni, şəxsiyyət vəsiqəsini və əmək haqqı kartından) başqa bir yerdə, qızılları ilə bir saxlamış, yığışıb gedərkən isə bir yerdə olduqlarından qızılları, şəxsiyyət vəsiqəsini və əmək haqqı kartını götürsə də diplomu başqa yerdə olduğundan yadından çıxmışdır. İddia ərizəsində iddiaçı göstərmişdir ki, Cavabdeh2 özünün aldığını göstərdiyi əşyaları onun evinə köçərkən cehiz apardığını təsdiq edən şahidlərin məhkəmə baxışında iştirakını özü təmin edəcəkdir. Cavabdeh2 da bununla bağlı bildirmək istəyir ki, o da həmin əşyaların tərəfindən alınmasını təsdiq edən şahidlərin məhkəmə baxışında iştirakını təmin edəcəkdir. Əlavə olaraq bildirmək istəyirlər ki, həmin əmlaklar iddiaçıya məxsus olsaydı və o, onları gizlətmək istəsəydi, digər əşyaları da vermək istəməz və ya istədiyi əmlakı hər hansısa bir formada evdən çıxarıb gizlədərdi. Onların etirazda göstərdiklərinin söz yığını olması və etiraza sübut əlavə etməməkləri, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əməl etməməkləri ilə bağlı iddiaçının mülahzəsinə münasibətdə isə bildirmək istəyirlər ki, əsl söz yığını onun iddia ərizəsidir. Belə ki, həmin ərizəyə də hazırkı işdə sübut kimi qəbul oluna biləcək heç bir sənəd əlavə etməmişdir. Halbuki, ilk öncə sübutları məhkəməyə o təqdim etməlidir. Çünki, etirazda da göstərdiyi kimi İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Bundan başqa, tərəflərin təqdim etdiyi sübutlar mötəbər olmalıdır. Çünki, etirazda da göstərdikləri kimi İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Cavabdehlər iddiaçının iddia tələbinin həcminin azaldılmasına dair ərizəsi ilə bağlı məhkəməyə izahatlar göndərmişlər və izahatında göstərmişlər ki, Ucar Rayon Məhkəməsinin 2(063)-4/2022 saylı qərardadı əsasında İddiaçı ona və anası Cavabdeh2 qarşı əmlak tələbi üzrə mübahisə doğurmayan əmlakar iddiaçıya qaytarılmışdır. Bundan sonra iddiaçı həcmin azaldılması tələbi üzrə məhkəməyə müraciət etmişdir. Bununla bağlı aşağıdakıları göstərirlər: “tarakan” formalı üzüyü olmasını bilmirlər. Onların evində iddiaçıda belə bir üzük olmamışdır. Dayısının hədiyyə etdiyi kimi göstərdiyi sep və yarpaq formalı boyunbağı onlar ayrılmazdan 2 ildən əvvəldən olmamışdır. Belə ki, həmin müddətdə toy və yığıncaqlara gedən İddiaçı həmin əşyalar mövcud olmadığından onlardan istifadə etməmişdir (şəkilləri təqdim edirlər). Onlar İddiaçı heç bir vaxt brilyant qaşlı 10 qram çəkidə nişan üzüyü hədiyyə etməmişlər. Necə ola bilər ki, 5 qram boyunbağı aldıqları halda nişan üzüyü 10 qram olsun. Nişan üzüyü ağ qaşlarla bəzədilmiş halda 5 qrama yaxın çəkidə olmuşdur. Ümumiyyətlə satışda belə 10 qram çəkidə nişan üzüyü yoxdur. Çəkisi və əyarı göstərilməyən, briliyant olduğu göstərilən sırğa üzük dəsti üçün 2000 manat pul tələbi ilə bağlı bildirir ki, həmin dəst brilyant qaşlı olmamış, əyarı 585 olmaqla, 9 qram çəkidə olmuşdur. Qolbaqlardan birini isə iddiaçı əvvəldən öz borcu ilə əlaqədar satmışdır. Əgər belə deyildirsə, iddiaçı 3-4 il əvvəldən son dövrə qədər olan müddət ərzində bir şəkil çıxartsın ki, onda 2 qolbaq olmuşdur. İddiaçının heç bir vaxt 7 ədəd qızıl üzüyü olmamışdır. Nişan üzüyü, sırğa-üzük dəstinin üzüyündən başqa iddiaçının əlavə 2 üzüyü olmuşdur. Soyuducu, paltaryuan, tozsoran, şirəçəkən cehiz gətirməmişdir. Elektrik samovar, “Tefal” qazan dəsti cehiz gətirməmişdir. Nahar dəstini qaytarmışlar (aktda sıra 36), təkrardır. 6 ədəd nəlbəki gətirib, onu da qaytarmışlar. 12 nəlbəki gətirməmişdir (aktda sıra 13), 36 ədəd boşqab dəsti olubsa da 12 ildə qırılıb israf olunmuşdur, bu qiymətdə ola bilməsi mümkünsüzdür, dəyərinin 200 manat olmasına dair sübut təqdim etməmişdir. Halbuki, 48 ədəd 4 ölçüdə boşqab 50 manatdır. 6 ədəd şüşə badə mövcud olsa da qəbul etməkdən imtina etmişdir (şəkilini təqdim edirlər), 6 ədədini isə təqdim etmişlər (aktda 14-cü sıra). 20 manat dəyərində qənd qabını təqdim etmişlər (aktda 18-ci sıra). 20 manat dəyərində 12 ədəd kasa, 16 manat dəyərində qrafin, 10 manat dəyərində 2 ədəd salfet qabı olmasını bilmirlər, ancaq aktda 23-cü sırada qeyd olunan 6 ədəd kasanı qaytarmışlar. 250 manat dəyərində taxt odeyalı deyilən bir əşyanı vermişlər, bu təkrardır, təkrar deyilsə hər ikisinin ən yaxşı halda şəklini təqdim etsin. 7 ədəd əl-üz dəsmalı ilə əlaqədar bildirir ki, 3 ədəd dəsmal qaytarmışlar, digərləri olubsa da istifadə olunaraq israf olunmuşdur. 2 ədəd ev ayaqqabısını təqdim etmişlər, götürməmişdir, həmin ev ayaqqabısı ayağında çəkilmiş şəkili də təqdim etmişlər. 7 ədəd sabun və 12 ədəd qadın corabını cehiz gətirməsini bilmirlər, gətiribsə 12 il ərzində istifadə etmişdir. 50 manat dəyərində olan süfrə ilə əlaqədar bildirir ki, 2 ədəd süfrə vermişlər, 3-cü süfrəni isə təqdim etsələr də qəbul etməmişdir (aktda 48-ci sıra). Çuqun vedrə və kauçuk qabı, birini qəbul etməmişdir, birini vermişlər (aktda 52-ci sıra). 2 ədəd çay dəsmalını qaytarmışlar, 5 dəsmalı olmasını bilmirlər, olubsa da 12 ildə israf olunmuşdur. Sadə üzük və sadə sırğa qeyd etmişdir, təqdim etdiyi şəkillərdəki üzük və sırğanın qızıl və ya sadə olmasını müəyyən etmək mümkün deyildir. Odur ki, qolbağ və sep kimi üzüklərin də əvvəldən evdə olmadığını güman edirlər. Çünki onlar iddiaçıya sadə üzük və sırğa almamışlar. 5 ədəd büllur badə, kofe dəsti, 1 çay dəsti, 1 meyvə qabı, 2 konfet qabı, çaşka nəlbəki dəsti, çamadan, tapışkaları təqdim etsələr də qəbul etməmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək əvvəlki məhkəmə iclasında verdiyi izahatını və iddia ərizəsi ilə bağlı Cavabdeh1 etirazını və izahatını təsdiq etdiyini bildirdi, habelə, vəsatət verib mütəxəssis rəyinin sübut növü kimi qəbul edilməməsini və sübutlar siyahısından çıxarılmasını xahiş etdi. Cavabdeh2 sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh2 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, İddiaçı onun qohumudur, yəni bacısının qızıdır, Nuranə Natiqlə ailə qurmuşdur, onların toyundan sonra “Samsung” markalı paltaryuyan maşın hədiyyə etmişdir, həmin əşyanı ticarət mərkəzindən 395 manata almışdır. Əlavə olaraq bildirmişdir ki, həmin paltaryuyan 6 kq-lıq olmuşdur və özü almışdır, nə vaxt aldığını xatırlamır. Natiqlə aralarında məhkəmədə mülki mübahisə ilə bağlı işə baxılmışdır. Natiqlə hazırda münasibətləri yoxdur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, iddiaçı onun qohumu, yəni bacısıın qızıdır, iddiaçı Natiqlə ailə qurmuşdur, Nuranəyə toydan əvvəl sokçəkən və ətçəkən maşın hədiyyə etmişdir, markasını və modellərini xatırlamır, ətçəkən maşının dəyəri deyəsən 67 manat olmuşdur, sokçəkəni isə 25 manata almışdır. Nuranənin cehiz əmlakının yerləşdirilməsində iştirak etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin əşyaları “Sədərək” ticarət mərkəzində almışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, iddiaçı onun bacısıdır, bacısı Natiq adlı şəxslə 2009-cu ildə ailə qurmuşdur, onların toy mərasimindən əvvəl bacısına elektrik samovarı və tozsoran hədiyyə etmişdir. Həmin əşyaların markasını və modellərini xatırlamır, hansı qiymətə aldığını da xatırlamır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, iddiaçı onun qohumundur, əri Nurlanın bacısıdır. Nuranə 21 noyabr 2009-cu ildə Cavabdeh1la ailə qurmuşdur. Nuranənin cehiz əşyalarının yerləşdirilməsində iştirak etmişdir. Əri tozsoran və elektrik samovarı almışdır, modelini, markasını və neçəyə almasını xatırlamır. Toylarından təxminən 1 il 6 ay sonra qaynanasının ona hədiyyə etdiyi “tarakan” formalı qızıl üzüyü Nuranəyə istifadə etmək üçün vermişdir, amma ona qaytarmamışdır, o da tələb etməmişdir. Nuranəyə nişan günü briliyant qaşlı qızıl üzük hədiyyə olunmuşdur, toy günü isə briliyant qaşlı qızıl sırğa üzük dəsti, habelə qızıl boyunbağı və bilərzik hədiyyə olunmuşdur. Toy mərasimində də qızıl üzüklər də hədiyyə olunmuşdur, ümumilikdə 6-7 ədəd qızıl üzüyü olmuşdur. Nuranənin dayısı da toydan sonra hədiyyə kimi qızıl boyunbağı göndərmişdir. Əlavə olaraq bildirmişdir ki, toyda iştirak etmişdir, toyda Nuranəyə qızıl üzüklər hədiyyə olunmuşdur. O, üzüyü Nuranəyə verərkən Nuranənin artıq bir uşağı var idi. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin, Cavabdeh1 nümayəndəsi və vəkilinin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sübutları tədqiq etməklə, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(063)-203/2021 nömrəli qətnaməsinin sürətindən görünür ki, iddianın təmin edilməsi, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında bağlanmış və 24 mart 2009-cu ildə Ucar Rayon İcra Hakimiyyəti başçısının Ə.Məmmədxanlı, Çiyni və Türkəci kəndləri üzrə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 11 fevral 2011-ci ildə doğulmuş X2 və 16 fevral 2012-ci ildə doğulmuş X3 iddiaçı Cavabdeh1 yanında qalmaları, qarşılıqlı iddianın qismən təmin edilməsi, birgə nikah dövründə 17 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-dən alınmış Abşeron rayonu, Masazır kəndi, Duz Zavodu yolu-3, “Rahat Nəfəs” yaşayış kompleksində yerləşən bina 1 A, giriş 1, 6-cı mərtəbə, 2 otaqlı, 69,48 kv. m. sahəsi olan 228 nömrəli mənzil üçün ödənilmiş 38 214 manatın ikidə bir hissəsi olan 19107 manat məbləğində pulun Cavabdeh1 alınıb İddiaçı verilməsi, qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə cavabdeh İddiaçı 100 (bir yüz) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan AA2699663 nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, iddiaçı, Ucar şəhəri, Heydər Əliyev prospekti, ev 135, mənzil 3-də qeydiyyatdadır. İş materiallarında olan AA0522385 nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, Cavabdeh1 Ucar şəhəri, Heydər Əliyev prospekti, ev 135, mənzil 3-də qeydiyyatdadır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, Cavabdeh2 Ucar şəhəri, Heydər Əliyev prospekti, ev 135, mənzil 3-də qeydiyyatdadır. İş materiallarında olan "xxxx" MMC-nin qiymətləndirmə hesabatından görünür ki, 1 ədəd 8 qram çəkidə qızıl üzüyün qiyməti 560 manat, 1 ədəd 3 qram çəkidə qızıl boyunbağının qiyməti 160 manat, 1 ədəd 10 qram çəkidə qızıl üzüyün qiyməti 600 manat, 1 ədəd 3 qram çəkidə qızıl boyunbağının qiyməti 300 manat, 1dəst qızıl-üzük sırğa dəstinin qiyməti 1350 manat, 1 ədəd 5 qram çəkidə lent qızıl qolbağının qiyməti 300 manat, 1 ədəd 5 qram çəkidə hörük qızıl qolbağının qiyməti 300 manat, 7 ədəd hər biri 3 qram çəkidə qızıl üzüyün qiyməti cəmi 1260 manat, 1 ədəd soyuducunun qiyməti 500 manat, 1 ədəd paltaryuyan maşının qiyməti 320 manat, 1 ədəd tozsoranın qiyməti 45 manat, 1 ədəd ətçəkən maşının qiyməti 45 manat, 1 ədəd şirəçəkən maşının qiyməti 55 manat, 1 ədəd elektrik çaydanının qiyməti 50 manat, 1 ədəd “tefal” qazan dəstinin qiyməti 180 manat, 1 ədəd nahar dəstinin qiyməti 65 manat, 6 ədəd nəlbəkinin qiyməti cəmi 12 manat, 1 ədəd boşqab dəstinin qiyməti 135 manat, 6 ədəd şüşə badənin qiyməti cəmi 12 manat, 2 ədəd qəndqabının qiyməti cəmi 12 manat, 12 ədəd kasanın qiyməti cəmi 12 manat, 1 ədəd qrafinin qiyməti 7 manat, 2 ədəd salfet qabının qiyməti cəmi 6 manat, 1 ədəd çarpayı üstü örtüyünün qiyməti 35 manat, 7 ədəd əl-üz dəsmalının qiyməti cəmi 28 manat, 2 ədəd qadın ev ayaqqabısının qiyməti cəmi 4 manat, 7 ədəd əl-üz sabununun qiyməti cəmi 3,5 manat, 12 ədəd qadın corabının qiyməti cəmi 6 manat, 1 ədəd süfrənin qiyməti 22 manat, 1 ədəd çuqun vedrənin qiyməti 5 manat, 2 ədəd kauçuk sinin qiyməti cəmi 2 manat, 5 ədəd çay dəsmalının qiyməti cəmi 0,5 manat, 2 ədəd sadə üzüyün qiyməti cəmi 6 manat və 2 ədəd sadə sırğanın qiyməti cəmi 6 manat göstərilmişdir. Hesabatın nəticəsində göstərilmişdir ki, qiymətləndirməyə təqdim olunan əşyalara baxış keçirilməsi mümkün olmadığından, qiymətləndirmə iş materiallarında mövcud olan ərizəyə əlavə olunmuş siyahı üzrə nəzəri olaraq aparılmışdır. Bütün göstərilənlər nəzərə alınmaqla apardıqları təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, əşyaların nəzəri qiyməti 6404 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən. mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında iddiaçının tələb etdiyi əşyaların (ona məxsus olmuş və ona hədiyyə olunmuş) cavabdehlərdən tələb etməsini əsaslı və qanuni hesab edir, həmin əşyaların cavabdehlərin, yəni özgəsinin qanunsuz sahibliyində olması müəyyən edilmişdir, lakin iddiaçı qızıl-zinət əşyalarının və digər əşyaların qiyməti (dəyəri) barədə məhkəməyə sübut təqdim etməmişdir. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, iddia iş üzrə verilmiş rəy nəzərə alınmaqla qismən təmin edilməlidir. Məhkəmə cavabdehlərin etirazını əsaslı hesab etmir və bu nəticəyə gəlir ki, onlar öz etirazlarının əsası kimi istinad etdikləri halları sübut edə bilməmişlər. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qeyd olunan rəy nəzərə alınmaqla 560 manat dəyərində 8 qram çəkidə qızıl üzüyün, 160 manat dəyərində 3 qram çəkidə qızıl boyunbağının, 600 manat dəyərində 10 qram çəkidə qızıl üzüyün, 300 manat dəyərində 3 qram çəkidə qızıl boyunbağının, 1350 manat dəyərində qızıl-üzük sırğa dəstinin, 300 manat dəyərində 5 qram çəkidə lent qızıl qolbağının, 300 manat dəyərində 5 qram çəkidə hörük qızıl qolbağının, 1260 manat dəyərində 7 ədəd hər biri 3 qram çəkidə qızıl üzüyün, 500 manat dəyərində 1 ədəd soyuducunun, 320 manat dəyərində 1 ədəd paltaryuyan maşının, 45 manat dəyərində 1 ədəd tozsoranın, 45 manat dəyərində 1 ədəd ətçəkən maşının, 55 manat dəyərində 1 ədəd şirəçəkən maşının, 50 manat dəyərində 1 ədəd elektrik çaydanının, 180 manat dəyərində 1 ədəd “tefal” qazan dəstinin, 65 manat dəyərində 1 ədəd nahar dəstinin, 12 manat dəyərində 6 ədəd nəlbəkinin, 135 manat dəyərində 1 ədəd boşqab dəstinin, 12 manat dəyərində 6 ədəd şüşə badənin, 12 manat dəyərində 2 ədəd qəndqabının, 12 manat dəyərində 12 ədəd kasanın, 7 manat dəyərində 1 ədəd qrafinin, 6 manat dəyərində 2 ədəd salfet qabının, 35 manat dəyərində 1 ədəd çarpayı üstü örtüyünün, 28 manat dəyərində 7 ədəd əl-üz dəsmalının, 4 manat dəyərində 2 ədəd qadın ev ayaqqabısının, 3,5 manat dəyərində 7 ədəd əl-üz sabununun, 6 manat dəyərində 12 ədəd qadın corabının, 22 manat dəyərində 1 ədəd süfrənin, 5 manat dəyərində 1 ədəd çuqun vedrənin, 2 manat dəyərində 2 ədəd kauçuk sininin, 0,5 manat dəyərində 5 ədəd çay dəsmalının, 6 manat dəyərində 2 ədəd sadə üzüyün və 6 manat dəyərində 2 ədəd sadə sırğanın özü, qətnamə icra olunan vaxt qeyd olunan əmlaklar mövcud olmazsa onların dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb iddiaçıya verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 94 manat, habelə mediasiyaya dair xərcə görə 50 manat ödəmişdir. Məhkəmə qanunvericiliyin qeyd olunan tələbinə əsaslanaraq hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumuna görə 61,38 manat və mediasiyaya dair xərcə görə 32,35 manat tutulub İddiaçı verilməli, habelə İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 300 (üç yüz) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN:**********, M/h:AZ03NABZ********************, kodu:805539, S.W.İ.F.T. BİC:İBAZAZ2X, H/h:AZ52İBAZ********************) xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 560 manat dəyərində 8 qram çəkidə qızıl üzüyün, 160 manat dəyərində 3 qram çəkidə qızıl boyunbağının, 600 manat dəyərində 10 qram çəkidə qızıl üzüyün, 300 manat dəyərində 3 qram çəkidə qızıl boyunbağının, 1350 manat dəyərində qızıl-üzük sırğa dəstinin, 300 manat dəyərində 5 qram çəkidə lent qızıl qolbağının, 300 manat dəyərində 5 qram çəkidə hörük qızıl qolbağının, 1260 manat dəyərində 7 ədəd hər biri 3 qram çəkidə qızıl üzüyün, 500 manat dəyərində 1 ədəd soyuducunun, 320 manat dəyərində 1 ədəd paltaryuyan maşının, 45 manat dəyərində 1 ədəd tozsoranın, 45 manat dəyərində 1 ədəd ətçəkən maşının, 55 manat dəyərində 1 ədəd şirəçəkən maşının, 50 manat dəyərində 1 ədəd elektrik çaydanının, 180 manat dəyərində 1 ədəd “tefal” qazan dəstinin, 65 manat dəyərində 1 ədəd nahar dəstinin, 12 manat dəyərində 6 ədəd nəlbəkinin, 135 manat dəyərində 1 ədəd boşqab dəstinin, 12 manat dəyərində 6 ədəd şüşə badənin, 12 manat dəyərində 2 ədəd qəndqabının, 12 manat dəyərində 12 ədəd kasanın, 7 manat dəyərində 1 ədəd qrafinin, 6 manat dəyərində 2 ədəd salfet qabının, 35 manat dəyərində 1 ədəd çarpayı üstü örtüyünün, 28 manat dəyərində 7 ədəd əl-üz dəsmalının, 4 manat dəyərində 2 ədəd qadın ev ayaqqabısının, 3,5 manat dəyərində 7 ədəd əl-üz sabununun, 6 manat dəyərində 12 ədəd qadın corabının, 22 manat dəyərində 1 ədəd süfrənin, 5 manat dəyərində 1 ədəd çuqun vedrənin, 2 manat dəyərində 2 ədəd kauçuk sininin, 0,5 manat dəyərində 5 ədəd çay dəsmalının, 6 manat dəyərində 2 ədəd sadə üzüyün və 6 manat dəyərində 2 ədəd sadə sırğanın özü, qətnamə icra olunan vaxt qeyd olunan əmlaklar mövcud olmazsa onların dəyəri alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumuna görə 61,38 manat və mediasiyaya dair xərcə görə 32,35 manat tutulub İddiaçı verilsin. İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 300 (üç yüz) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN:**********, M/h:AZ03NABZ********************, kodu:805539, S.W.İ.F.T. BİC:İBAZAZ2X, H/h:AZ52İBAZ********************) xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-13/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-13/2024
24.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver