Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1554/2025 10.02.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Atayeva Ramilə Mirəli qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi "ölüm faktının müəyyən edilməsi" barədə ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi "ölüm faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, 10 may 1998-ci il tarixdə Ucar rayonu, Küçəkənd kəndində doğulmuş X15 08 oktyabr 2011-ci il tarixdə Ucar rayonu, Küçəkənd kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, qızı 10 may 1998-ci il tarixdə Ucar rayonu, Küçəkənd kəndində doğulmuş X24 08 oktyabr 2011-ci il tarixdə Ucar rayonu, Küçəkənd kəndində epilepsiya xəstəliyindən ölmüş və kənd qəbirstanlığından dəfn edilmişdir. Buna baxmayaraq mərhum qızının ölümü ilə bağlı ölüm haqqında şəhadətnamə alınmamışdır. Həmçinin JN seriyalı 242G nömrəli, 90411028 kodlu və JN seriyalı 242F nömrəli, 90411028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin surətlərindən göründüyü kimi Ucar rayonu, Küçəkənd kəndində onun, X3, X19, X15, Şahid2 və X12 mülkiyyətlərinə müvafiq olaraq 0,43 və 0,54 hektar torpaq sahələri verilmişdir. Qızının ölüm haqqında şəhadətnaməsi olmadığından o və digər ailə üzvləri həmin torpaqla bağlı sərəncam verə bilmirlər. Çünki bunun üçün onlardan mərhum qızı X15 ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bununla bağlı qeydiyyat şöbəsinə müraciət etsə də, ölümlə bağlı tibb müəssisəsinin arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Şahid1 ifadəsində göstərdi ki, o, ərizəçinin baldızıdır. 10 may 1998-ci il tarixdə Ucar rayonu, Küçəkənd kəndində doğulmuş X24 08 oktyabr 2011-ci il tarixdə Ucar rayonu, Küçəkənd kəndində ölmüş və o, mərhum Leylanın dəfn və yas mərasimlərində yaxından iştirak etmişdir. Qardaşı qızı Leyla Ucar rayonu, Küçəkənd kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, o, ərizəçinin baldızıdır. Ərizəçi ilə eyni evdə yaşayırlar. 10 may 1998-ci il tarixdə Ucar rayonu, Küçəkənd kəndində doğulmuş X24 08 oktyabr 2011-ci il tarixdə Ucar rayonu, Küçəkənd kəndində ölmüş və o, mərhum Leylanın dəfn və yas mərasimlərində yaxından iştirak etmişdir. Qardaşı qızı Leyla Ucar rayonu, Küçəkənd kənd qəbristanlığında dəfn edilmişdir. İşdə olan Ucar rayon İcra Hakimiyyəti Başçısının Pirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 10 dekabr 2025-ci il tarixdə verilmiş 5-80-23/2-678/2025 nömrəli arayışdan görünür ki, X24 08 oktyabr 2011-ci il tarixdə vəfat etmiş və həmin gün Küçəkənd kənd qəbristanlığında dəfn edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən 11 dekabr 2025-ci il tarixdə verilmiş 3-165/8-11-461/2025 nömrəli məktubdan görünür ki, X15 ölüm haqqında tibb müəssisəsinin sənədi olmadığına görə ölüm faktının müəyyən edilməsi üçün Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə edilir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 242G nömrəli, 90411028 kodlu şəhadətnamənin surətindən görünür ki, Ucar rayonu Aqrar İslahat Komissiyasının 24 iyun 1997-ci il, tarixli, 09 saylı qərarı ilə Ucar rayonu, Küçəkənd kəndi ərazisindən 0,43 ha torpaq sahəsi X4, X21, X16, X20, X17 və X18 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 242F nömrəli, 90411028 kodlu şəhadətnamənin surətindən görünür ki, Ucar rayonu Aqrar İslahat Komissiyasının 24 iyun 1997-ci il, tarixli, 09 saylı qərarı ilə Ucar rayonu, Küçəkənd kəndi ərazisindən 0,54 ha torpaq sahəsi X4, X21, X16, X20, X17 və X18 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ucar rayon İcra Hakimiyyəti başçısının Pirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 12 dekabr 2025-ci il tarixdə verilmiş 5-80-23/2-684/2025 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN:242G, kod 90411028 saylı və JN:242F, kod 90411028 saylı şəhadətnamələrdə birinci adı yazılan X3 adı X2 yazılsa da, AZE seriyalı 17655468 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X1 oxunmalıdır. X13 ilə X9 eyni şəxsdir. Ucar rayonu, Küçəkənd kəndində X13 adlı şəxs qeydiyyatda yoxdur və yaşamır. Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN:242G, kod 90411028 saylı və JN:242F, kod 90411028 saylı şəhadətnamələrdə ikinci adı yazılan X19 adı X14 yazılsa da, AZE seriyalı 03972602 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X10 oxunmalıdır. X30 ilə X28 eyni şəxsdir. Ucar rayonu, Küçəkənd kəndində X30 adlı şəxs qeydiyyatda yoxdur və yaşamır. Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN:242G, kod 90411028 saylı və JN:242F, kod 90411028 saylı şəhadətnamələrdə dördüncü adı yazılan X15 adı X11 yazılsa da, XXİ-JQ seriyalı, 292022 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X6 oxunmalıdır. X29 ilə X24 eyni şəxsdir. Ucar rayonu, Küçəkənd kəndində X29 adlı şəxs qeydiyyatda yoxdur və yaşamır. Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN:242G, kod 90411028 saylı və JN:242F, kod 90411028 saylı şəhadətnamələrdə beşinci adı yazılan Şahid2 adı X7 yazılsa da, AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Şahid2 kimi oxunmalıdır. X25 ilə Şahid2 eyni şəxsdir. Ucar rayonu, Küçəkənd kəndində X25 adlı şəxs qeydiyyatda yoxdur və yaşamır. Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN:242G, kod 90411028 saylı və JN:242F, kod 90411028 saylı şəhadətnamələrdə altıncı adı yazılan X12 adı X8 yazılsa da, AZE seriyalı, 16897325 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X5 oxunmalıdır. X26 ilə X22 eyni şəxsdir. Ucar rayonu, Küçəkənd kəndində X26 adlı şəxs qeydiyyatda yoxdur və yaşamır. İşdə olan 12 dekabr 2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Bu Məcəllənin 159-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Məhkəmə işin faktiki hallarından, ərizəçinin izahatından, şahidlərin ifadələrindən və təqdim edilmiş sübutlardan belə qənaətə gəlir ki, 10 may 1998-ci il təvəllüdlü X15 08 oktyabr 2011-ci il tarixdə Ucar rayonunun Küçəkənd kəndində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Odur ki, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 1930-cu il təvəllüdlü X15 08 oktyabr 2011-ci il tarixdə Ucar rayonunun Küçəkənd kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi ərizəsi təmin olunsun. 10 may 1998-ci il təvəllüdlü X15 08 oktyabr 2011-ci il tarixdə Ucar rayonunun Küçəkənd kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-1554/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1554/2025
10.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver