Məhkəmə qərarları › İş №2(063)-272/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-272/2024

30.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-272/2024 30.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X8 oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi "ölüm faktının müəyyən edilməsi" barədə ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi "ölüm faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, 10 noyabr 1989-cu il tarixdə doğulmuş X2 01 fevral 1999-cu il tarixdə, 16 avqust 1992-ci il tarixdə doğulmuş X1 15 oktyabr 2000-ci il tarixdə Ucar rayonu, Bərgüşad kəndində ölmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, övladları, 10 noyabr 1989-cu il təvəllüdlü X5 01 fevral 1999-cu il tarixdə, 16 avqust 1992-ci il təvəllüdlü X3 isə 15 oktyabr 2000-ci il tarixdə vəfat etmiş və Ucar rayonu, Bərgüşad kəndində kənd qəbristanlığında dəfn edilmişlər. Lakin, mərhum övladlarının baş daşında onların doğum və ölüm tarixləri barədə məlumatlar qeyd olunmamışdır. X10 10 yaşında, digər oğlu Tapdıq Ələsgərov isə 8 yaşında vəfat etsələr də, indiyədək vəfat etmiş övladlarının ölüm haqqında şəhadətnamələrini almamışdır. Eyni zamanda onu da qeyd etmişdir ki, əri də vəfat etdikdən sonra dörd qız övladını tək başına böyütmüşdür. Hazırda övladları ilə çox kasıb və ehtiyac içində yaşayırlar. Bununla bağlı sosial müavinət düzəltmək istəsə də, mərhum övladları Arzu Ələsgərovun və Tapdıq Ələsgərovun ölüm haqqında şəhadətnamələri tələb olunduğundan sənədləşmə işləri yarımşıq qalmış və sosial müavinət ala bilməmişdir. Bununla bağlı qeydiyyat şöbəsinə müraciət etsə də, ölümlə bağlı tibb müəssisəsinin arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onunla eyni kənddə yaşamaqla qonşudurlar. 10 noyabr 1989-cu il təvəllüdlü X5 təxminən 9-10 yaşlarında, 16 avqust 1992-ci il təvəllüdlü X3 isə 7-8 yaşlarında olarkən vəfat etmişlər. Belə ki, hər iki uşağın dəfn (Bərgüşad kənd qəbiristanlığında dəfn edilmişlər) və yas mərasimlərində iştirak etmişdir. Həmin uşaqların xəstəlik səbəbindən vəfat etmələri barədə şifahi qaydada məlumatı olmuşdur. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, o, Ərizəçi onunla eyni kənddə yaşamaqla qonşudurlar. 10 noyabr 1989-cu il təvəllüdlü X5 təxminən 9-10 yaşlarında, 16 avqust 1992-ci il təvəllüdlü X3 isə 7-8 yaşlarında olarkən vəfat etmişlər. Belə ki, hər iki uşağın dəfn (Bərgüşad kənd qəbiristanlığında dəfn edilmişlər) və yas mərasimlərində iştirak etmişdir. Həmin uşaqların xəstəlik səbəbindən vəfat etmələri barədə şifahi qaydada məlumatı olmuşdur. İşdə olan Ucar rayonu Bərgüşad kənd soveti tərəfindən 18 dekabr 1989-cu il tarixdə verilmiş Xİİİ-ЖГ seriyalı, 489312 nömrəli və 28 avqust 1992-ci il tarixdə verilmiş XVİİ-ЖГ seriyalı, 280428 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, müvafiq olaraq ataları X4, anaları Ərizəçi olan X5 10 noyabr 1989-cu il tarixdə, X3 isə 16 avqust 1992-ci il tarixdə Ucar rayonu, Bərgüşad kəndində doğulmuşlar. İşdə olan Azərbaycan Respublikası Ucar Rayon İcra Hakimiyyəti başçısının Bərgüşad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 08 yanvar 2024-cü il tarixdə verilmiş 02 və 03 nömrəli arayışlardan görünür ki, 10 noyabr 1989-cu il təvəllüdlü X5 01 fevral 1999-cu il tarixdə, 16 avqust 1992-ci il təvəllüdlü X3 isə 15 oktyabr 2000-ci il tarixdə vəfat etmişlər və Bərgüşad kənd qəbiristanlığında dəfn edilmişlər. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən 09 yanvar 2024-cü il tarixdə verilmiş 3-16-5/8-11-05 nömrəli məktubdan görünür ki, X2 və X1 ölüm haqqında tibb müəssisəsinin arayışları olmadığına görə ölüm faktının müəyyən edilməsi üçün Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə edilir. İşdə olan Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə 06 mart 2024-cü il tarixli, 3-17-1/2-Ə-54625/2024 saylı məktubundan görünür ki, Ərizəçi müraciəti əsasında sonuncuya mərhum X2 və X1 ölüm tarixləri məlum olmadığından çıxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin olunması mümkün olmamışdır. İşdə olan 09 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Bu Məcəllənin 159-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Məhkəmə işin faktiki hallarından, ərizəçinin izahatından, şahidlərin ifadələrindən və təqdim edilmiş sübutlardan belə qənaətə gəlir ki, 10 noyabr 1989-cu il təvəllüdlü X2 01 fevral 1999-cu il tarixdə, 16 avqust 1992-ci il təvəllüdlü X1 isə 15 oktyabr 2000-ci il tarixdə Ucar rayonunun Bərgüşad kəndində ev şəraitində vəfat etmələri təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Odur ki, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 10 noyabr 1989-cu il təvəllüdlü X2 01 fevral 1999-cu il tarixdə, 16 avqust 1992-ci il təvəllüdlü X1 isə 15 oktyabr 2000-ci il tarixdə Ucar rayonu, Bərgüşad kəndində ev şəraitində ölmələri barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi ərizəsi təmin olunsun. 10 noyabr 1989-cu il təvəllüdlü X2 01 fevral 1999-cu il tarixdə, 16 avqust 1992-ci il təvəllüdlü X1 isə 15 oktyabr 2000-ci il tarixdə Ucar rayonu, Bərgüşad kəndində ev şəraitində ölmələri barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar