Məhkəmə qərarları › İş №2(063)-475/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-475/2024

13.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-475/2024 13.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X7 oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi "ölüm faktının müəyyən edilməsi" barədə ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi "ölüm faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, 20 dekabr 1962-ci il tarixdə doğulmuş X3 10 iyun 1964-cü il tarixdə Ucar rayonu, Bərgüşad kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, 20 dekabr 1962-ci il təvəllüdlü qardaşı X4 10 iyun 1964-cü il tarixdə vəfat etmiş, lakin, qardaşının ölümü ilə bağlı qeydiyyat şöbəsinə müraciət edilmədiyindən ölümü rəsmi qaydada təsdiqlənməmişdir. Qardaşı vəfat etdikdən sonra Ucar rayonu, Bərgüşad kəndində dəfn edilmiş, ona baş daşı qoyulmamışdır. Həmçinin, qardaşının baş daşında doğum və ölüm barədə məlumatlar qeyd edilməmişdir. Eyni zamanda onu da qeyd edir ki, mərhum anasından onlara həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin miras əmlakını adına rəsmiləşdirmək istəsə də, lakin, mərhum qardaşı X3 ölüm haqqında şəhadətnaməsi olmadığından sənədləşdirmə işləri yarımçıq qalmış və həyətyanı torpaq sahəsini adına rəsmiləşdirə bilməmişdir. Bunun üçün ona qardaşının ölüm haqqında şəhadətnaməsi lazımdır. Bununla bağlı qeydiyyat şöbəsinə müraciət etsə də, ölümlə bağlı tibb müəssisəsinin sənədi olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Şahid2 ifadəsində göstərdi ki, ərizəçi və mərhum qardaşı X4 anasınının əmisi nəvələridir. 20 dekabr 1962-ci il tarixdə doğulmuş X4 10 iyun 1964-cü il tarixdə Ucar rayonu, Bərgüşad kəndində qəfildən ölmüşdür. Tofiq ölən vaxt onun 11 yaşı olmuşdur. Mərhum Tofiqin ölməsi, dəfni və yas mərasimi dəqiq xatirindədir. X10 rayonu, Bərgüşad kənd qəbristanlığında dəfn edilmişdir. Şahid X1 ifadəsində göstərdi ki, ərizəçi və mərhum X4 doğma qardaşlarıdır. 20 dekabr 1962-ci il tarixdə doğulmuş X4 10 iyun 1964-cü il tarixdə Ucar rayonu, Bərgüşad kəndində qəfildən ölmüşdür. Tofiq ölən vaxt onun 5 yaşı olmuşdur. Mərhum Tofiqin ölməsi, dəfni və yas mərasimi xatirindədir (eyni zamanda, yaxınlarından da bu barədə eşitmişdir). X10 rayonu, Bərgüşad kənd qəbristanlığında dəfn edilmişdir. İşdə olan Ucar rayon Bərgüşad kənd sovetliyi tərəfindən 31 yanvar 1963-cü il tarixdə verilmiş A3 seriyalı, 230179 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, atası X2, anası X6 olan X4 20 dekabr 1962-ci il tarixdə Ucar rayonunun Bərgüşad kəndində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ucar rayon İcra Hakimiyyəti başçısının Bərgüşad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 21 fevral 2024-cü il tarixdə verilmiş 5-80-20/2-50/2024 nömrəli arayışdan görünür ki, 20 dekabr 1962-ci il təvəllüdlü X4 10 iyun 1964-cü il tarixdə Ucar rayonu, Bərgüşad kəndində vəfat etmiş və Bərgüşad kənd qəbristanlığında dəfn edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən 22 fevral 2024-cü il tarixdə verilmiş 3-16-5/8-xx-xx/2024 nömrəli məktubdan görünür ki, X3 ölüm haqqında tibb müəssisəsinin sənədi olmadığına görə ölüm faktının müəyyən edilməsi üçün Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə Sistemində olan Ərizəçi şəxsi məlumatlarından görünür ki, Ərizəçi Mərkəzi Aran Regional Təhsil İdarəsində xidmətçi kimi işləməklə, aylıq 374 manat əmək haqqı alır. İşdə olan 22 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Bu Məcəllənin 159-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Məhkəmə işin faktiki hallarından, ərizəçinin izahatından, şahidlərin ifadələrindən və təqdim edilmiş sübutlardan belə qənaətə gəlir ki, 20 dekabr 1962-ci il təvəllüdlü X3 10 iyun 1964-cü il tarixdə Ucar rayonunun Bərgüşad kəndində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Odur ki, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 20 dekabr 1962-ci il təvəllüdlü X3 10 iyun 1964-cü il tarixdə Ucar rayonunun Bərgüşad kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi ərizəsi təmin olunsun. 20 dekabr 1962-ci il təvəllüdlü X3 10 iyun 1964-cü il tarixdə Ucar rayonunun Bərgüşad kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar