Məhkəmə qərarları › İş №2(063)-507/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-507/2025

29.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-507/2025 29.04.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X3 oğlunun katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, ərizəçi İddiaçı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi İddiaçı 11 noyabr 2024-cü il tarixdə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs Cavabdeh ilə onun arasında bağlanılmış 11 noyabr 2024-cü il tarixli, MŞŞ/2024/MT01984 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, maraqlı şəxs Cavabdeh ilə 16 fevral 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaq evlənmiş, birgə nikahdan 25 yanvar 2011-ci il tarixdə Fərid, 30 dekabr 2012-c il tarixdə isə Aylin adlı övladları doğulmuşdur. Lakin, münasibətləri pisləşdiyi üçün Ucar Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və onların birgə nikahından doğulmuş 25 yanvar 2011-ci il təvəllüdlü X1 və 30 dekabr 2012-ci il təvəllüdlü X2 anaları Cavabdeh yanında və himayəsində qalması, həmçinin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin maraqlı şəxsin xeyrinə tutulması qət edilmişdir. Daha sonra Ucar Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən sözügedən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 25 yanvar 2011-ci il təvəllüdlü X1 və 30 dekabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün bu məhkəmənin 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək ondan hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat məbləğində alimentin maraqlı şəxsin xeyrinə tutulması qət edilmişdir. Lakin, oğlu Fərid 12 sentyabr 2024-cü il tarixdə anası ilə yaşamaqdan imtina edərək onun yanına gəlmişdir. Belə ki, həmin tarixdən etibarən oğluna özü baxır. Buna baxmayaraq isə oğluna görə maraqlı şəxsə aliment ödəyir. Lakin, o, oğlunun onun himayəsinə verilməsi və alimentin dayandırılması ilə bağlı Mediasiya Şurasına müraciət etmiş, mediasiya prosesi zamanı aralarında “barışıq sazişi” bağlanmışdır. Lakin, maraqlı şəxs barışıq sazişinin şərtlərini yerinə yetirməyərək onu icra etməkdən yayınmışdır. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ərizəçi İddiaçı ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, maraqlı şəxs Cavabdeh münasibətdə qətnamənin əsaslandırıcı hissəsində tələbin etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, Ucar Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(063)-313/2023 saylı qətnaməsinin surətindən görünür ki, sözügedən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 25 yanvar 2011-ci il təvəllüdlü X1 və 30 dekabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün bu məhkəmənin 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan 11 noyabr 2024-cü il tarixli barışıq sazişinin mühüm şərtlərindən görünür ki, tərəflər aralarında 25 yanvar 2011-ci il təvəllüdlü X1 atası İddiaçı himayəsinə verilməsi, eləcə də, 25 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ərizəçi İddiaçı tutulan alimentin dayandırılması və həmin uşaq üçün aliment öhdəliyindən azad olunmasına dair, həmçinin ikinci tərəfin (maraqlı şəxs Cavabdeh) hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək 25 yanvar 2011-ci il təvəllüdlü X4 ilə ünsiyyəti barədə razılığa gəlmişlər. Əgər sazişin könüllü icrasından imtina olunsa birinci tərəf məhkəməyə müraciət edərək tələbin məcburi icrasını tələb edə bilər. Bu saziş tam imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. İş materiallarında olan Ucar rayon qeydiyyat şöbəsi tərəfindən 17 oktyabr 2024-cü il tarixdə verilmiş AZ-T seriyalı, 269038 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası İddiaçı, anası Kərimova (Cəlilova) Arzu Məhəmməd qızı olan X4 25 yanvar 2011-ci il tarixdə Göyçay şəhərində doğulmuşdur. İşdə olan mötəbər sənədlərdən görünür ki, ərizəçi dövlət rüsumuna görə 100 (bir yüz) manat vəsait də sərf etməklə, yanaşı ailə münasibətlərindən irəli gələn mübahisə ilə əlaqədar mediasiya sessiyasına müraciət edərkən, 100 (bir yüz) manat məbləğində mediasiya xərcini də ödəmişdir. Məhkəmə nəzərə alır ki, bağlanması üçün ikitərəfli iradə ifadəsinin zəruri olduğu barışıq sazişinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə hüququna dair müddəaları müvafiq surətdə tətbiq olunmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bu Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Sözügedən Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Eyni Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49-cu maddəsinin İ hissəsinə əsasən, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Bu Məcəllənin 22-ci maddəsinin İ hissəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Bu Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin İ, İİİ və İV hissələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, sözügedən barışıq sazişi 11 noyabr 2024-cü il tarixdən imzalanmaqla, həmin gündən tərəflər üçün məcburi xarakter daşımağa başlamışdır. Eyni zamanda, maraqlı şəxs 25 yanvar 2011-ci il təvəllüdlü X1 ərizəçinin himayəsinə verilməsi, eləcə də, 25 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ərizəçi İddiaçı tutulan alimentin dayandırılması və həmin uşaq üçün aliment öhdəliyindən azad olunmasına dair dair öhdəlik götürməsinə baxmayaraq, bu öhdəliyi yerinə yetirməmiş, nəticədə ərizəçi barışıq sazişinin şərtlərinə əsaslanaraq, onun təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilmədiyindən, ərizə təmin edilməli, 25 yanvar 2011-ci il təvəllüdlü X1 atası, ərizəçi İddiaçı himayəsinə verilməsi, eləcə də, 25 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ərizəçi İddiaçı tutulan alimentin dayandırılması və həmin uşaq üçün aliment öhdəliyindən azad olunmasına dair ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında 11 noyabr 2024-cü il tarixdə bağlanmış mediasiya reyestrində MŞŞ/2024/MT01984 nömrə ilə qeydiyyata alınmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 100 manat məhkəmə xərci həm ərizədə göstərilmədiyindən həm də, məhkəmə iclasında ərizəçi tərəfindən maraqlı şəxsdən tələb edilmədiyindən həmin məbləğ ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 234, 355-23, 355-24, 355-25-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 25 yanvar 2011-ci il təvəllüdlü X1 atası, ərizəçi İddiaçı himayəsinə verilməsi, eləcə də, 25 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ərizəçi İddiaçı tutulan alimentin dayandırılması və həmin uşaq üçün aliment öhdəliyindən azad olunmasına dair ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında 11 noyabr 2024-cü il tarixdə bağlanmış, mediasiya reyestrində MŞŞ/2024/MT01984 nömrə ilə qeydiyyata alınmış barışıq sazişi təsdiq edilsin. Mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 100 (bir yüz) manat məhkəmə xərci ərizəçi İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar