Məhkəmə qərarları › İş №2(063)-528/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-528/2025

13.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-528/2025 13.05.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və Ərizəçi iştirakları ilə Ərizəçi, ölüm faktının müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək 06 sentyabr 1959-cu il tarixdə Ucar rayonunda anadan olmuş X5 11 mart 1980-ci il tarixdə Ucar şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X11 onun əmisidir. Əmisi X2 olmuş, heç vaxt evli olmamış və uşağı da olmamışdır. X4 06 sentyabr 1959-cu il tarixdə Ucar rayonunda anadan olmuş, 11 mart 1980-ci il tarixdə Ucar şəhərində ölmüş və Ucar rayonunun Alpout kənd qəbirstanlığında dəfn edilmişdir. Buna baxmayaraq əmisinə indiyədək ölüm haqqında şəhadətnamə alınmamışdır. Buna görə də o, müvafiq şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin həmin şöbənin ona verdiyi 06 mart 2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 nömrəli cavabı ilə ölümünü təsdiq edən tibb müəssisəsinin sənədi olmadığından ölümün qeydə alınmasından imtina edilmiş və ona məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. O, hal-hazırda babasından miras qalmış evi öz adına sənədləşdirmək istəyir. Lakin bunun üçün əmisinin ölüm haqqında şəhadətnaməsi lazımdır. Həmin sənədi isə başqa qayada ala bilmir, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında ərizədə göstərilənləri təsdiq etdiyini bildirdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi təqdim edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, ərizəçini qonşu kimi tanıyır, ərizəçinin X4nu da qonşu kimi tanımışdır. Səhrab Hüseynov 1959-cu ildə doğulmuş, 1980-ci ilin mart ayında yaşadığı evdə xəstəlikdən vəfat etmiş və Ucar rayonu, Alpout kənd qəbirstanlığında dəfn olunmuşdur, o yas mərasimlərində iştirak etmişdir. Səhrab Hüseynov subay olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, ərizəçini qonşu kimi tanıyır, ərizəçinin X4nu da qonşu kimi tanımışdır, Səhrab Hüseynov 1959-cu ildə doğulmuş, 1980-ci ilin mart ayında yaşadığı evdə xəstəlikdən vəfat etmiş və Ucar rayonu, Alpout kənd qəbirstanlığında dəfn olunmuşdur, o, yas mərasimlərində iştirak etmişdir. Səhrab Hüseynov subay olmuşdur. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edərək, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs 06 mart 2025-ci il tarixli, 253 nömrəli arayışının lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 06 sentyabr 1959-cu ildə Ucar rayonunda anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs 15 oktyabr 2024-cü il tarixli, 1417 nömrəli arayışının lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 19 oktyabr 1975-ci ildə Ucar şəhərində anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 15 fevral 2011-ci ildə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1997-ci ildə Ucar rayonunda doğulmuşdur. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanlanmış 06 fevral 2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 nömrəli məktubundan görünür ki, ölümünü qeydə aldırmaq istədiyi şəxsin ölümünü təsdiq edən tibb müəssisəsinin sənədi olmadığına görə ölümün qeydə alınması qeydiyyat şöbəsində aparıla bilməz. Maraqlı şəxs tələbi yerinə yetirməkdən imtina etmiş və ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsini məsləhət bilmişdir. İş materiallarında olan Ucar rayonu Alpout bələdiyyəsinin 07 nömrəli, 19 fevral 2025-ci il tarixli arayışından görünür ki, X11 11 mart 1980-ci il tarixdə vəfat etmişdir və mərhum Ucar rayonu, Alpout kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, Ucar şəhəri, 416-cı Taqanroq Diviziyası küçəsi, ev 18də yerləşən 0.0499 ha torpaq sahəsi ümumi birgə qaydada X10, Ərizəçi və X3 və ümumi sahəsi 60.7 kv.metr olan fərdi yaşayış evi X10 adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 18 dekabr 2024-cü ildə qeydiyyata alınmışdır. İş materiallarında olan 129055 nömrəli vəsiqənin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İşdə olan şəxsiyət vəsiqəsinin məlumatlarından görünür ki, ərizəçi, Ucar şəhəri, 416 Taqanroq Diviziyası küçəsi, ev 14-də qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1-ci bəndinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 06 sentyabr 1959-cu ildə Ucar rayonunda doğulmuş X5 11 mart 1980-ci ildə Ucar şəhərində ölməsi-ölüm faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, iş materialları, ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetirilir, ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, 11 mart 1980-ci ildə Ucar şəhərində ölmüş X5 ölüm faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 06 sentyabr 1959-cu ildə Ucar rayonunda doğulmuş X5 11 mart 1980-ci ildə Ucar şəhərində ölməsi-ölüm faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar