Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-73/2024 08.01.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi "ölüm faktının müəyyən edilməsi" barədə ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi "ölüm faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızı, X1 15 iyun 1995-ci il tarixdə Ucar rayonu, Yuxarı Şilyan kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, qızı Nizgan 15 iyul 1994-cü il tarixdə doğulmuş, lakin, xəstəliyi səbəbindən bir yaşı tamam olmamış 15 iyun 1995-ci il tarixdə rəhmətə getmişdir. Qızı rəhmətə getdiyindən və həmin dövr qarşılıqlıq olduğundan vaxtında onun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Qızı sağ olan zaman onlara pay torpaqları verilərəkən qızının adı övladı kimi sənədlərdə göstərilmişdir. Sonradan o, atasından qalmış torpaqları sənədləşdirən zaman rəhmətə getmiş qızının adına da pay torpağı rəsmiləşdirilməsini bilmişdir. Lakin, həmin pay torpağını öz adına keçirmək istəsə də, qızının ölüm haqqında şəhadətnaməsi olmadığından torpağı adına rəsmiləşdirə bilməmişdir. Bunun üçün ona qızının ölüm haqqında şəhadətnaməsi lazımdır. Bununla bağlı qeydiyyat şöbəsinə müraciət etsə də, ölümlə bağlı tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Qızı 15 iyun 1995-i il tarixdə ev şəraitində xəstəlikdən rəhmətə getdiyindən və el adəti ilə dəfn edildiyindən bu barədə tibbi şəhadətnamə almaq mümkün olmamışdır. Ölüm haqqında tibbi şəhadətnamə almaq üçün “Ucar Rayon Mərkəzi Xəstəxanası” X8 müraciət etsə də, müraciəti müsbət həll olunmamış və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid X11 ifadəsində göstərdi ki, qardaşı qızı Nizgan 15 iyul 1994-cü il tarixdə doğulmuş, yaşının tamam olmasına 1 ay qalmış 1995-ci ildə qızdırmadan vəfat etmişdir. Uşaq qardaşının evində vəfat etmiş, həmin vaxt evdə o, uşağın atası və anası, uşağın ana tərəfi, onun atası və anası, həmçinin Zakir olmuşdur. Uşaq elə vəfat etdiyi gün dəfn edilmiş və dəfndə yaxın qohumlar iştirak etmişdir. Dəfndən sonra, yas mərasimi verilməmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərdi ki, o, Ərizəçi qonşusudur və sonuncu ilə münasibətləri yaxşıdır. Uşaq təxminən bir yaşı olarkən 1995-ci ildə vəfat etmişdir. Lakin, hansı ay öldüyünü xatırlamır. Uşaq ölməmişdən əvvəl onu görmüşdür. Dəfn mərasimdə o da iştirak etmişdir. Cabbargilə dəfnə gedən zaman uşağın atası, anası, nənəsi, babası, Cabbarın qardaşları, ana tərəfin yaxınları, həmçinin qonşular Şəfəq və Bəkir də orda idilər. Dəfndən sonra, yas mərasimi olmamışdır. Eyni zamanda uşağın qəbir daşının olmamasını qeyd edir. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərdi ki, ərizəçi onun həyatyoldaşıdır. Mərhum qızı 1994-cü ildə doğulub 1995-ci ildə isə qızdırmadan vəfat etmişdir. Ərizəçi ilə birgə nikahından iki qız, bir oğlu var. Ölən ikinci övladı olmuşdur. Qızı rəhmətə gedən zaman yanında olmuş və dəfnində iştirak etmişdir. Uşaq üçün hər hansı yas mərasimi təşkil edilməsə də, eşidən yaxın şəxslər gəlmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, Ərizəçi arvadının qardaşıdır və sonuncu ilə münasibətləri normalıdır. Uşaq 1994-cü ildə isti aylardan birində doğulmuşdur. Lakin, uşaq bir yaşına az qalmış qızdırmadan vəfat etmişdir. Vəfat edəndə yanında olmasa da, xəbəri eşidən kimi Cabbargilə getmiş və dəfn mərasimində iştirak etmişdir. Uşaq üçün hər hansı yas mərasimi təşkil edilməsə də, eşidənlər gəlmişdir. X13 kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən 19 oktyabr 2023-cü il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, atası Ərizəçi, anası X3 olan X4 15 iyul 1994-cü il tarixdə Ucar rayonu, Yuxarı Şilyan kəndində doğulmuş və bu barədə doğum haqqında akt akt qeydləri kitabında 08 sentyabr 1994-cü il tarixdə 81 nömrəli qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ucar rayon İcra Hakimiyyəti başçısının Yuxarı Şilyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 oktabr 2023-cü il tarixdə verilmiş 621 nömrəli arayışdan görünür ki, 15 iyul 1994-cü il təvəllüdlü X4 15 iyun 1995-ci il tarixdə vəfat etmiş və həmin gün Yuxarı Şilyan kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən 19 oktyabr 2023-cü il tarixdə verilmiş 3168/8-391 nömrəli məktubdan görünür ki, X1 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığına görə ölüm faktının müəyyən edilməsi üçün Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə edilir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Ucar Rayon Mərkəzi Xəstəxanası” X7 30 oktyabr 2023-cü il tarixli, 18-1-77/2-N-355-42- 273/2023 saylı məktubundan görünür ki, 15 iyul 1994-cü il təvəllüdlü X1 15 iyun 1995-ci il tarixdə ev şəraitində vəfat etməsi ilə bağlı tibbi arayışın verilməsi mümükün olmadığına görə ölüm faktının müəyyən edilməsi üçün Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə edilir. İşdə olan 01 noyabr 2023-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Bu Məcəllənin 159-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Məhkəmə işin faktiki hallarından, ərizəçinin izahatından, şahidlərin ifadələrindən və təqdim edilmiş sübutlardan belə qənaətə gəlir ki, 15 iyul 1994-cü il təvəllüdlü X1 15 iyun 1995-ci il tarixdə Ucar rayonunun Yuxarı Şilyan kəndində ev şəraitində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Odur ki, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 15 iyul 1994-cü il təvəllüdlü X1 15 iyun 1995-ci il tarixdə Ucar rayonunun Yuxarı Şilyan kəndində ev şəraitində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi ərizəsi təmin olunsun. 15 iyul 1994-cü il təvəllüdlü X1 15 iyun 1995-ci il tarixdə Ucar rayonunun Yuxarı Şilyan kəndində ev şəraitində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-73/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-73/2024
08.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver