Məhkəmə qərarları › İş №2(064)-1118/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1118/2023

13.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1118/2023 13.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, ərizəçi İddiaçı iştirakı ilə, ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə muraciət edərək xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2011-ci ildə nikahlarını rəsmi qeydə aldırmaqla evlənmişlər. Birgə yaşadığı müddətdə xx.xx.2012-ci ildə Zəka, xx.xx.2014-cü ildə Cabir adlı 2 uşağı doğulmuşdur. Əvvəllər mehriban yaşamışlar, sonradan aralarında narazılıqlar yaranmış, ona görə də onun tələbi əsasında nikahları məhkəmənin xx.xx.2016-cı il tarixli 2(064)-2448/2016 saylı qətnaməsi ilə pozulmuş, uşaqlar onun yanında qalmış, uşaqların saxlanması üçün, hər uşağa 70 manat olmaqla, cəmi 140 manat aliment qət olunmuşdur. Valideyinlərinin yanında yaşayır, uşaqlar məktəblidirlər, uşaqların gündəlik xərcləri artmış, həkim geyim və digər xərcləri gündən günə artır, qət olunmuş alimentlə uşaqların ehtiyacını ödəmək mümkün deyil. Heç bir yerdə işləmir, bütün bu xərcləri tək başına ödəməyə çətinlik çəkir, qət olunmuş aliment uşaqların yemək və digər xərclərini ödəmir. Cavabdeh fərdi əməklə məşğul olur, gəlir əldə edir. O, alimentin artırılması ilə əlaqədar Mediasiya Şurasna müraciət etmiş, cavabdehlə hər uşağa 150 manat olmaqla iki uşaq üçün 300 manat alimentin verməsinə razılaşmış və 27 fevral 2023-cü il tarixli saziş imzalamışlar. Lakin yenə də alimenti ödəməkdən imtina etmişdir. Ona görə də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında: Ərizəçi İddiaçı ərizəsinə uyğun izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli barışıq sazişinin 3-cü bəndindən görünür ki, barışığın şərtlərinə əsasən Cavabdeh ərizəçi İddiaçı Əlövsət qızının uşaqları xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat alimenti hər ayın 30-u üçün ərizəçi İddiaçı Əlövsət qızının xeyirinə ödəməyi öz öhdəsinə götürmüşdür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində deyilir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2- 1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Göründüyü kimi, tərəflər arsında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalandığı gündən 10 gün müddətində Cavabdeh tərəfindən könüllü şəkildə icra olunmadığından İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığına görə təsdiq edilməli və məcburi icraya yönəldilməlidir. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 355-23- 355-25-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin olunsun. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin və məcburi icraya yönəldilsin: Cavabdeh azyaşlı uşaqları xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat aliment hər ayın 30-dan gec olmayaraq tutularaq İddiaçı xeyirinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar