Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1147/2024 04.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Füzuli rayon Qeydiyyat şöbəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-cı il tarixdə anadan olmuş qardaşı X3 xx.xx.1981-ci il tarixdə Füzuli rayonu Füzuli şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Füzuli rayonu, Füzuli şəhərində qeydiyyatdadır. Füzuli rayonu, 4-cü Zobucuq qəsəbəsində yaşayır, məcburi köçkündür. Onun 30 dekabr 1980-cı il tarixində anadan olmuş qardaşı X7 15 avqust 1981-ci il tarixdə Füzuli rayonu, Füzuli şəhərində ölmüş, Füzuli rayonu Füzuli şəhər qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt nə o, nə qardaşının digər qohumları, nə şəhər icra nümayəndəliyindən, nə də Füzuli rayon Qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnaməni almamışlar. Mərhum qardaşının ölüm haqqında şəhadətnaməsi olmadığından hər dəfə sənədləşdirmə aparılarkən çətinliklərlə üzləşir. Bu faktın müəyyən edilməsi ona sənədləşmə işləri üçün, konkret olaraq bəzi daşınar və daşınmaz əmlakların miras məsələlərini həll etməsi üçün lazımdır. O, ölüm haqqında şəhadətnaməni almaq üçün Füzuli rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona bildirmişlər ki, şöbənin arxivi yoxlanılmış, mərhum qardaşı X3 adına ölüm akt qeydi aşkarlanmamışdır. Ona görə də ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Mərhum qardaşının qeyd olunan tarixdə ölməsini onun dəfn və yas mərasimində iştirak etmiş hər kəs təsdiq edə bilər. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizənin məzmununa oxşar izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun oğludur. xx.xx.1980-cı il tarixdə anadan olmuş digər oğlu X7 xx.xx.1981-ci il tarixdə Füzuli rayonu Füzuli şəhərində ev şəraitində xəstəlikdən ölmüşdür. Füzuli rayonu Füzuli şəhəri qəbirstanlığında dəfn olmuşdur. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşının oğludur. Ərizəçinin qardaşı X7 xx.xx.1981-ci il tarixdə Füzuli rayonu Füzuli şəhərində ev şəraitində ölmüşdür. Füzuli rayonunun Füzuli şəhərində dəfn olunmuş, yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşının oğludur. Ərizəçinin qardaşı X7 xx.xx.1981-ci il tarixdə Füzuli rayonu Füzuli şəhərində ev şəraitində ölmüşdür. Füzuli rayonunun Füzuli şəhərində dəfn olunmuş, o, dəfn və yas mərasimlərində iştirak etmişdir. Füzuli şəhəri işğaldan azad olandan sonra ora getmiş, X3 qəbrinin fotoşəklini çəkmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: -seriya Vİİİ-ЖГ seriyalı, 268030 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1980-ci ildə Füzuli rayonun Füzuli şəhərində doğulmuş, atası X8, anası isə X2r. -seriya Vİ-ЖГ seriyalı, 368191 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu ildə Füzuli rayonun Füzuli şəhərində doğulmuş, atası X8, anası isə X2r. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X12 14 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasında sənədlərin saxlama müddəti başa çatdığından X1 oğlu X3 vəfat etməsi ilə bağlı məlumat yoxdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Füzuli Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, qardaşı- X3 ölümünün qeydə alınması üçün ölümünü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsi tərəfindən onun ərizəsinin təmin edilməsindən imtina edilmiş və ölüm faktının müəyyən edilməsi məsələsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi, qardaşı X3 xx.xx.1981ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun həmin tarixdə Füzuli rayonunda ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə xx.xx.1980-cı il tarixdə anadan olmuş qardaşı, X3 xx.xx.1981-ci il tarixdə Füzuli rayonu Füzuli şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1980-ci il tarixdə doğulmuş X3 xx.xx.1981-ci il tarixdə, Füzuli rayonunun Füzuli şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1147/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1147/2024
04.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver