Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1203/2024 17.07.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında bağlanmış 28 oktyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, o, maraqlı tərəf Maraqlı şəxs ilə ailə quraraq, nikahlarını xx.xx.2008-ci il tarixdə rəsmi qeydə aldırmışlar. Maraqlı şəxs ilə birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 adlı 2 uşağımız anadan olmuşdur. Hazırda o, uşaqları ilə birlikdə yaşayır. Maraqlı şəxs ilə barışmağı mümkün olmadığına görə ayrılmaq qərarına gəlmiş və mediasiya şurasına müraciət edərək maraqlı şəxslə qarşılıqlı razılığa gəlmişlər. Həmin barışıq sazişinə əsasən, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək anaları Ərizəçi Təvəkül qızının yanında qalmaları, eləcə də onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi Təvəkül qızına ödənilməsinə dair razılaşmışlar. Beləliklə aralarında razılıq əldə olunmuş və Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X5 tərəfində xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023-02334 nömrəli Barışıq sazişi tərtib edilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(064)-246/2024 saylı qətnaməsinə əsasən Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2008-ci il tarixli, 514 nömrə ilə qeyd edilmiş nikah pozulmuş və xx.xx.2023-cü il tarixli Sumqayıt 1 saylı Mediasiya Təşkilatı (mediator E.Həsənov) tərəfindən təsdiqlənmiş barışıq sazişinə dair razılaşmaları nəzərə alınmışdır. Lakin Maraqlı şəxs aralarında bağlanmış barışıq sazişənə əsasən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən aralarındada bağlanmış barışıq sazişinin təstiqlənməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və həmin razılaşmanın məhkəmə qətnaməsində göstərilməsini xahiş edir. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə etiraz ünvanlayaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə tərəflərin ərizələrini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt 1 saylı Mediasiya Təşkilatı (mediator E.Həsənov) tərəfindən təsdiq edilmiş Qasımova (Balayeva) Səfayə Təvəkgül qızı (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında bağlanmış 28 oktyabr 2023-cü il tarixli barışıq sazişindən görünür ki, Maraqlı şəxs, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək anaları Ərizəçi Təvəkül qızının himayəsində olmaqla, onunla birlikdə yaşamalarına razı olmuş və xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 2023-cü ilin noyabr ayından başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin Ərizəçi ödəyəcəyini öz öhdəsinə götürmüşdür. xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 üçün aliment tələbini tərəflər aralarında razılaşaraq hər uşaq üçün hər ay 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat məbləğində alimenti 2023-cü ilin noyabr ayından başlayaraq uşaqların yetkinlik yaşına çatana kimi birinci tərəf Ərizəçi ödəyəcəyini ikinci tərəf Maraqlı şəxs öz öhdəsinə götürmüşdür. Həmçinin həmin Sazişin 6-cı bəndindən görünür ki, saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilmyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. İşin araşdırılmış hallarından görünür ki, iş üzrə tərəflər (ərizəçi və maraqlı şəxs) arasında mediasiya qaydasında barışıq sazişi bağlanılmış və həmin barışıq sazişinə əsasən Maraqlı şəxs tərəfindən xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək anaları Ərizəçi Təvəkül qızının himayəsində olmaqla, onunla birlikdə yaşamalarına razılıq verməsi, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012ci il təvəllüdlü X1 üçün hər uşaq üçün hər ay 220 manat, cəmi 440 manat məbləğində alimenti 2023-cü ilin noyabr ayından başlayaraq uşaqların yetkinlik yaşına çatana kimi Ərizəçi ödənilməsi, həmin saziş imzalandığı gündən 28 oktyabr 2023-cü il tarixdən sonra 10 təqvim günü müddətində könüllü şəkildə icra olunması barədə razılıq əldə edilməsinə baxmayaraq, Maraqlı şəxs həmin Saziş əsasında üzərinə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda yerinə yetirməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Sadalanan qanunvericilik normalarından görünür ki, tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri, həmin barışıq sazişində müddət nəzərdə tutulmuşdursa həmin müddətdə tərəflər tərəfindən könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən barışıq sazişinin qanuna zidd olmadıqda, eləcə də mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulmayan hallarda təsdiq edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə, iş üzrə müəyyən edilmiş halları, barışıq sazişinin şərtinin azyaşlı uşaqların ananın yanınqa qalması və alimentin ödənilməsindən ibarət olmasını nəzərə alaraq qeyd edir ki, barışıq sazişinin şərtinin qanuna zidd olması müəyyən edilmir, eyni zamanda həmin şərtin üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulması halları müəyyən edilmədiyindən ərizə əsaslıdır və təmin olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Sumqayıt 1 saylı Mediasiya Təşkilatı (mediator E.Həsənov) tərəfindən təsdiq edilmiş Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında bağlanmış 28 oktyabr 2023-cü il tarixli barışıq sazişinə əsasən “Maraqlı şəxs, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək anaları Ərizəçi Təvəkül qızının himayəsində olmaqla, onunla birlikdə yaşamalarına razı verməsi və xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 2023-cü ilin noyabr ayından başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin Ərizəçi ödəməsinə dair öhdəlik götürməsi” təsdiq edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, hazırki qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Sumqayıt 1 saylı Mediasiya Təşkilatı (mediator E.Həsənov) tərəfindən təsdiq edilmiş Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında bağlanmış 28 oktyabr 2023-cü il tarixli barışıq sazişinə əsasən – “Maraqlı şəxs, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək anaları Ərizəçi Təvəkül qızının himayəsində olmaqla, onunla birlikdə yaşamalarına razı verməsi və xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 2023-cü ilin noyabr ayından başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin Ərizəçi ödəməsinə dair öhdəlik götürməsi” təsdiq edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1203/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1203/2024
17.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver