Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1300/2023 04.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü il təvəllüdlü qızı X1 xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1983-cü il təvəllüdlü mərhum qızı X4 xx.xx.2022-ci ildə Füzuli rayonu, Böyük Bəhmənli kəndində vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin onun ölümü ilə əlaqədar Füzuli rayon Qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnamə alınmamışdır. Ölüm haqqında şəhadətnamənin olmaması onun üçün bir çox çətinliklər yaradır. Belə ki, sənədləşdirmə işləri ilə əlaqədar olaraq ondan mərhumun ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bununla əlaqədar olaraq Füzuli rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsindən ona rəsmi olaraq məhkəməyə müraciət etməyi bildirilmişdir. Mərhum qızının ölümü qeyd edilmədiyindən, onun ölüm şəhadətnaməsini başqa qaydada əldə edə bilmir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: Ərizəçi ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçinin təşəbbüsü ilə dəvət edilmiş şahid X3 bildirdi ki, Ərizəçi onun əridir. Onların birgə nikahlarından olan qızları xx.xx.1983-cü il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə Füzuli rayonunda vəfat etmiş və Böyük Bəhmənli kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin qızlarının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişlər. Məhkəmə Ərizəçi izahatını və şahid ifadəsini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İX-JQ№ ******* doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1983-cü il tarxidə Füzuli rayonunda doğulmuşdur. Atası Ərizəçi, anası X2r. Füzuli rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, ölümün dövlət qeydiyyatına alınması üçün zəruri olan tibbi şəhadətnamə tibb müəssisəsi tərəfindən verilməmiş, ölümün dövlət qeydiyyatına alınması mümkün olmamış və Ərizəçiya məhkəməyə müraciət etməsi izah edilmişdir. Təqdim edilmiş qəbir daşının fotoşəkilindən görünür ki, orada X4 xx.xx.1983xx.xx.2022 sözləri yazılmışdır. “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, tibbi arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 09:10-da TTTY stansiyasına çağırış verilmişdir. Feltşer E.Hüseynli çağırış yerində Böyük Bəhmənli kənd sakini xx.xx.1983-cü il təvəllüdlü X1 meyidini aşkar etmişdir. R-99 diaqnozu qoyulmuşdur. Füzuli rayon İH Böyük Bəhmənli kəndi üzrə nümayəndəsi A.Hüseynov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, Ərizəçi qızı X4 xx.xx.2022-ci il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, Ərizəçi qeyd olunan məsələnin məhkəmədən kənar həlli üçün əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş və Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, X1 ölümünün dövlət qeydiyyatına alınması üçün zəruri olan tibbi şəhadətnamə Füzuli rayon QŞ-yə təqdim edilməmişdir. Ona görə də, Ərizəçi məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən ərizəçinin izahatı, şahid ifadəsi və digər sənədlərlə müəyyən edilmişdir ki, Ərizəçi qızı 1983-cü il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Füzuli rayonu Böyük Bəhmənli kənd qəbristanlığında dəfn olunmuşdur. Lakin Ərizəçi həmin ərəfədə qızı X1 ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Bununla yanaşı, işin faktiki hallarından görünür ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və o, həmin faktı təsdiq edən lazımi sənədləri məhkəmədən kənar başqa qaydada ala bilmir. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 305-308-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1983-cü il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-1300/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1300/2023
04.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver